Dedi: Mənim bəndəm, hazırlaş, səni başqa bir aləmə gpndərəcəyəm. Elə bir aləm ki, Mənə çatmaq üçün sınaqlardan keçəcəksən. Dedim: Allahım səndən bir istəyim var. Məni daha yaxşılar içinə göndər. Mənə arzulanan Ana bəxş etdi. Yaxşı - dedi, böyük Allah.
Zaman keçdi, və mən ana bətnində yarandım. Yarandıqca inkişaf etdim. İnkişaf etdikcə Allahdan bir şeydə istədim. Çağırdım Onu. Dedi-Buyur mənim bəndəm. Dedim- Allahım səndən bir istəyim var. Mənim dünyaya gedişim zaman vücudumu sağlam et. Məndə arzulanan vücuda sahib olmaq istəyirəm. Mən də hər kəsin arzuladığı kimi böyümək istəyirəm. Yaxşı - dedi, böyük Allah.
Dünyaya gəldim. hər kəs kimi böyüməyə davam etdim. Böyüdükcə ürəkdə böyüyürdü. Ürəklə bir yerdə arzular da böyüyürdü. Əhatəmdə gözəl insanlar, gözəl yoldaşlar istədim. Dua etdim, arzuladım Allahdan. Qəm-kədəri məndən uzaq tutacaq kəslər istədim. Yaxşı - dedi, böyük Allah.
Günlər var idi qara, günlər də var idi arzulanan. Çətinlikdə yenə üz tutdum Rəbbimə. Uşaqikən gecə saatına qədər "atamız gələcək, çörək yeyərik" deyərək ac qarına Allahdan rahat, firəvan dolanış istədim. Məni bu sıxıntıdan çıxar- istədim. Yaxşı - dedi, böyük Allah.
Məktəbdə hamıdan fərqli olmaq istəyirəm- dedim. Hər kəsin arzuladığı Ali məktəbə daxil olmağı istədim. Zamanla irəlilədikcə daha çox şeylər istədim. Getdikcə arzuların, üstünə arzular gəldikcə, istəklərimdə çoxaldı. Yenə üz tutdum Rəbbimə. Yaxşı - dedi, böyük Allah.
Fərqli sevmək istədim. Fərqli birisini arzuladım. Elə birisi ki, mən olmayanda belə məni yanında bilmiş olsun. Məni gözləyən, mənim üçün darıxan birisini istədim. Hər şeyə diqqət edən, sevdiklərinə dəyərə verən birisini arzuladım. Yenə üz tutdum Rəbbimə, diləklərimi dilədim. Yaxşı - dedi, böyük Allah.
İstəmirəm siqareti, istəmirəm içkini. Uzaq olmaq istədim gecə əyləncələrindən, qaçmaq istədim narkotiklərdən. Nəfsim üçün güc istədim Rəbbimdən, uzaq durmaq istədim zinalardan. Həyat məni aparmasın uçuram deyərək üz tutdum Rəbbimə. Yaxşı - dedi, böyük Allah.
-Allahım! -Buyur bəndəm! Nədir Məndən istəyin? -Allahım, Sən mənə istədiyim hər şeyi verdin. Bir söz soruşmaq istəyirəm. Utanıram, çəkinirəm. Mən Sənin üçün nəsə etdimmi Ya Rəbbim? -Ey mənim bəndəm. Mənim mərhətim, qəzəbimə üstün gəldi. Mən səndən özümə heç nə istəmirəm. Demirəm ki, sahib olduqlarını mənə qurban ver. Demirəm ki, mənim üçünü yaşa ancaq. Mən sənə bu dünya həyatını verdim. Ölümdən sonra həyatını özün qazan. Bütün pisliklərdən uzaq ol. İbadət et ki, sənin nəfsin daha da güclənsin. Mənə gəl ki, Mən də sənə gəlim. -Bağışla məni, Allahım, bağışla... Mən Səndən istədim, Sən isə mənə istədiyim və layiq olduğumdan da çox verdin. Amma mən Sənin üçün heç nə etmədim, Allahım....
Mən istədim, Allah verdi. İstədiyimdən də çox verdi, layiq olduğumdan da çox bəxş etdi.
Bəs mən nə etdim?
Yazı öz həyatıma uyğun olaraq yazılıb və tamamilə mənə aiddir. Müəllif: Həsənov Asəf
SUPERRRR. MEN DE HER ZAMAN ALLAHIMLA SOHBET EDIREM ARZULARIMI ISTEKLERIMI DILEYIREM TANRIDAN. O HEC VAXT MENJ DARDA QOYMUYUM. REBBIM HAMIMIZA YAR OLSUN INWALLAH.
HALALDI,SUPER TEWEKKUR EDIREM ELA HAZIRLAMISAN. ALLAHIM BIZE VERDIYIN BUTUN NEMETLERE MIN SUKUR,SENE HER ZAMAN IBADET EDECEM.
Fərqli sevmək istədim. Fərqli birisini arzuladım. Elə birisi ki, mən olmayanda belə məni yanında bilmiş olsun. Məni gözləyən, mənim üçün darıxan birisini istədim. Hər şeyə diqqət edən, sevdiklərinə dəyərə verən birisini arzuladım. Yenə üz tutdum Rəbbimə, diləklərimi dilədim. Yaxşı - dedi, böyük Allah.
-Buyur bəndəm! Nədir Məndən istəyin? -Allahım, Sən mənə istədiyim hər şeyi verdin. Bir söz soruşmaq istəyirəm. Utanıram, çəkinirəm. Mən Sənin üçün nəsə etdimmi Ya Rəbbim? -Ey mənim bəndəm. Mənim mərhətim, qəzəbimə üstün gəldi. Mən səndən özümə heç nə istəmirəm. Demirəm ki, sahib olduqlarını mənə qurban ver. Demirəm ki, mənim üçünü yaşa ancaq. Mən sənə bu dünya həyatını verdim. Ölümdən sonra həyatını özün qazan. Bütün pisliklərdən uzaq ol. İbadət et ki, sənin nəfsin daha da güclənsin. Mənə gəl ki, Mən də sənə gəlim.
Fərqli sevmək istədim. Fərqli birisini arzuladım. Elə birisi ki, mən olmayanda belə məni yanında bilmiş olsun. Məni gözləyən, mənim üçün darıxan birisini istədim. Hər şeyə diqqət edən, sevdiklərinə dəyərə verən birisini arzuladım.
Mən istədim, Allah verdi. İstədiyimdən də çox verdi, layiq olduğumdan da çox bəxş etdi. COX GOZEL BIR XEBERDI...INANIRAMKI QALAN 1-2 ARZUMU DA ALLAHIM REALLASDIRAR...
Allah(C.C) razi olsun, chox maraqli yazidi. In sha ALLAH yazinizla savab qazanasiz. ALLAHim(C.C) butun muselmanlari hidayet elasin,sonra da Imanda tutsun. En boyuk mukafat bize verdiyi boyuk ALLAH sevgisidir. Bu sevgiye nail olduqdan sonra bu fani sinaq asan gelir. ELHAMDULILLAH.
Əla yazı idi, təşəkürlər. Allah hər bir insanın dilədiklərini verir, onun qarşılığında öz könül rahatlığın üçün səndən namaz istəyir, bunu etmək elə də çətin iş deyil məncə. Hər bir insan istəsə buna nail ola bilər
Yaziya soz ola bilmez sadece olaraq... Mence Allahin her bir bendesi bele dushunmelidir eslinde... ne etsek de,ne qeder yaxshiliq etsek de,Allahin bize behsh etdiyi heyatin yerini hech ne vermez... Men de ozumu xoshbext hiss edirem,chunki Allahim her zaman menledir kelmesini deye bilirem...
Teshekkur Asef... Allah razi olsun...
--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃) /█\♥/█\
13 İyul 2010 01:32 | Qeydiyyat: 13.08.2008 | Adı: ☜❤☞ Ay ☜❤☞ | Ünvan: Tam,gde Ti i Ya... 유 웃 |
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3