İlk öncə başlayaq Ans Tv-nin efir məkanında törətdiyi biyabırçılıqlardan.
Dünya televiziya məkanında bütün aparıcıların səhvləri olur. Bu səhvlərin çoxu da çaşqınlıq üzündən baş verir. Bu normal haldır. Azərbaycanda isə aparıcıların səhvləri savadsızlıqları ucbatından baş verir.
Ans Televiziyasında Xəbərlər verlişinin aparıcısı olan Afət Telmanqızının düşdüyü biyabırçı vəziyyət savadlı aparıcıları, seçilən verlişləri ilə hər zaman öyünən Ans Televiziyasının nüfuzunu xeyli aşağı saldı.
Faylın həcmi çox azdır hər kəs çox rahatlıqla yükləyə bilər.
Mən hələ futbol şərhçilərinin efir zamanı marça murçla yemək yeyərək futbolu şərh etməklərindən danışmıram.
------
İndi isə keçid alaq mövzumuza...
Televiziya aparıcıları üçün nitq, səs və görünüş çox vacib şərtlər sayılır. Hər bir televiziya aparıcısının vizual görünüşü və televiziyaya uyğun görkəmi olması əsasdır. Azərbaycan telekanallarına gəldikdə, aparıcıların böyük əksəriyyətinin ya efirə uyğun səsi yoxdur, ya da görünüşü. Azərbaycan teleaparıcısı, telejurnalisti, müəllif proqramının aparıcısı hansı dildə danışır? Onun danışıq tərzi və tempi tamaşaçını qane edirmi? Ümumiyyətlə Azərbaycan telekanallarının aparıcılarını 2 yerə bölmək olar: Azərbaycan dilini bilənlər və bilməyənlər. Məlum olduğu kimi 2-ci tiplər daha çox üstünlük təşkil edir. Azərbaycan dilinin incəliklərinə bələd olanlar isə əsasən xəbərlər proqramını aparan kəslərdir ki, onlar yüksək təhsil görmüş və işə götürülən zaman testdən keçən şəxslərdir. Bəs görəsən digər aparıcılar niyə bu cür imtahanlardan keçmirlər? Görünüşcə heç bir qüsuru olmayan aparıcıların Ana dilində çox aşağı səviyyədə danışmaları Azərbaycan dilin təbliğ edən vasitə üçün yaxşı hal deyil. Aparıcıların əksəriyyəti özlərini məişətdə olduğu kimi aparıb, məişətdəki kimi danışırlar. Bu kimi hallar milyonlarla izləyicisi olan, artıq xaricdəki tamaşaçılar tərəfindən də izlənə bilən verlişlər üçün, ən əsası da xalqımız adına utanc vericidir.
Məsələn.
Lider telkanalı-nda
yayımlanan Mailiniz var və Play verlişlərinin aparıcısı olan Lalə Mustafayeva demək olar ki Azərbaycan dilində danışa bilmir. Bunu verlişin sonunda efirə gedən verlişin çəkiliş kadrlarından da çox aydın şəkildə görmək mümkündür. Verlişin 10 dəqiqəsini təxminən 10 saata çəkirlər. Səbəb: Aparıcı danışarkən, hər sözdə çaşır, sözləri unudur. Allah o aparıcı ilə çalışan kollektivə səbr versin. Düzdür, xarici görünüşü televiziya üçün yararlıdır amma bu bəs etmir axı.
Növbəti misalı da elə Lider telekanalında yayımlanan Dəniz döyüşü adlı verlişdən çəkəcəyəm. Verlişin eks aparıcısı Fəridbəy və hal hazırkı yeni, xanım aparıcısı da televiziya məkanı üçün yararlı olmayan biriləridir. Fəridbəy, hamınıza məlumdur ki Azərbaycan dilində demək olar ki heç nə bilmir. Xanım aparıcı isə Azərbaycan dilini bilsə də Xalq qarşısında özünü necə aparmaq lazım olduğundan xəbərsizdir. Hər dəqiqə saçını düzəldən, efirə zəng edənlərdən, operatorlardan Necə görünürəm? Saçım yaxşıdır? deyə soruşan aparıcı çox güman ki güzgü qarşısı ilə kamera qarşısını səhv salıb.
-----
Keçid alaq növbəti telekanalın növbəti aparıcılarına.
Azad Azərbaycan Televiziyası.
ATV.
Bu kanalın aparıcılıranın azərbaycan dili ilə bağlı bir problemləri olmasa da, danışıq tərzlərində əməlli başlı problemlər var.
Yağ Kimi verlişinin aparıcısı Zaur Baxşəliyev demək olar ki çoxu tərəfindən sevilir. Verlişin yüksək reytinqli olması, xaricdə belə izlənməsi danılmaz olan faktdır. Belə olduğu halda aparıcı öz danışıq mədəniyyəti çərçivəsinə bayağı sözləri, müəyyən ərazinin ləhçəsini daxil etməməlidir. Televiziya məkanında görünməsi lazım olmayan mimikaları, davranışları da aparıcının mənfi xüsusiyyətlərindəndir.
Xoşqədəm Hidayətqızının təqdimatında efirə gedən Sən Tək Deyilsən verlişində də eyni hal yaşanır. Aparıcının pafoslu danışığı, süni səs tembri, hərəkətləri insanı hövsələdən çıxardır.
-----
Tanınmış simaların verliş aparacısı olmaqları da düşünürəm ki düzgün hal deyildir.
Rəhim Rəhimlinin Dostum şou, Oxu dostum verlişlərii.(Lidert Tv)
Aygün Kazımova, Azər Axşam kimi tanınmış simaların aparıcısı olduğu Xeyir Ola? verlişi ( ATV)
Dilarə Əliyevanın Çal - çağır şousu.(Atv)
Azad Şabanov, Natavan Həbibi, Brilliant Dadaşova və s. tanınmış simaların bir çox verlişlərini də bu siyahıya əlavə edərək siyahını daha da uzatmaq olar.
-----
Azərbaycan Televiziya məkanında çalışan hansı aparıcını bəyənir, hansını bəyənmirsiniz?(Səbəb)
Cox sagolun bele movzu ucun.Menim cox sevdiyim aparicilar var.Hem savadli,hem degozel hesab etdiklerim.Xosqedem Hidayetqizinin proqramlari cox xosuma gelirdi,ona heyran idim ve cox boyuk hormetim vardi,savadsiz danisigina baxmayaraq insanlarin derdine serik olan,genclere terbiye edici ola bilecek movzulari gundeme getirmesi cox xosuma gelirdi.Ancaq onu bu yaxinlarda bir tsentrde gordum,(qeyd eleyim ki,men mentalitet duskunu bir insan deyilem,ancaq harda nece danismagin yerini az da olsa bilirem),qulaqlarima ve gozlerime inanmadim.Yanindaki yasli insanla ve etrafdaki iscilerle sohbetini,qeybetini,zarafatlarini,ona qarsi edilen ve onun gulerek qarsiliq verdiyi zarafatlari esidende ele bildim ki qonsu masada eylesen bu qadin hemise hormetle adini andigim teleaparicimiz yox,cox uzr isteyirem ucuz exlaqsiz qadindi.Hetta adi cekilene qeder inanmadim ki,bu o teleaparicidir.Exlaqi,medeniyyeti ve savadi olmayan,insanlar icinde bele ozunu aparmagi bacarmayan bu qadini basqalarina exlaq dersi nece vere biler axi?Belelerini kim efire cixarir ki?
biyabirciliqları. Tesadufi adamlar verilis aparanda bele olar da. ANS kanali Azerbaycanin uz qarasidi qardas! Mentalitetden kenar sozhetler, kinolar, ne bilim neler.Liderdəki Laleni de gorende menim lap esebilerim alt ust olur. Ele bil 8 milyonun qarsisinda deyil, podyumdadi! Harasini kime gosterir, anlamiram ki! Qax qurusu! :)) Zaur da ki, umumiyyetle kisi sifeti gormurem onda. Bunu Liderde qarsilasanda ozune de demisem! Umimiyyetle bizim efir mekanimiz ucurumdu, xalqi ancaq bedbextliye, cahilliye suruyur!!!Cox sagolun, ureyimi bosaltdim... :)))))))))
Mohtesem xeberdir!!! Bu efir mekani menim yarali yerimdi de! Biz millet kimi, xalq kimi ozumuze sigisdirmamaliyiq e bele biyabirciliqları. Tesadufi adamlar verilis aparanda bele olar da. ANS kanali Azerbaycanin uz qarasidi qardas! Mentalitetden kenar sozhetler, kinolar, ne bilim neler.
Liderdəki Laleni de gorende menim lap esebilerim alt ust olur. Ele bil 8 milyonun qarsisinda deyil, podyumdadi! Harasini kime gosterir, anlamiram ki! Qax qurusu! :))
Zaur da ki, umumiyyetle kisi sifeti gormurem onda. Bunu Liderde qarsilasanda ozune de demisem!
Umimiyyetle bizim efir mekanimiz ucurumdu, xalqi ancaq bedbextliye, cahilliye suruyur!!!
Cox sagolun, ureyimi bosaltdim... :)))))))))
18 Sentyabr 2010 10:09 | Qeydiyyat: 18.09.2010 | Adı: Pervin | Ünvan: Azərbaycan, Bakı |
mango Turklerde 1 verilis cixan kimi tez yeni formatli verilis tapmisiq deye basdiyirlar onlari yamsilamaga.ELE BIR BIZIM JURNALISTLERIN,APARICILARIN YENI FIKIRLERI IDEYALARI YOXDUR YENI LAYIHELER HAZIRLASINLAR.HELE ZAURU DEMIREM ONUN ADI GELENDE ESEBLESIREM ORDAN BURDA VERILISLERI GOTORUB YENI LAYIHE ADI ALTINDA TEQDIM EDIR. ELE BIL CAMAAT KUTDUR NEDIR.MENCE ATV-DE SAVADLI APARICI NANEDIR. HEM DANISIQ TERZI HEM DE GORUNUSU YAXSIDIR HEC OLMASA O BIRILERI KIMI EFIRDE ZAUR KIMI LEHCEYLE VE TURK DILINDE DANISMIR.YENI LAYIHELER DE HAZIRLAYIR KIMLERISE YAMSILAMIR OZ UZERINDE CALISIRR YOXSA ZAUR DUNEN "YEMEKDEYIZ" VERILISINI SONRA DA EVLENDIRME VERLISINI YAMSILAYIR.HELE ACUN KIMI OZUNE SAYT ACMAGINI DEMIREM LAP ADAMIN ETI TOKULUR.
15 Sentyabr 2010 20:42 | Qeydiyyat: 1.08.2010 | Adı: Alice | Ünvan: -- |
Evveller Aztvnin yaxsi aparicilari var idi. Onlarin cox gozel sesleri var. O diktorlara hec kim cata bilmez. Bizim kanallara baxmayanlara demek isteyirem ki, bizde de yaxsi verlisler olur. Beyin ogurlanmasi filminde bir kelam var: bizimkiler beledi de. oz kinomuza bir defede baxmiriq. onun-bunun kinosuna 43 defe baxiriq.
efirmizde tek tuk savadli aparicilarimiz var meseln samir bayramov,xezer tvde xeberler verlishini aparan anar ve bir iki dene de adlani bilmediklerim var onlardan biri de atv de xeberler proqrami aparir.amma cox azdir
Allah sizden razi olsun.Siz menim ureyimden xeber verdininiz.Bu Xosqedem Hidayetqizi kimdi bilmirem, hele men tv alemde onun kimi suni,onun kimi insanda nifret hissi yaradan teleaparici gormemishdim.Sexsen men onun verilishine,onun danishigina 5 deqiqe baxan kimi esebimnen bashim bashdiyir agrimaga.Insan ne qeder suni ve shit olarmish.Baxir turk kanallarina ozunu onlar kimi aparmaq istiyir,neticede yalniz ve yalniz nifret qazanir.
Xoshqedem ciddi verlish aparmasina baxmayaraq, ozu cox gulunc veziyyetdedi. Men ozum jurnalistika fakultesini bitirmiwem. Ve bunu cox yaxwi bilirem ki, bir qazet jurnalisti ile efir jurnalisti arasinda cox boyuk ferq var. Efirde apariciliq edenin hem savadi, hem gorunuwu, hem de efir medeniyyeti olmalidir. Dunen qazet jurnalisti olan bu xanim bu gun efirde terbiyyevi ehemiyyet dashiyan verlishin aparicisi olub. Uc soz ezberleyib pafoslu danishiga hele savad demek olmaz. Bir de ki exlaqi hec olan bir insanin digerlerine exlaq dersi kecmesi ne derecede duzgundur?.... Bax bunu men basha dushe bilmirem. Diger sadalanan aparicilarin ekseriyyeti shou xarakterli verlish aparicilari olduqlari ucun onlara hardasa kecmek olar.
31 Avqust 2010 19:29 | Qeydiyyat: 1.02.2008 | Adı: Aylin | Ünvan: Bakı |
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3