Bir kar insan öz karlığının Xoşbəxtliyini dərk etsə… Kaş eşitsə nə qədər şanslı olduğunu deyərkən…. Yaşadığın dünyanın həzzverici səslərini eşitmək istəyi... Sənə “can” deyəni eşidərək gülümsəmək istəyi... Bir musiqinin təsiri ilə xəyallarda yaşamaq istəyi.... Amma yox ....Niyə axı???Niyə??? Kaş ki,kor olardım... Görməsə idim bu çirkabı,bu haqsızlıqları,bu insafsızlıqları... Görməsə idim göz yaşlarını insanların... Görməsə idim alçaldıqlarını kiçik bir mənafe üçün... Kaş ki,lal olardım... Deyə bilməzdim gördüklərimi...Çünki onsuzda dəyərsizdir... Deyə bilməzdim düşündüklərimi...Onsuzda əhəmiyyətsizdir bəziləri üçün... Deyə bilməzdim “Getmə!”__Gedəcəksən çünki...”Məni düşün!”__Düşünməyəcəksən çünki...”Yanımda ol!”__uzaqsan çünki...Ruhun çox uzaqlardadır..... Amma yox...Ruhun karlığındansa,ruhun səssizliyindənsə,laqeydliyindənsə .... Amma yox...Yalanları,riyakarlıq dolu sözləri,istehza dolu gülüşləri eşitməmək daha yaxşıdır... Kar onlardır!!! Eşidə bilirəm çünki... Sevgi ilə gülən gözlərin sevinc pıçıltılarını... Həyəcanlı ürəyin döyüntülərini... Qayğı dolu toxunuşların səmimilik səsini.... Xoşbəxtsən!!!Kaş bilərdin nə qədər xoşbəxtsən ey kar insan..Kaş eşidərdin bunu sənə deyəndə... Heç olmasa bir orqanın bu insanların nadürüstlüyündən uzaqdır.... Deməli SƏN XOŞBƏXTSƏN!!!
Korun həyatı - Aze_girl
Bizlər əlil dedikdə ilk ağlımıza gələn xaricən qüsurlu insanlar olur.Ancaq məsələyə dərindən baxdıqda insan sadəcə xaricən əlil ola bilməz.Bəzi insanlar düşüncə, iradə və ağıl baxımından qüsurlu ola bilərlər.Sağlam biri ilə qüsurlu insan arasındakı fərq, yaşayış tərzləri, şəraitlər o qədər fərqlidir ki...Bizlər istədiyimiz yolu seçib gedirik, bizlər həyatın gözəl rənglərini görə bilirik, bizlər o istiliyi hiss edirik, bizlər sevgimizi, düşüncələrimizi dilə gətiririk.Birdə bunları etməyə həsrət olan insanları düşünün. Gəlin həyatın işıqlı üzünü görə bilməyən, həyatı boyu qaranlığa möhtac biri ilə sağlam bir insanın həyatını müqayisə edək.Kor bir insanın yaşadıqlarını, həyatı və dünyanı anlamaq üçün, bir anlıq gözlərinizi yumub düşünün. Şübhəsiz bunun nəticəsində ürəyinizdə bir cavab olacaq. Hərçənd ki, izah etməklə görərək yaşamaq arasındakı fərqi, yaşayaraq anlamaq lazımdır. Kor bir insan üçün görmədikləri əslində xəyal etdiyi bir dünyadır. O dünya ki, içində pisliyə yer yoxdur.O dünya ki, özündə hər şeyin ən gözəlini cəmləyib.İnsan bir şeydən məhrum olduğu zaman hər zaman ona sahib olmaq üçün çırpınır.Ancaq birdə boşuna səy göstərən insanları düşünün.Bizlər həyatı görə bilirik, heç kəsə möhtac deyilik.Bizlər görərək, yaşayaraq, hiss edirik.Ancaq hər zaman unuduruq ki, əslində hansısa hissləri yaşamaq üçün görmək şərt deyil.Kor bir insan bəlkə həyatın pis üzlərini görə bilmir ancaq görməsədə belə bunları yaşayır anlamını vermir.Görmək üçün gözlərin olması kifayət etmir. Bizlər çox zaman səhvi burda edirik.Sağlam bir insan görür və gördükləri acı həqiqət olsada məcburən qəbul edir.Görməyən biri isə sadəcə həyatın çəkilməz tərəfini hiss edir.Bəzən həyatımızda o qədər pis hadisələr baş verir ki, bunun nəticəsində kaş kor olsaydımda bunları görməsəydim deyirik.Bu cür hadisələri gördükdən sonra gözləri görməyən insanları şanslı insanlar adlandırırıq.Ancaq həyat və yaşadıqlarımız sadəcə kədərdən ibarət deyil ki... Bizlər sadəcə bir fəlakəti yaşadıqda bu cür fikirləşiriksə onlar hər dəqiqənin hər saniyəsi bir anlıq işıq , ətrafı görmək üçün can atırlar.Bizlərin həyatı fərqli olsada əslində bizi birləşdirən bir şey var. Bunlar gördüklərimiz deyil hiss etdiklərimizdir.
Lalın həyatı - FeMeNiSTKa
Kimlərsə mənə həsəd aparırdı bəzən.Onlar bilmirdilər içimdəki tufanları.Axı onlar mən deyildilər.Mən bir insanın sahib ola biləcəyi ən gözəl hissləri duymağın gözəlliyinə vara bilirdim onlardan fərqli olaraq.Hələ uşaq olanda məndən böyük bacımın laylanın gözəlliyinə rəğmən yatmamasını anlaya bilmirdim.Amma anamın laylasından mənim qədər zövq alan yox idi və mənim qədər də kövrələn... Kimlərsə yuxuya dalanda mən anama "çox sağ ol" deməməyimin vicdan əzabını çəkirdim amma digər uşaqlardan fərqli hönkürtü ilə ağlaya bilmirdim.Heç indi də bilmirəm necə yaranır hönkürtü.Anam anlamırdı baxışlarımı.O səbr edirdi:1 il,3 il, 5 il... Çünki mən sizin dilinizdə danışa bilmirdim.Mən anlaşılmaz idim bir az.Böyüdüm... Mənimlə birlikdə arzularım da böyüdü, amma yenə insanlardan fərqli mən onları reallaşdıra bilmədim. Mənim əllərim sevdiyim oğlanın əllərini tutmağa yox özümü anlatmağa xidmət elədi, dilim təşəkkür etməyə yox, utanmamaqdan ötrü susmağa üstünlük verdi. Bəzən bacım anamın üstünə qışqıranda, ya sevdiyi oğlanla ayrılanda fərqinə varmadan mənə qibtə elədiyini dilinə gətirdi.Amma yenə sizlərdən fərqli bu məni sevindirmədi.Əksinə mənəvi cəhətdən öldürdü getdikcə can verən mənliyimi. Siz bayramlarda hədiyyə ilə birlikdə təbrik edəndə, saatlarca saxta təriflər yağdıranda mən hədiyyəmi gizlincə otaqda qoyub qaçırdım.Çox zaman sahibsiz əşyalar kimi zibilliyə də atılırdı o qədər üstündə əziyyət çəkdiyim hədiyyə.Çünki mən içimdəki cümlələri dilə gətirə bilmirdim.Kimlərsə saçının,ya geyiminin kompleksini yaşayanda mən o dediyiniz kompleks içində boğulurdum.Çünki öyrəşmişdim insanların qəlbsiz atmacalarına.Nə qədər gözəl olsam da,neçə oğlanlar məni sevmək istəsə də, sükutum səbri kəsdiyindən mənə bir sual verilirdi: "Niyə dinmirsən?Lalsan?".Bu sualı bəlkə siz də vermisiz yaxınlarınıza.Amma fərqinə varmamısız mənim kənardan eşitdiyimin, sonra gecələrcə ağladığımın, bəzən biləkdə iz qoyaraq,bəzənsə pəncərədən son sürət uçmaq arzusu ilə intihar istəyimə səbəb olduğunuzun.Çünki siz yalan danışarkən mən heç doğrunu deyə bilməmişəm.Siz şər atarkən mən heç gördüyümü dilə gətirə bilməmişəm.Siz söyüş söyərkən mən ən gözəl kəlmələri qura bilməmişəm.Kimsəyə lazım olmayan, simləri sınmış bir skripka, ya notları olmayan bəstə, sözləri olmayan kitab, dalğaları səssiz olan dəniz, quşları cəh-cəh vurmayan bir meşə, ən nəhayət, bir ət parçasına görə həyatı darmadağın olunmuş guya yaşayan lalam mən...
Əlilin həyatı - _MILANoooRE_
Ən sevdiyim payız fəslini geridə qoydum...O xəzəllərin üstü ilə zövq alaraq gəzmək var ikən mənə bu gözəl mənzərəni sadəcə qıraqdan seyr etmək qaldı... Qış bitdi,qarlar əridi...Mən isə daha insan taptalamamış bir qar parçasına ayaq izlərimi qoya bilmədim... Yavaş-yavaş yaz gəlir,təbiət canlanır yenidən...Mən isə sadəcə gəzərkən yolun kənarındakı daha yenicə çiçəkləyən ağacdan bir çiçək qoparıb yaz qoxusunu duya bilməyəcəm... Yay gələcək,havalar isinəcək...İnsanlar axışacaq meydanlara...Gəzəcəklər dostları,yaxınları ilə yorulanadək...Mən isə bu gözəl yorğunluğun nə olduğunu heç bir zaman anlaya bilməyəcəm... Bir çox insanların arzuları vardır.Bəzən əlçatmaz görünsədə həyata keçə biləcək arzular... Mənim isə xəyallarım var.Kimiləri üçün sadə həyat tərzi olmasına baxmayaraq mənim üçün əlçatmaz olan xəyallar...Sağlam insanlar çətinki bunları istəsin: Bir ayaqqabım olsun istərdim... Hər səhər oyanan kimi bağcıqların düyünləyib evdən çıxardım...O təmiz havanı ciyərlərimə çəkərək günəşin doğuşunu seyr edərdim...Kaş mənimdə qəlbimə günəş doğsa... Bütün bunların bir kabus olmasını istərdim... Sanki bir yerə zəncirlənmisən və dəfələrlə cəhd göstərməyinə baxmayaraq yerindən qalxa bilmir,o zəncirləri qıra bilmirsən...Ağlayırsan,qışqırırsan,kömək diləyirsən ...Bütün bunların faydasız olduğunu gördükdə isə sakitləşib,bu vəziyyətlə barışırsan...Kaş bu kabusdan nəhayət oyana bilsəm... Azad olmaq istərdim... Bəzən yuxudan tez oyanmağıma baxmayaraq ailə üzvlərimdən kiminsə gəlib məni ayağa qaldırmasını gözləmədən ayaqlarımı yerə basmaq,heç kimə yük olmamaq,heç kəsin köməyinə ehtiyac duymadan öz həyatımı özüm yaşamaq istərdim...Kaş artıq ailə qayğısına məhkum bir uşaq kimi olmasam... Sözün hər 2 mənasında "Öz ayaqlarım üzərində dura bilmək" istərdim... ÇOX İSTƏRDİM...
Mənən ölmüş insanın həyatı - Tural
Bəzən bizə verilənləri düzgün dəyərləndirmirik, nəyin harda necə istifadə olunacağını, kimə harda necə şükr edəcəyimizi bilmirik... Bir dəfə bir şirkətin önündə bir kor dilənir, önündə isə bu yazı var idi "Koram, yardım edin". amma çox az insan yardım edərdi. Önündə dayandığı şirkətdən bir menecer çıxır və koru gördükdə onun önündəki yazını dəyişir və başqa yazı qoyur. Daha sonra bu yazını oxuyan hər kəs kora pul verir. Menecər vərəqə bu cümləni yazır. "Gözəl bahar gününü yaşayırıq, amma heyif mən o baharı görə bilmirəm" Bu misalı elə belə çəkmədim. Biz kor olmasaqda həyatda bizə verilənlərdən layiqincə istifade edə bilmirik. Görsəkdə, eşitsəkdə, 5 duyu organımızla duya bilsəkdə həyatda xoşbəxt olmağı əslində başqa şeydə görürük.
Heçmi gözləri olubda görməyən... amma ətrafındakıları xoşbəxt edən görmədiniz?
Heçmi dili olubda danışmayan... amma ətrafındakıları xoşbəxt edən görmədiniz?
Heçmi qulağı olubda eşitməyən.. amma ətrafındakıları xoşbəxt edən görmədiniz?
Heçmi ayağı olubda yeriməyən... amma ətrafındakıları xoşbəxt edən görmədiniz?
MƏN GÖRDÜM!!! Dünyaya yeni gələn bir körpədə bunları gördüm... insanlara necə xoşbəxtlik bəxş edən bu körpədə bunları gördüm...
Demək ki, bizə verilməyənlərlə həyatda küsməkdənsə bizə verilənlərə həyata gülümsəmək lazımdır.
Odur ki, əzizlərim... həyatda nə qədər problemlərlə qarşılaşsaqda sadəcə bir şeyi unutmayın... SİZİN BÖYÜK ALLAHINIZ VAR!!!
Dünyaya gəlirik. Hələ ana bətnində olanda həyatı anlamasaq belə, kimin üçün isə sevinc bəxş edirik. Gələcəyimizdən xəbərsiz, taleyimizdən bixəbər sevinirik. Çünki ailəyə, bizi həsrətlə gözləyənlərə lazımıq, istini,sevgini duyuruq. Biz həyata gəlirik, ancaq digərlərdən çox, olduqca çox fərqlənirik. Uşaq ikən bunları anlamırıq, ancaq vaxt,zaman keçir qəribə baxışlar, qəribə davranışlar,gözlərdən baxılan yazıq simalar bizi cəmiyyətdən uzaq edir. Çünki anlayırıq ki, həyatda olsaq da sanki lazımsız əşya kimi evin küncündəyik, bəzən cansız əşya da bizdən faydalı olur, əl tutur. Ancaq bizlər...bundan məhrumuq...cismimiz fərqli, ruhumuz fərqli...Sərbəst,azadlıqdan uzağıq...Çünki daima asılıyıq,ana üzünə,sevdiklərimizi görməyə...Təbiətin fəsillərini, ağacların,çiçəklərin qoxusuna...Əzizlərimizin, onların xoş sözünə,səslərinə,qaqqanaq çəkən gülüşlərinə...Yağışlı havada, təmiz havada gəzməyə,dənizin qumunda qaçmağa, uşaq kimi əylənməyə belə məhrumuq...Üzülürük, yaxınlarımızı da bilirik ki, üzürük...ancaq bu da bizim taleyimizdir. Bunlara baxmayaraq bizlər uşaqlar evinə, çölə atılmağa layiq deyilik. Bizi sizlərdən fərqləndirməyən bir cəhət var : o da ürəyimizin həyat eşqi ilə döyünməsidir. Kənardan bədbəxt, yazıq kimi görsənə bilərik, ancaq bizlər də sizlərdən biriyik. Sevmək, sevilmək, qayğı görmək, ana nəvazişi istəyirik....yad baxışları, lağlağalı gülüşləri istəmirik. Axı bizləri də xəlq edən TANRIDIR!!! Bir şeyi unutmayaq ki, bizi yaradan Allahdır! Hər kəs öz həyatını yaşayır, hər kəs öz alnına yazılan qisməti paylaşır, həmçinin bizlər də...
hamisini oxumadim amma oxudugum hisseye aid demek istiyerdm ki,yazmisan ki karlar xosbextdir.amma yox. onlar yalniz pis seyleri deyil hem de yaxsi seyleri de esitmirler.onsuzda pis seyleri esitmeselerde gorurler,ama onlarin neyise catmir.ozun hacansa onlarin yerinde olsaydin,hec vaxt bele demezdin.onlar ses deyilen seyin ne oldugunu bilmirler....ne ise cox danisdim...bir sozle senle razi deyilem.
Boyuk bir maraqla axira qeder oxudum ve cox tesirlendim.Xususi ile de,Lalın həyatı - FeMeNiSTKa en cox diqqetimi ceken bu oldu.orada bir soz var idi , Mənim əllərim sevdiyim oğlanın əllərini tutmağa yox özümü anlatmağa xidmət elədi, dilim təşəkkür etməyə yox, utanmamaqdan ötrü susmağa üstünlük verdi.Bu soz daha da,meni kovreltdi.Ne deyeceyimi bilmirem.Xebere gore cox,cox minnetdaram,cox tesekkur edirem,Elleriniz derd gormesin.
Cox gozel xeberdi. Deyerli fikirler yaratmisiz. Insanlar duwunmek istemirler. Neye sahib oldugumuzu, neye qadir oldugumuzu neleri qiymetlendirmeyib de itirdiyimizi anlamiriq. Men ayaqlarimin qedrini onlar sinarken anladim. Gordum ne cetin olur insana asili heyat yawamaq. Ama men sagalacagimi bilirdim. Elil insanlar var ki, onlarin sagalma umidleri bile yoxdu. Gel ki, menim yawadigim heyatdan qat-qat feal ve istekle yawayirlar. Bir nece deqiqelik gozunu yum ve hereket etmek iste, neyise gormeye caliwdiqda bu imkana nail olarken gozlerini yum ve baxmamaga caliw gor buna doze bilersen? cetin. ya da etrafindakilar ewitmek istediklerini daniwarken qulaglarini tut gor dayana bilersen? ama onlar bunu edirler. Bizim onlara yazigimiz gelmemelidi. Eslinde yaziq olan ele bizik. Tebii ki, hamiliq yox,coxluq.
Biraz gec gördüm xəbəri.Başda Reqişə təşəkkür düşür.Çünki həqiqətən çox gözəl ideyadı.İlk eşidəndə çox bəyənmişdim və olduqca həyəcanlanmışdı m.Bilirdimki gözəl xəbər alınacaq və məsuliyyət hiss edirdim. Öz bölümümü yazarkən bir anlıq özümü əlil insan kimi təsəvvür etdim və kövrəldim.Yazını oxuyan hər insan məncə hal-hazırda olduğu vəziyyətə görə şükr edəcək. Yazımı bəyənən hər kəsə təşəkkür edirəm.Eləcədə digər müəlliflərə bu gözəl yazılara görə təşəkkür.
21 Mart 2010 14:29 | Qeydiyyat: 29.09.2008 | Adı: Diplomat | Ünvan: Bakı |
Bilirsiz yazacağım şərh bir az fərqli yanaşmadadı,Sözüm əsla burda yazısı olan kəslərə deyil,sadəcə sözüm gəlmişkən yerini bilərək yazıram... Burda yazısı olan hər kəsə hörmətim,var... sadəcə anlaya bilmirəm,niyə hamı dini tərəfdən yanaşır,niyə hamı hər sözün sonunda Allah bilər,Yaradana şükür deyə şərhlər yazır,halbuki həmin insan şərhin başlağıcında tam əksi olan, dindən kənar bir söz yazır... Mən dindar deyiləm,sadəcə din içində batanlara baxıram.. Mən məhz onların şərhlərini diqqətlə oxuyuram,amma içində məna tapa bilmirəm, Mən bəlkədə onlar üçün bu şərhimdən sonra kafir olaram,amma yenədə fikrimi çatdıraram, qorxulası bir söz demirəm,sadəcə kiminsə bu sözlər düz alnına dəyəcək,başlayacaqla r,öz məharətlərini göstərməyə, belədəki pm- açıqdı,kim istəsə sözünü yaza bilər!!!
Sözüvüzün əvvəlini və sonunu bir uyğunlaşdırın,rabit& #601;siz fikirlər yaratmayın!!!
20 Mart 2010 03:25 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland |
Indivdium sizin yazınızı ilk dəfə idi oxuyurdum səhv etmirəmsə. Çox gözəl yazmısız.Allah sizdən uzaq eləsin,sanki bir karın həyatını yaşayıb bunları qələmə almısız.
Aze xanım hərzaman olduqu kimi öz üslübunuzda gözəl yazmısız. Bəli,kor gözü görməyənlər deyil,2kor" bizik.Bizikki gözümüz yalanları,ədalətsizlikl
Femenistka sizin yazdıqlarınızı lap çox bəyəndim. Özümə qarşı doğmalıq tapdım. Fikirləriniz mənə çox yaxın idi. Çox fərqli düşnürsüz afərin sizə. Güman edirəmki bəlkədə səhv edirəm amma deyəsən qoç bürcündənsiz siz.
heç kimə yük olmamaq,heç kəsin köməyinə ehtiyac duymadan öz həyatımı özüm yaşamaq istərdim..
Çox xoşuma gəldi bu hissə. Amma bəzən normal insan kimi olsaqda,ayaqlarımız,əll
601;rimiz olsada amma kimlərəsə yük olarıq,kimlərisə incidərik. Amma çalışaq öz ayaqlarımızda dayanmaqı bacaraq.
Turalın yazdıqlarında digər dostların yazdıqlarının ümumisini tapdım. Menecerin yazdıqı fikirlər çox maraqlı olub.
Regana xanım bu məqalə Mix.Azın tarixində unudulmaz yazılardan biri olacaq. Sizin "Güzgü ilə söhbətim" məqaləni bu cür uğurlu alınmışdı.İndi isə ümumi şəkildə bölüşməyi bacardız.Bütün əməyi keçən hər müəllifə təşəkkür edirəm.Afərin sizlərə!
--------------------
Həzrəti Məhəmməd (S.a.s) peyğəmbər.:«Bir insanın qəlbini qırmaq 70 dəfə Kəbə evini dağıtmaqdan daha günahdır!» Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.» Allah Yunus surəsi,44 ayədə buyurur: “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!”
20 Mart 2010 03:03 | Qeydiyyat: 26.11.2009 | Adı: Xoşbəxtlər dünyasının İNSANI...ツ | Ünvan: Azərbaycan |
Her muellifin yazisini boyuk maraqla oxudum, heqiqeten de demeye bele soz qalmir adamda, cox duwundurucu, insani kovrelden yazi idi, Butun muelliflere tewekkur, heyatda bunlar tek hec bir derdiniz olmasin InwAllah. Ideyaya gore Reqiwe boyuk tewekkurler. Heqiqeten de xebere girdinizse oxumadan baglamayin sehifeni.
--------------------
Изменяла…Изменяю…И буду Изменять… свою жизнь в лучшую сторону!=)
Hər birinizin yazısını böyük maraqla oxdum.. Çox təsirləndim.. İnşallah həyatınızda hər şey, istədiyiniz kimi olar.. Sənə də təşəkkür edirəm Reqiş, belə gözəl insanların, duyğu və həqiqqət dolu yazılarını bizilə paylaşdığın üçün..
Belə gözəl yazarların içində söz demək çətin oldu, amma əlimdən gəldiyi qədər yaza bildim. Sizin yazılarınız sadəcə yazılar deyil, bir dahinin əsrlər boyu təsir edəcək kəlamlarına bərabərdir.
Hamisini oxudum ve dogurdanda bu gozelliye heyren oldum demeye soz tapa bilmirem Lalın həyatı - FeMeNiSTKa en cox ise bu yazini beyendim mende cox daniwmagi sevmiyen biri kimi bu mene daha yaxin oldu .Bir daha tewekkur ne desem bu cur yazilarin qarwisinda sonuk qalar ona gore men bele gozel yazilarin davamini oxumaq isterdim Inwallah .
Kor,kari gormez.Kar, koru ewitmez.Laldisa insan hec vaxt deye bilmez.Tox-ac olani bawa duwmez.Qara,ag boyaya omur boyu qatiwmaz. Isteyirsen Lal,kor,Kar olasan ancaq bu heyatda gerek var olasan .
Hər müəllif öz yazısı ilə bizə şərh yazmağa bir şey saxlamayıblar. Həqiqətən bu istifadəçilərin birgə yazısı gözəl alınıb və oxumağa DƏYƏR!!! Ardı gəlsin... _REQANA_ xanım, ideya üçün təşəkkürlər, xüsusilə maraqlı yazıları olduğu halda çoxdandır yazılarını görmədiyimiz indivum və _MILANoooRE_ üçün təşəkkürlər!!!
--------------------
Müasir qızların çantası bermud üçbucağına bənzəyir:)
Əvvəla Reqişim ALLAH razı olsun ürəyincə versin inşaALLAH.Bunu mənə deyəndə 1,yazanda 2,oxuyanda da 3cü dəfə təsirləndim.Miloşun yazısı lap qan eliyib(((Əslində Reqiş bunu deyəndə gec idi deyə fikirləşdim sabah yazaram.Amma gecə yata bilmədim çünki əslində çətin olmamalı idi mənim sahib olduğumdan məhrum olan birinin düşüncələrini oxumaq.Bəzilərinə elə gəldi ki mən lalam.Yox mən də ona həsəd aparanlardan biriyəm.Nə bilim.Hər biriniz super yazmısız əllərinizə sağlık.Reqiş əskik olmayasan can.Təşəkkür
19 Mart 2010 23:48 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet |
Biz kor olmasaqda həyatda bizə verilənlərdən layiqincə istifade edə bilmirik. Görsəkdə, eşitsəkdə, 5 duyu organımızla duya bilsəkdə həyatda xoşbəxt olmağı əslində başqa şeydə görürük.
Bu hissə bütün xəbərin ideyasını təşkil edir! Hər müəllifə təşəkkür!
Çünki siz yalan danışarkən mən heç doğrunu deyə bilməmişəm.Siz şər atarkən mən heç gördüyümü dilə gətirə bilməmişəm.Siz söyüş söyərkən mən ən gözəl kəlmələri qura bilməmişəm.Kimsəy 01; lazım olmayan, simləri sınmış bir skripka, ya notları olmayan bəstə, sözləri olmayan kitab, dalğaları səssiz olan dəniz, quşları cəh-cəh vurmayan bir meşə, ən nəhayət, bir ət parçasına görə həyatı darmadağın olunmuş guya yaşayan lalam mən...
bu cumleleri o qeder beyendim ki.nez gozel ifade etmisen Femi.
butun bunlari olub ondan duzgun istifade etmeyenlerdi esl bedbext.chox gozel yazilar idi.chox sag olun
Duzdu telesirem ona gore ancaq birincini oxudum ve bu kifayet edir ki bu yazinin nece gozel olmagindan urek dolusu daniwam ancaq 100 % bunu qayidib oxuyacam cun ki bele gozel yazilari oxumamaq gunahdi.Hemiwe ki kimi _REQANA_ Xanimin imzasi ile bir gozellik daha Tewekkur.
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3