Serin bir gecədə yolumu dəniz kənarı parkdan saldım, biraz dənizə baxdıqdan sonra bütün Bakını görmək istədim və Qız qalasına qalxdım. Seyredirdim Bakımı, amma içimdə sızlayan bir şeylər vardi, sanki kimsə mənə nəsə demək istəyirmiş kimi. Yanımda heç kim yox idi, mənsə kimsə ilə dərdimi bölüşmək istəyirdim.
Bu zaman içimdə məni sıxan nəfsim səsləndi. - Nə düşünürsən Tural? - Mən ölkəmə baxıram, bu ölkə çox dəyişdi. - Nə görürüsən ki, baxdıqca. - Mən gündən günə qadınlaşan kişilərin artığını görürəm, pul qazanmaq adı ilə əxlaqsızlıqla məşğul olanları görürəm, müəllimlərin tələbələrdən, polisin sürücüdən pul aldığını görürəm, oxuyanın yox pulu olanın qabaqda olduğunu görürəm, uşaqların internet klublarda əxlaqsız saytlara girdiklərini görürəm, qızların kitabxana adı ilə oğlanla görüşməyə getdiyini görürəm, küçədə dilənən dilənçiləri görürəm, narkomaniyaya qoşulan gənclərimizi görürəm, ən çox nə qədər qızla fəxr edən oğlanlarımızı görürəm, mən day-dayısı olanların söz sahibi olduğunu görürəm, mən əsgərliyə getməmək üçün min cür bəhanə uyduranları görürəm. - Ay Tural bundan sənə nə, sən niyə bunları düşünürsən ki, sənin nə vecinə. - Axı bunlar nə vaxta qədər davam edəcək, neynəyim mən??? - BAXMA!!! Baxma bütün bu olanlara, o zaman görməyəcəksən!
Susdum bir anlıq, bəlkə də nəfsim haqlı idi. Bəlkə də o düz deyirdi, baxmamaq idi bunların həlli. Biraz sonra yenə nəfsim səsləndi - İndi niye bikefsən? - Mən bizim milli mentalitetimizə yaraşmayan sözlər eşidirəm. - Nə eşidirsənki? - Mən probkada qalan və buna görə şikayət edən sürücülərin səslərini eşidirəm, hər gün yol təmirlərindən bezib işə gecikənlərin səsini eşidirəm, mən oğlanla opüşən amma anasına telefonda dərsdəyəm deyən qızların səsini eşidirəm, oğlanların çayçıda oturub qarşılarından hər keçən qız haqda dediklərini eşidirəm, mən ailəsi ola-ola başqa qadına şirin yalanlar deyənlərin səsini eşidirəm, mən kolluqda qızla oğlanın tez ol –tez ol PPX gələcək deyən səslərini eşidirəm, mən alverçinin malı satmaq üçün balansının canına and içdiyini eşidirəm, mən çöldə min hokkadan çıxıb indi meçiddə namaz qılanın dilindəki yalanı eşidirəm, mən işə biləni yox gözəl qız olanın götürülməsini deyən müdirlərin səsini eşidirəm, xəstəxanaya gətirilən xəstədən həkimin pulumuzu ödəyirsənsə operasiya edək deməyini eşidirəm, hakimin müqəssirdən aldığı pula görə AZADSAN deməyini eşidirəm. - AY Tural bundan sənə nə, sən niyə bunları düşünürsənki, sənin nə vecinə - Axı bunlar nə vaxta qədər davam edəcək, neynəyim mən??? - Eşitmə!!! Dinləmə bütün bu olanlara, o zaman eşitməyəcəksən!
Susdum bir anlıq, bəlkə də nəfsim haqlı idi. Bəlkə də o düz deyirdi, eşitməmək idi bunların həlli. Biraz sonra yenə nəfsim səsləndi - İndi nə oldu sənə? - Yazmaq istəyirəm. - Nə yazmaq istəyirsən? - Mən saytlarda milli adət-ənənələrimizi əks etdirən yazılar yazmaq istəyirəm, mən vətənimizi dünyaya tanıdacaq məqalələr yazmaq istəyirəm, mən msn-də 5-6 oğlanla danişan qızlara sizə AR olsun yazmaq istəyirəm, mən saytlarda Aygün – Röya müharibəsi aparanlara acıdığımı yazmaq istəyirəm, internetə ancaq qızla tanış olmaq üçün girənlərə acıdığımı yazmaq istəyirəm, feminist düşüncəli insanlara acıdığımı yazmaq istəyirəm, PM-də qıza girişən amma saytda dindən yazan insanlara acıdığımı yazmaq istəyirəm, mən sayta informasiya toplamaq üçün girirəm deyibdə emaildə, çatda nömrə paylayan qızlara acıdığımı yazmaq istəyirəm, mən internetdə pozulan mədəniyyətimizdən yazmaq istəyirəm. - AY Tural bundan sənə nə, sən niyə bunları düşünürsənki, sənin nə vecinə - Axı bunlar nə vaxta qədər davam edəcək, neynəyim mən??? - Yazma!!! Oxuma bütün bu olanlara, o zaman yazmayacaqsan!
Susdum bir anlıq, bəlkə də nəfsim haqlı idi. Bəlkə də o düz deyirdi, eşitməmək idi bunların həlli. Biraz sonra yenə nəfsim səsləndi.. - Yenə nə oldu sənə? - Danışmaq istəyirəm. - Nə demək istəyirsən? - Mən bütün dünya azərbayanlılarına səslənmək istəyirəm, onları həmrəy olmağa səsləmək istəyirəm, mən Bursada bayraqlarımızı girişdə alıb zibil qutusuna atanlara biz qardaşıq demək istəyirəm, Şəhidlər xiyabanında Türkiyə bayraqlarını endirən nümayəndələrimizə bayraqları endirmiyin, biz qardaşıq, heç bir qarşılıq gözləməyən qardaş olduğumuzu göstərəyin demək istəyirəm. Mən bütün dünyaya Qarabağ bizimdir demək istəyirəm, bütün idmanlarda ən üstün bizik demək istəyirəm, mən dünyada ki, hər kəsə Azərbaycanlı olduğun üçün fəxr etdiyimi demək istəyirəm. - AY Tural bundan sənə nə, sən niyə bunları düşünürsənki, sənin nə vecinə - Axı bunlar nə vaxta qədər davam edəcək, neynəyim mən??? - Danışma, SUS!!! Demə bütün bu olanları, səssiz qal!
Susdum bir anlıq, bəlkə də nəfsim haqlı idi. Bəlkə də o düz deyirdi, eşitməmək idi bunların həlli. Biraz sonra yenə nəfsim səsləndi..
- Halın pisləşdi. İndi nə düşünürsən? - Mən anlayıram ki, bu belə davam edə bilməz, kimsə buna DUR deməlidir! - Sənin nəyinə lazım, bütün bu olanlar, sənki rahat yaşayırsan, heç kim sənə dəymir dolaşmır. Sadəcə bunu anla ki, indi 5-6 oğlanla gəzən qız daha tez ərə gedir, indi işə savadı olanı yox day-dayısı olanı götürirlər, indi əsgərə gedən yox getməyən özü ilə fəxr edir, indi bahalı maşını olan oğlan daha çox dost edilir, indi polis deyəni qəbul etməlisən, indi ölkədən yardım istəmək üçün idmançı olmalısan, indi ərə getmək istəyən qızın ilk sualı oğlanın imkanıdır. Odur ki, Tural sən də bunları qəbul et və bu cür hərəkət et!
Yoooooox Nəfsim. DUR!!! Mənə baxma deyirəsən BAXMARAM! Mənə eşitmə deyirsən EŞİTMƏRƏM! Mənə yazma deyirsən YAZMARAM! Mənə danişma deyirsən SUSARAM!
Amma mənə QANMA demə, mən axı qanıram, mən axı anlayıram ki, Azərbaycanım əldən gedir!
*Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir.(R.Dekart) *Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək,Həyatını özün qur.(L.N.Tolstoy)
*Qəpiklər manat əmələ gətirdiyi kimi,oxumaq da bilik əmələ gətirir.(Vl.Dal)
Mənə sevgi sözləri söyləmə - istəmirəm Mənə şerlər ittihaf etmə - dinləmirəm Mənə söyləmək üçün beynini yoraraq duyğusal cümlələr axtarma - oxumuram Məni mahnılarda arama - yoxam Məni...Məni ikicə kəlmə ilə izzah et... Anlayaram səndə olan dəyərimi...
bu dovletden qorxan bizik sadece internetde oturub yaza bilirik.ne qeder dinimize qayitmasaq bele *qapazalti* olacayiq.Beqeyret avropalilar kimi olamadiq dovlete qarshi cixmadiq
13 Noyabr 2010 21:07 | Qeydiyyat: 14.04.2008 | Adı: yusif | Ünvan: turkey |
salam Tural olar bunu meqale kimi universitetde Azerbaycan dili dersinde oxuyum? narahat olma muellifi Tural Isayev olaraq qeyd edecem......evvelceden tsk :)))
dediklerin dogrudur hamisiyla tam raziyam.. ama onu bilmeliyikki o bu bizi idare etdikce . hakimiyyetde densizlerin coxluq teskil etdiyi bela bir zamanda men Azerbaycanimnan yaxsi hec 1 deyishikliy gozlemirem qardasim!!! Allah milleti bu gune qoyanlara rehm elasin! dogru yola yoneltsin! ama once belelerine lenetim var qardasim!!!
oyuncularin *YUH*lanmasi. bu da bizim medeniyyetimizi gosterir.men bilirem ki agli basinda olan her bir kes bele medeniyyetsizliyi elemez.
senin xeberin var ki, dunen Turklerin hansisa biri stadionda Azerbaycan bayragini cirib tullayib ??? sohbeti yox gardash olkedi yani demyim oki 1-2 dene eshhseye gore butun Dovleti gunahlandirmag olmaz... yegin basha dushdun ne demek isteyirem..
13 Oktyabr 2010 15:41 | Qeydiyyat: 29.01.2010 | Adı: Arif | Ünvan: -- |
salam Tural. men bu deqiqe bu sayta uzv oldum. sebebi senin yazdigin movzulari oxudum ve tesirini hiss eledim. bu zaman cox pis cox menfi xususiyyetleri olan zamandir. dunen Turkleri udduq(12.10.2010) . Turklerin xosu gelmeyen bir hadise oldu . oyuncularin *YUH*lanmasi. bu da bizim medeniyyetimizi gosterir.men bilirem ki agli basinda olan her bir kes bele medeniyyetsizliyi elemez. hara elini atsan rusvet, hara elini atirsan ozbasinaliq, daydayin oldu yukseklerdesen. ozude bir seyden qorxmaq lazimdi *SONRADAN GORENDEN*.sonradan varligi gorub ele adamin basina oyun acirlar ki bu heyata nifret edirsen. ne ise basinizi cox agritmayim. INSALLAH bu yazdiqlarimiz tarixe kecer ve biz bu gunlerimizi xatirlamariq.
Sənin nəyinə lazım, bütün bu olanlar, sənki rahat yaşayırsan, heç kim sənə dəymir dolaşmır. Sadəcə bunu anla ki, indi 5-6 oğlanla gəzən qız daha tez ərə gedir, indi işə savadı olanı yox day-dayısı olanı götürirlər, indi əsgərə gedən yox getməyən özü ilə fəxr edir, indi bahalı maşını olan oğlan daha çox dost edilir, indi polis deyəni qəbul etməlisən, indi ölkədən yardım istəmək üçün idmançı olmalısan, indi ərə getmək istəyən qızın ilk sualı oğlanın imkanıdır. Odur ki, Tural sən də bunları qəbul et və bu cür hərəkət et! tamamile dogrudur
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3