» Daha sevgiyə inanmıram mən
  » Sənin haqqında danışmağı ...
  » El Clasico: Barselona-Real Mad ...
  » Dövlət idarələri mix.az ha ...
  » Bir kərə yüksələn bayraq, ...
  » Mənim İdeal Ətirim
  » Ad günün mübarək,Tural!24. ...
  » Nurullah hər kəsi coşdurdu
  » İlin Ənləri - 2011-2012
  » Ad Günün Mübarək Ölməz Q ...
  » Rəşid Mahmudov həqiqətlər ...
  » Sənin məndən fərqin
  » "Mənim sevimli ev heyvanım ...
  » İlin ənləri 2011-2012 (admi ...
  » Bir insan tanıdım həyatım ...
  » Hərdən belə də olur...
  » Ayrılıqların əlacı, ən m ...
  » Yenə mövzudan çıxdım
  » 2012 hansı bürclərə daha ...
  » Bunları bilmək maraqlıdır
  » "O" Şəkillər
  » Yeni mp3-lər
  » Milano derbisinin hesabını t ...
  » Sizə məsləhətim...
  » Milli qəhrəmanlarımız
  » Filmlər və yadda qalan mahn ...
  » Məhəmməd Peyğəmbərin sa ...
  » Sizə məsləhətim...
  » "Toy Olsun"dan qovulan Səad ...
  » Edilən pisliklər yaxşılıq ...
  » Erməni toyunda Azərbaycanın ...
  » Türkiyənin ən bahalı səsi ...
  » AZADLIQ toxumu əkdi ŞƏHİDL ...
  » Azzz, dur soğanı düzəlt!
  » "Erməni soyqrımı yoxdur!"
  » Azərbaycanda ÜZEYİRlə baş ...
  » Mix.az-lıların cənnət qap ...
  » "Qanlı Yanvar" gecəsində ...
  » Əllər var əl tutmaq üçün ...
  » Life in Paper
  » Gözlənilən və reallıq...
  » Biraz gülmək lazımdır
  » Sizə məsləhətim...
  » I ♥ You
  » Türkiyə rusların gözündə
  » Sizə məsləhətim...
  » Kurtlar Vadisi Pusu - 143 (Pol ...
  » "Mix.az-lıların Möcüzəvi ...
  » Hər xanıma bir gül
  » Ana üçün ən gözəl təbri ...
  » Sadəcə bax...
  » Baby :)
  » Günün fotoları
  » Sus və sadəcə bax :)
  » 20 Yanvar günü-22 il tamam o ...
  » Azərbaycanda "Gines" rekord ...
  » 20 Yanvar faciəsindən 22 il ...
  » Hər qız sənin içindəki ü ...
  » Sadə karandaşla çəkilmiş ...
  » Pişiyin dayəyə hücumu

GunahLi_CenneT
Xəbər sayı -6
mix dominant
Xəbər sayı -5
nuku
Xəbər sayı -5
Beqi
Xəbər sayı -4
Menim_gozel_alibim
Xəbər sayı -4
Just Kurdish
Xəbər sayı -4
Resad-9
Xəbər sayı -3
PSiKoPaTKa
Xəbər sayı -3
Dj KaMiL
Xəbər sayı -3
R.N.T
Xəbər sayı -2



12-17
18-21
22-27
27-33
33-40
40-50
50-90








 
 
Güzgü ilə söhbətim Maraqlı və məsləhətli 
Güzgü ilə söhbətim (Aze_girl duzeldecem)


Yenə də hava tutqundur. Hər şey mənə çox darıxdırıcı gəlir. Sakitlik daxilimdə hökm sürürdü. Qəflətən gözüm güzgüyə sataşdı və oradan gələn səs sükutumu pozdu. Mənə suallar yaxdırmağa başladı.
-Niyə qəmlisən? Nədən narazısan?
-Heç özüm də bilmirəm ki?! Rahatlıq istəyirəm!
-Bəlkə problemin var? Səncə xoşbəxtsən?
-Dərindən ah çəkdim, gülümsəyərək heç problemsiz insanmı var?! Məncə yetərincə xoşbəxt deyiləm.
-Güzgüdəki insan isə kinayə ilə dedi : Niyə insanlar bu qədər nankordur?! Axı xoşbəxtliyin nə olduğunu niyə anlamırlar? Sən axı xoşbəxtsən. Ailən yanında, ətrafında isə sənə qiymət verən əzizlərin, dostların var. Məgər bundan gözəl şey ola bilərmi?! Arzularına demək olar ki, çatmısan. Düzdür sən də gec olur, ancaq mütləq olur, əsas da elə budur. Ürəyində qalmır, əlçatmaz kimi qalmır. Bu isə vacibdir.
-Utandım dediyim sözə, deyilən sözləri inkar edə bilmərəm. Demək ki, xoşbəxtəm.


Güzgü ilə söhbətim (Aze_girl duzeldecem)


- Güzgü soruşdu, bəlkə sevirsən?
-Gülümsədim, xeyr dedim. Mən sevmək üçün yaranmamışam. Məni sevənləri də özümdən uzaqlaşdırıram, buna bəzən heyfslənirəm.
Güzgü mənə çox qəbəzli baxırdı, ani sükutdan sonra dilləndi : eh, sən bilirsən indi səhv cümlə işlətdin.Bu dünyaya hər kəs sevib və sevilmək üçün gəlib. Sadəcə buna zaman lazımdır. Kimdəsə tez gəlir, kimdəsə gec gəlir. Ancaq mütləq və mütləq saf sevgi sənə hakim kəsilir. İndi sənin yarın bu həyatdadır, nə sənin ondan xəbərin yoxdur, nə də onun səndən xəbəri yoxdur. O, da sənin kimi nəfəs alır, o, da sənin kimi yeyir, o, da sənin kimi yaşayır. Səbr et...
Yenə də fikirləşdim, bu sözlərdə də həqiqət var idi. Başımı aşağı salıb, xəyala daldım.


Güzgü ilə söhbətim (Aze_girl duzeldecem)


- Yenə səs gəldi, bəlkə insanlara inamın azalıb? Güvənin itib, ona görə beləsən?
-Dərindən ah çəkdim, indi elə zamanədir ki, inam hissi deyilən bir şey qalmayıb. Heç kimə etibar etmək, sirr demək olmur.
Bu an sözümü kəsdi. Yenə də zamanəni qınayırsınız? Məgər zamanəni dəyişən insanlar deyilmi? Siz özünüz buna şərait yaratmamısınızmı? Zaman sizi dəyişmir, zamanı dəyişən sizsiniz.
-Bəs necə olur ki, biz dəyişirik, axı zaman bizdən asılı deyil, biz ondan asılıyıq?
-Xeyr dedi. Zamanı idarə edən bəndələrdir. Bəndələrin isə gözünü nəfs korluğu tutub. İnsanlar pula, mala, şan-şöhrətə çox önəm verirlər. İnsanlıq buna görə itib. Pulu olanın insanlığı var, kasıblara isə insaniyyəti olmayan kimi baxırlar. Xaricin gözəldirsə fikirləşirlər ki, daxilində belədir. Ancaq əksinə də ola bilər. İnsanlar isə bunu dəyərləndirmirlər.
-Yenə susdum, axı düz sözə nə demək olar?!
-Xoş avaz eşitdim, susursansa demək ki, mənimlə razılaşırsan və sual verdi. Niyə bu qədər kinlisən?


Güzgü ilə söhbətim (Aze_girl duzeldecem)


- Təəccübləndim demək mənim kinli olduğumu bu da bilirmiş. Mənə pislik edən insana,məni incidən insana mən kin bəsləməyə bilmərəm axı?
- Güzgü dedi : Yenə də səhv edirsən. Keçənə güzəşt deyərlər. Bağışlamaq ilk növbədə Allaha məxsusdur. Əgər Tanrı bəndəsini bağışlayırsa və bağışlamağı bacarırsa sizlər kimsiniz? Çalış kin saxlamayın, o gözəl ürəyi kinlə doldurmağın heç bir faydası yoxdur. Bağışla, böyüklük etmiş olarsan. Qoy pislik edəni Allah özü cəzalandırsın.
Doluğdum, çox qəhərləndim, gözümdən yaş damcıları özüm də bilmədən axmağa başladı. Bilmədim nə deyim.
Güzgü pərt olduğumu hiss edirdi. Ağlamaq istəyirsən ağla, daxilində onu saxlama, göz yaşı zəifliyin əlaməti deyil, əsla. Səni sıxmaq, incitmək istəmirdim. Sadəcə istədim heç olmasa ani də olsa düşünməyə vadar etdim. İnsan düşündükcə daha da həyatı olduğu kimi dərk edir. Daha da böyüyür, daha da təkmilləşir, daha da kamilləşir. Bunlara nəzər yetirdikcə Allaha Şükr edin. Şükür edin ki, nə yaxşı bu gündə yuxudan oyandım, nə yaxşı ki, əzizlərim yanımdadır....siz də çalışın Şükür edin, çalışın özünüzə kənardan baxa biləsiniz və çalışın həyatınızı özünüz gözəlləşdirə biləsiniz....

YAZI TAMAMİLƏ MƏNƏ AİDDİR!

PS. Oxuduqdan sonra nə nəticəyə gəldiniz, nə fikirləşdiniz? Nə hiss etdinizsə onu da yazın...





 
 
#64 Şərhin müəllifi: laliko777
 


cox gozel yazi idi tesekkurler nn29

 
 
#63 Şərhin müəllifi: mango
 


mene aid yazi deyil

 
 
#62 Şərhin müəllifi: MIWQA88
 


AYdaaaaaaaa mende bele oluram ama her guzgude yox ancaq hamamdaki guzguye baxanda bu hissleri kecirdirem deli kimi ozumle daniwiram .goresen biz qizlqar niye beleyik? goresen oglanlarda beledi? ela movzu idi ureyimizden xeber verdin lap.

 
 
#61 Şərhin müəllifi: KaMikA
 


mencede guzgu tamamile duz deyir zamaneni dyeiwen bizik

 
 
#60 Şərhin müəllifi: siyin
 


Niye hec kim anlamadiki o guzgunun timsalinda her bir kesin vicdani nezerde tutulub fellow .........axi vicdanivin sesine qulaq asmaq ucun guzguye ehtiyac yoxdu...mence guzgu sadece bir vasitedir.........maragliydi tesekkurler en azindan elimizde olanlari bir daha xatirlatdi.....THANKS......... nn9

 
 
#59 Şərhin müəllifi: my LIFE be LIKE
 


woooooooooowww suuuppppeeeeerrrrrrrrrrrrrrr nn29

 
 
#58 Şərhin müəllifi: Dominic Toretto
 


Güzgü çox gözəl sual verib cavablandırıb hər şeyi.Bunları bizdə bilirik sadəcə qəbul etmək istəmirik doğruları

 
 
#57 Şərhin müəllifi: samate
 


1-ci sohbetdeki suali men ozum ozume cooox vermisem... Hemisede aglima gelen ilk sozler sen yazanlar olub.. Ama hec vaxtda bele cavab meni teskin etmiyib.

2-ci sohbetdeki guzgunun sualina verdiyin cavab noqte-vergulune kimi beynimdekidi-) Ama cavabinda deyilenlerle ozum rastlasmasam guzgunun cavabini hec vaxt qebul etmerem-)

3-cu sohbet duzdu ama yene de bele sualin qarsisind ah cekmemek olmur..

4-cu sualin cavabi ile men 3-4 il bundan qabaq razilasmisam.. Evveller ise beynimde "Черный Список" tutmusdum-|)) ama deyirem bextleri yaman getirdi )) cunki her gun beynimde onlar ucun 1001 fantaziyaynan xususi isgenceler hazirlayirdim-))
he birde deyim ki tanislardan yuxarida yazdigim kimi ifrat kinli birinin donub melek olmasina hec vaxt inanmazdim-)) ozume inana bilmirem -))

 
 
#56 Şərhin müəllifi: Sona Colin
 


O guzgu hemiwe menim daxilimde olur...meni daim sorgu suala cekir...Bezen bezdirir bezen ise yarama melhem olur...

 
 
#55 Şərhin müəllifi: esqim
 


men ne guzgu ile,nedeki oz ozume danismiram.arada fikirlesirem...yeqin kak vseqda ozumu prav hiss eleiyirem onuncun
nn25 angelocikemde

 
 
#54 Şərhin müəllifi: Ele_men
 


tewekkur

 
 
#53 Şərhin müəllifi: ES TEVI MILY
 


cox gozel yazidi.bilmirem guzgu ile daniwmaq delilikdi yoxsa ne.......... bu menim cox xowuma gelir ele bilki rahatlaniram.bu yazi mene cox yaxin geldi.twk

 
 
#52 Şərhin müəllifi: Miss_Light
 


ne yazim bilmedim cox gozel yazidi

oxudum yadima duwdu ki men de nankorlug edirem axir vaxtlar insan shukur etmeyi bilmelidi her zaman yaddan cixardirig bezen

 
 
#51 Şərhin müəllifi: SWEET
 


Seçilmişlərə əlavə etdim vaxt olanda oxuyacam.Əllərin dərd görməsin.

 
 
#50 Şərhin müəllifi: sweden_aze
 


cox gozel sozlerdi.duzdu bu sozleri esitmeyimize baxmayaraq esas odurki bu sozleri daima yadda saxlayaq ve bu gunumuzede sukur edek.yazana derin tesekkurluyumu bildirirem.Allah razi olsun.

 
 
#49 Şərhin müəllifi: B.T.A.L.2009
 


Oxuduqdan sonra nə nəticəyə gəldiniz, nə fikirləşdiniz? Nə hiss etdinizsə onu da yazın...BEZİ CÜMLELERİ ÇIXMAQ ŞERTİLE BU YAZIDA ÖZÜMÜ GÖRDÜM - GÜZGÜDEKİ KİMİ.....VE İÇİMDEN BU SAAT GÜZGÜNÜN QARŞISINA KEÇMEK GELDİ. :))

TEŞEKKÜRLER YZAIYA GÖRE...ÇOX İÇDEN ALINIB...:))

 
 
#48 Şərhin müəllifi: FeMeNiSTKa
 


Reqiş çox gözəl yazmısane.Özümü tapdım elə bil.Güzgünün o tərəfindəki insan bizə özümüzün anladığımız amma qəbul etmək istəmədiyimiz şeyləri qəbul etdirir.Təşəkkür paylaşdığın üçün

 
 
#47 Şərhin müəllifi: TELEBE QIZ
 


COX GOZEL YAZIDI MARAQNAN OXUDUM VEEEE ELE BIL OZ DWSHWNCELERIMI OXUYURDUM.MENDEDE OLUR ELE SHEYLER VE OZWM OZWMNEN DALASHIRAM AQLIYIRAM sad

 
 
#46 Şərhin müəllifi: _MILANKA_
 


Güzgü soruşdu, bəlkə sevirsən?
-Gülümsədim, xeyr dedim. Mən sevmək üçün yaranmamışam. Məni sevənləri də özümdən uzaqlaşdırıram...........
.... COX GOZEL SOZLERDI COOX XOWUMA GELDI TWK

 
 
#45 Şərhin müəllifi: jamel_89
 


yaxsi yazidi.ama cetinlikler olmasa heyatin maragi olmaz.

 
 
#44 Şərhin müəllifi: escada21
 


tez tez rastlasdigimiz bir haldir tesekkurler

 
 
#43 Şərhin müəllifi: aslan_16
 


Bu yazi insanin daxili hisslerinin ve ozun-ozunu tanimaq ucun gozel movzudu sene tewekkurler

 
 
#42 Şərhin müəllifi: Inyaz_girl
 


twkkk qewehdi ))) oxumaga 10 deq vaxt lazim deyil,amma yazilanlar haqqinda duwunmeye 10 deq bes deyil

 
 
#41 Şərhin müəllifi: spyasaya krasavitsa
 


tam raziyam.tesekkurler

 
 
#40 Şərhin müəllifi: Karol_No4i
 


nn13

 
 
#39 Şərhin müəllifi: Sevgilerle
 


HER KESiN QARSILASDIGI HALLARDI BU...
AMA HEQiQETEN MEN SEVMEMiSEM HEYATIMDA EN BOYUK EL CATMAZ OLAN MENiM UCUN SEVGi OLUB ONU DA YASAMAMISAM...
MARAQLI YAZIYDI TESEKKUR...

 
 
#38 Şərhin müəllifi: amana
 


Belə hallar olur insan darıxır nə ücün darıxdığınıda bilmeden darixir amma həmişə şükür elemek lazimdir ki saglamiq ve sevdiklerimiz sağlamdır

 
 
#37 Şərhin müəllifi: NEPOSLUSHKA
 


EN NIFRET ELEDIYIM ESYA

 
 
#36 Şərhin müəllifi: _MILENA_
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


indiki zemanede bir cox qizlarin fikirlewdiyi ozune etiraf ede bilmediyi movzudu.

 
 
#35 Şərhin müəllifi: zaur16
 


Semimi icden gelen bir yazidi.Guzgu ile danismamiwam.Amma size deyimki ozunuz dediyiniz kimi xosbextsinizki aileniz yaninizda.En boyuk varliginizdi aileniz.Bir gun inwallah o varliga basqa varliqlar qatilar.


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!