Virtual imkanlarimiz,elektron dünyamiz genişləndikcə her bir insanın marağından kənarda qalmamaqla yanaşı , həyatin böyük bir hisəsini əhatə edir.Biz internet vasitəsilə nəinki məlumat əldə edirik,hesablamalar edirik,eyni zamanda da əylənirik.Virtual dünya bizim həyatımızın ikinci bir hissəsinə çevrilir. Özümüzü rahat hiss etdiyimiz saytlarda qeydiyyatdan keçib həmin ailənin bir hissəsinə çevrilirik. Lakin bütün bunlara baxmayaraq bu aləm bizim üçün gizli bir dunyaya çevrilir.Çox zaman güvənsizlik üzündən əsl kimliyimizi,adımızı gizli saxlayıırıq.Bunun nəticəsində özümüz üçün ləqəb seçirik.

Bəs niklərin seçimində hansı özəlliklərə daha çox fikir veririk? Çox zaman sevdiyimiz məşhurların adlarından istifadə edirik.Bəzən həyatımızda baş verən hansısa hadisədən,və yaxud maraq dairəmizi əhatə edən hadisələrdən,idman aləmindən və s.sahələrdən nik seçimi edirik. Bu niklərin seçimi hər yaşa gorə və psixoloji xarakterə görə də dəyişir.Məsələn azyaşlı məktəblilər daha fərqli niklərə müraciət edir.Ən çox psixoloji effektlər məhs onlarin seçimlərində özünü göstərir.Bu sevdikləri məşhurlardan tutmuş,özlərində formalaşdırmaq istədikləri xarakterə qədər gedib çıxa bilir.məs;merzavka,kayfa,sevən_ürək və s.

Daha böyük insanlar isə fərqli seçim edirlər.Onlar sevdikləri və artıq həyatlarında yer etmiş hansısa hadisədən,sevdikləri romanlardan,nece tanındıqları,çağırıldıqları niklərərə daha çox üstünlük verirlər.Bu insanların maraq dairəsi və yaxud sahib olduqları bilgilər,eyni zamanda əqidələrindən də irəli gəlir. Dinə bağlı insanlarda,vətəvə bağlı insanlarda fərqli seçimlər özünü gostərir.Yumor xarakterli insanlar da isə fərqli niklər ortaya çıxa bilər.

Mix.az istifadəçiləri sırasında da bir çox maraqlı nikə sahib bir çoxları var və bu seçimlər yəqin ki onların kortəbii seçimləri deyil.Ən maraqlı nikə sahib insanlar belə diqqətdən kənarda qalmır.
Sizcə istifadəçilər içərisində qəribəliyi və fərqliliyi ilə seçilən Nik hansıdır?
Təşəkkür edənlər: (73) Financer_001, _Barbi_, _REQANA_, Whatever Happens, Shevchenko_Ali, ROMINA_21, Viva 4ever, TARKANFAN, _SENSELESS_LIFE_, __jale__, FATEH_06, Nomre1, Heyatim, Miss_Skazochka, Nicole_, A_def, Cehennem_Sakini, Just Why____, withyou, _stilyawka_, _Free_, NifreteNifret, TeK_OnUn_GuLu, semichka_supu, asya_lonely-, Hamidan_gozel_menem, XEDICE, Rob_Pattz, frolicsome, VeLi_DRD, indivium, Dj KaMiL, _N.I.G.A.R._, Dr.Genetik, dr_zara, UltrAslan, Bello, SENDY, E.C.N, lucky22, Yerazcik, Dandoline, gulben-123, denizim, ayshan, SHATENKA_87, TEXAS, Nikolka, Damla_87, Massimo, TATULYA, xaliq11, Immortal_Man, Nifret, Inyaz_girl, EQZOTIKA, FeMeNiSTKa, Morena, TELEBELIK ILLERI, _MeLeYiNiZ_, LiLAmoooR, baby girl, _Sevil_, _TURASHKA_, toppuli, GoZeL_GeNCeM, ARAZ 7, rena94, Sweet_Your_Heart, INADCI KECIIII, zahra19, Pristub, imran72 |