» Daha sevgiyə inanmıram mən
  » Sənin haqqında danışmağı ...
  » El Clasico: Barselona-Real Mad ...
  » Dövlət idarələri mix.az ha ...
  » Bir kərə yüksələn bayraq, ...
  » Mənim İdeal Ətirim
  » Ad günün mübarək,Tural!24. ...
  » Nurullah hər kəsi coşdurdu
  » İlin Ənləri - 2011-2012
  » Mənim musiqi zövqüm - Yanva ...
  » Ad Günün Mübarək Ölməz Q ...
  » Rəşid Mahmudov həqiqətlər ...
  » Sənin məndən fərqin
  » "Mənim sevimli ev heyvanım ...
  » İlin ənləri 2011-2012 (admi ...
  » Bir insan tanıdım həyatım ...
  » Hərdən belə də olur...
  » Ayrılıqların əlacı, ən m ...
  » Yenə mövzudan çıxdım
  » 2012 hansı bürclərə daha ...
  » Bunları bilmək maraqlıdır
  » "O" Şəkillər
  » Yeni mp3-lər
  » Milano derbisinin hesabını t ...
  » Sizə məsləhətim...
  » Milli qəhrəmanlarımız
  » Filmlər və yadda qalan mahn ...
  » Məhəmməd Peyğəmbərin sa ...
  » Sizə məsləhətim...
  » "Toy Olsun"dan qovulan Səad ...
  » Edilən pisliklər yaxşılıq ...
  » Erməni toyunda Azərbaycanın ...
  » Türkiyənin ən bahalı səsi ...
  » AZADLIQ toxumu əkdi ŞƏHİDL ...
  » Azzz, dur soğanı düzəlt!
  » "Erməni soyqrımı yoxdur!"
  » Azərbaycanda ÜZEYİRlə baş ...
  » Mix.az-lıların cənnət qap ...
  » "Qanlı Yanvar" gecəsində ...
  » Əllər var əl tutmaq üçün ...
  » Life in Paper
  » Gözlənilən və reallıq...
  » Biraz gülmək lazımdır
  » Sizə məsləhətim...
  » I ♥ You
  » Türkiyə rusların gözündə
  » Sizə məsləhətim...
  » Kurtlar Vadisi Pusu - 143 (Pol ...
  » "Mix.az-lıların Möcüzəvi ...
  » Hər xanıma bir gül
  » Ana üçün ən gözəl təbri ...
  » Sadəcə bax...
  » Baby :)
  » Günün fotoları
  » Sus və sadəcə bax :)
  » 20 Yanvar günü-22 il tamam o ...
  » Azərbaycanda "Gines" rekord ...
  » 20 Yanvar faciəsindən 22 il ...
  » Hər qız sənin içindəki ü ...
  » Sadə karandaşla çəkilmiş ...

mix dominant
Xəbər sayı -6
nuku
Xəbər sayı -6
GunahLi_CenneT
Xəbər sayı -6
Beqi
Xəbər sayı -5
Menim_gozel_alibim
Xəbər sayı -5
Just Kurdish
Xəbər sayı -4
PSiKoPaTKa
Xəbər sayı -4
Dj KaMiL
Xəbər sayı -3
Resad-9
Xəbər sayı -3
sweetheart24
Xəbər sayı -2



Ağdaş
Bakı
Sumqayıt
Gəncə
Mingəçevir
Şəki
Xaçmaz
Lənkaran
Göyçay
Əli Bayramlı
Şamaxı
Balakən
Salyan
başqa rayon
xarici ölkə
Naxçıvan








 
 
Ölmüş nömrələr məzarlığı Maraqlı və məsləhətli 
Ölmüş nömrələr məzarlığı


Bugün daha bir nömrə yandı…
“Aradığınız nömrə təyin edilməmişdir”…
Ruhuna fatihə.

Bəzən tək qaldıqda, insanların diqqətindən məhrum olduqda, internetə çıxışım olmadıqda içimi qəribə hisslər bürüyür. Məhz belə anlarda özümü atılmış, tərk edilmiş insan kimi hiss edirəm. Nostalgiya başlayır. Düşüb aşağıdan özüm üçün adi vaxtlar heç içmədiyim, yalnız nostalgiya anlarında həmdəmim olan balaca şüşədə şotland viskisini alıram.

Ondan bir rumkaya tökürəm və ilk rumkanı sağlıqsız boşaldıram. “Aha, bax belə. 10 dəqiqə sonra dünyanın dərdi də gəlsə vecimə olmayacaq”
Rumkanı ikinci dəfə doldurub qoyuram masanın üstünə. Alıram əlimə telefonumu. Burada xüsusi bir qovluq var. İllər öncə ünsiyyətdə olduğum müxtəlif insanların hərəsindən 1 SMS qoruyub saxladığım bir qovluq.
Ünsiyyətdə olmadığım, ayrıldığım insanların nömrələrini telefon kitabçasından dərhal silirəm. Amma onların hər birindən bircə mesaj da varsa qoruyub saxlayıram indiyəcən.

Bu qovluğa- ölmüş nömrələr məzarlığı adını vermişəm.
Bu nömrələrdən vaxtı ilə gecə demədən, gündüz demədən yüzlərlə, minlərlə, bəzisindən isə on minə yaxın sms almışam.
Amma bugün həmin nömrələrin əksəriyyəti deaktivdir... Əlaqə bitdi, nömrələrin yaşamı da bitir. Hər bir ayrılıq özüylə bərabər Simkartlar üçün Ölüm Mələyini də gətirir...

Burada elə qəribə nömrələr var ki.
Bax, məsələn bu nömrə. Hal-hazırda da işləyən nadir nömrələrdən biridir. Amma yiyəsi çoxdan “ölüb”. Nə zaman zəng vursam yiyəsi telefonu böyük maraqla açır, suallarıma həvəslə cavab verir, amma həmişə də sual-cavabın ortasında maraqla soruşur: bağışlayın, kimdir ki danışan?
Mən həmişə bu sualdan sonra üzr istəyib zəngi qapadıram: 6 ay, 1 il sonra yenidən zəng vurub anonim səslə hal- əhval tutmaq üçün...
“Bağışlayın, kimdir ki danışan?” sualına cavab vermək heç də asan iş deyil.
Axı necə deyim ki, Mən o insanam ki, sən 2004-cü ilin bütün yayını mənim laylalarımla yuxuya getmisən. Necə deyim ki, mən o insanam ki, öz dediyinə görə “mənsiz 1cə gün də yaşaya bilməzdin”.
Necə deyim ki, mən o insanam ki, səsimi hətta 50 il sonra belə tanıyacaqdın...

Başqa bir nömrəyə baxıram. Bu nömrədən düz 3 dənə mesajı qoruyub saxlamışam. Və bu 3 mesajın hər birini ayrı-ayrı insanlar yazıb.
İlk dəfə bir qızın nömrəsi olub. Münasibətimiz bitib, nömrə də silinib gedib- həmin insanın xatirələri kimi. Qorunub qalan təkcə onun yazdığı ən dəyərli mesajı olub. Aylar, illər sonra o nömrəyə zəng vurduğumda nömrənin canlandığını və yeni sahibəsinin olduğunu görmüşəm. Köhnə sahibə haqda nə qədər sual versəm də, onu tanımayıb nömrənin yeni sahibi. Amma əvəzində, yeni sahibədə özümə qarşı maraq oyatmışam deyəsən. Çünki ondan gələn, eyni nömrədən 2ci adla qoruyub saxladığım mesaj bucürdür:
“Samirəni həqiqətən tanımıram. Mən bu nömrəni dükandan almışam. İstəyirsən kağızını da göstərim ki, nömrə öz adımadır... (Mesajın ortasını yazmıram- müəllif)
...Odur ki, istəsən arada bir mesaj yaza bilərsən. Darıxandan-darıxana :) Nara”
Bu mesajdan 2 il sonrakı tarixdə yenə o nömrədən, amma bu dəfə 3cü bir adla- Lenadan rusca aldığım mesaj:
“Skuçayu...”
Yəqin ki, deməyə ehtiyac yoxdur ki, Lenayla da Naranı soruşmaq üçün zəng vurduğumda tanış olmuşdum...
Bugün o nömrəyə zəng vurdum. Nömrə yenə bağlıdır...
2-3 il sonra yenidən zəng vurduğumda yəqin hansısa Ayka götürəcək...
Lənət şeytana. Mən bu üç qızın üçünə də "Mənim şirin Şeytankam" deyirdim. Onlar da elə bilirdilər ki, özlərinə görə, individual şəkildə əzizləmə mənasında Şeytanka demişəm. Daha bilməyiblər ki, səbəb özləri yox, müxtəlif vaxtlarda işlətdikləri bu nömrənin son üç rəqəminin 666 olması idi səbəb.
(050 xxx-x6-66)

...Ərikmədən saydım. Bu qovluqda 132 sms var. Mesajlar ildən ilə çoxaldıqca Mənim də “vəfasızlıq çevrəm" böyüyür deməli. Çünki bu nömrələrin sahibləri- keçmiş qız dostlarım və ya girl-friendlərimlə ayrılığın tək səbəbkarı özüm olmuşam. Daha doğrusu, mənim kaprizlərim.
Ayrılıq qərarını həmişə Mən vermişəm. Deməli, yeganə vəfasız insan mənəm.

Ona görə də, hal hazırda 132 smsdəki nömrələrə bir-bir zəng vurub, onlardan 106nı ölü nömrə gördükdə, yalnızca 26 nömrənin hələ də işlədiyini, amma sahibələrinin artıq səsimi tanımadıqlarını öyrənəndə kefim pozulmadı.

Mən bu cəzaya layiq idim. Vəfasızlara hər cəza caizdir!

Gəlin, bu ikinci və sonuncu badə viskini içək Mənim vəfasızlığımın və unutqanlığımın sağlığına!

Amma o unutqanlıq ki, bütün 132 mesajın hər birinin yazılma şəraitlərini bircə-bircə xatırlayır.
Və o vəfasızlığın ki, hər zaman yalnızca bir devizi oldu:
Heç kim unudulmur. Heç nə yaddan çıxmır...


(Bozqurd- 7 avqust 2010. Bakı, ev, 4 divar)



 
 
#79 Şərhin müəllifi: siren
 


9999999+

 
 
#78 Şərhin müəllifi: Blade_Ayka
 


Men hec mix.azda bele muellifin oldugunu bilmirdim cox qeribe yazilariniz var



nn

 
 
#77 Şərhin müəllifi: __Jale__
 


Sitat: Bozqurd
Paylaşdığın üçün təşəkkür.
Mən də bu yaxınlarda Anar`ın bir hekayəsini oxudum, o hekayənin də məzmunu hardasa bu yazıya bənzər idi.Mən, sən, o və telefon

____ BUYUR OĞUZ,XOŞDUR.
BU ŞE'RİN MÜƏLLİFİ ŞAİRƏ AFAQ XANIM,MƏNİM RƏFİQƏMDİR.
AFAQ XANIM BU ŞE'Rİ GŞB-(GƏNC ŞAİRLƏR BİRLİYİNDƏ) PAYLAŞDI.
ORDA DA QEYD ETDİM Kİ,DOSTUM OĞUZTOĞRUL TAHİRLİNİN YAZDIĞI KİÇİK HEKAYƏSİNİ XATIRLADIM BU ŞE'Rİ OXUDUQDA.
AFAQ XANIM BU SÖZÜMDƏN SONRA, BELƏ BİR SUAL VERDİ MƏNƏ:HANSI GƏNC YAZARLARIN YAZDIQLARINI OXUYURSAN? ELƏ BİLDİ Kİ,SƏN YAZARSAN =))))

HƏ OĞUZ,OXUMUŞAM O HEKAYƏNİ.SONLUĞU BİR AZ QAPALI ŞƏKİLDƏ BİTMƏSİNƏ BAXMAYARAQ,ÇOX MARAQLI HEKAYƏDİR. ____

 
 
#76 Şərhin müəllifi: yagmurlar
 


Ayrılıq qərarını həmişə Mən vermişəm. Deməli, yeganə vəfasız insan mənəm.

Mən bu cəzaya layiq idim. Vəfasızlara hər cəza caizdir!

Gəlin, bu ikinci və sonuncu badə viskini içək Mənim vəfasızlığımın və unutqanlığımın sağlığına!


Və o vəfasızlığın ki, hər zaman yalnızca bir devizi oldu:
Heç kim unudulmur. Heç nə yaddan çıxmır...



 
 
#75 Şərhin müəllifi: __Jale__
 


Afaq Shixli
Sənin nömrən öldü bu gün!

Sənin nömrən öldü bu gün!
Qəribədir amma yaman...
Nömrələr ölə bilirmiş!
Çoxdan bəri ilk dəfəydi güldüm bu gün
göz yaşları arasından...
Ruhlar da gülə bilirmiş!
Öldü daha sənlə bağlı
hər bir tarix, hər bir rəqəm.
Amma nə qəm...
Saymayacam bundan belə
günləri mən, anları mən.
Ayıracam gözlərimi saatlardan, təqvimlərdən.
Necə də tez gəldik sona...
Çox sağ ol ki, sənə görə
nifrət etdim bu günahsız telefona!

____ NƏDƏNSƏ BU ŞE'Rİ OXUDUQDA, BU YAZDIĞIN KİÇİK HEKAYE YADIMA DÜŞDÜ OĞUZ....
BURA YAZMAĞIMI İSTƏDİM.TAM MÖVZÜYA UYĞUN BİR ŞER.____

 
 
#74 Şərhin müəllifi: Hey Hey
 


Maraqlıdır

 
 
#73 Şərhin müəllifi: Hvac
 


Heqiqeten insani dusunmeye vadar edir

 
 
#72 Şərhin müəllifi: Nora M
 


Semimiliye gore 5+
Ama ki vefasizliga gore demeye soz tapmiram. no coment!!!!!

 
 
#71 Şərhin müəllifi: elnaricka
 


Eyer vefasiz oldugunu anlamisansa,artiq serhe ehtiyac yoxdu.

 
 
#70 Şərhin müəllifi: rama86
 


Maraqliydi tewekkur ama vefasiz olmaq yaxshi deyil

 
 
#69 Şərhin müəllifi: NifreteNifret
 


Maraqla oxdum...


--------------------

 
 
#68 Şərhin müəllifi: zerif
 


Cox maraqli idi. Vefasiz sozunu gordum ozum yadima dushdum sad

 
 
#67 Şərhin müəllifi: Miss_Lady
 


cox maraqli yazi hazirlamisam halladi 6+ verirem mende


--------------------

 
 
#66 Şərhin müəllifi: Tikes
 


yeriyox

 
 
#65 Şərhin müəllifi: Dr.Genetik
 


Yazı olduqca gözəl alınıb. Etiraf, səmimiyyət yazı ilə həmahənglik təşkil edir.


--------------------

 
 
#64 Şərhin müəllifi: chrysalis
 




MARAQLI YAZIDI...TESEKKUR...AD GUNUNU DE TEBRIK EDIREM...


 
 
#63 Şərhin müəllifi: JAVI
 


uzun sherh yazdim,amma neyse...
Yazina soz ola bilmez...Belke yazdim sherhimi...

 
 
#62 Şərhin müəllifi: aza_ra
 


Ad gününüzü təbrik edirəm. Bundan sora xatırlanmaq və unudulmamaq diləyirəm. Mövzu çox gözəl idi. şərh etməyə söz tapmadım

 
 
#61 Şərhin müəllifi: My dreams
 


Bozqurd cox maraqlidir amma senin diger yazinin Online user kabusunun davami bes olmayacaq?
Tewekkurler 5+

 
 
#60 Şərhin müəllifi: Farid408
 


oz xatireleri yadima dusdu
sad

 
 
#59 Şərhin müəllifi: Dandoline
 


Mənim də “vəfasızlıq çevrəm" böyüyür

Çalış bu çevrəni daha da böyütməyəsən..
+5


--------------------

 
 
#58 Şərhin müəllifi: yarpaq_dolmasi
 


dedim axi sene axirnci rumkani icimede xixi


--------------------

 
 
#57 Şərhin müəllifi: BEZDUWNAYA
 


+5

 
 
#56 Şərhin müəllifi: semichka_supu
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#55 Şərhin müəllifi: __Jale__
 


_____ BIRCƏ ONU DEYƏ BİLƏRƏM Kİ, NƏ QƏDƏRLƏ AZ İNSANLA MÜNASİBƏTDƏ OLSAN BİR O QƏDƏR YAXŞIDIR.
AZACıQ AŞIM,AĞRIMAZ BAŞIM.)))

HEMiŞƏ MƏNƏ QƏRİBƏ GƏLƏN BU OLUB.İNSAN ÖZ SEVİNCİNİ ÇOX ASANLIQLA UNUDUR.
KƏDƏRİNİ İSƏ, ELE QORUYUB SAXLAYIR Kİ SANKİ, KİMSƏ ONU ONDAN ALACAQMIŞ KİMİ BERK-BERK YAPIŞIR, İKİ ƏLLƏ. YERLERIN SƏHF DÜŞDÜYÜNÜ İSƏ ,HAQQSIZLIQLA UNUDURUQ...._____

 
 
#54 Şərhin müəllifi: Financer_001
 


Ondan bir rumkaya tökürəm və ilk rumkanı sağlıqsız boşaldıram.
Gəlin, bu ikinci və sonuncu badə viskini içək Mənim vəfasızlığımın və unutqanlığımın sağlığına!

Bir badə də qaldırağın Oğuztoğrulun səmimiliyinin sağlığına! O səmimilik ki, bütün işlərini, qızlarla mesajlaşmalarını, 3 qıza eyni ifadəylə müraciət etməklərini, nə qədər qız dostlarına qarşı münasibətlətini ifadə edə biləcək cümlələr yazmağa imkan verdi!

Qaldırağın badələri Oğuztoğrulun sağlığına! Amma qaldırdığımız badələrdə viski olmasın ( siz Oğuza bənd olmayın ) Su olsun! Ona görə ki, həm bütün qızlar da içə bilsin, həm də oğlanlar da ( Ramazan ayıdı axı smile )
Oğuz, sənin sağlığıva! Sağ ol ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! !


--------------------

 
 
#53 Şərhin müəllifi: Miss_Skazochka
 


Mənim də “vəfasızlıq çevrəm" böyüyür


bunu anlayırsansa o zaman əhsən sənə.

uzun bir şərh yazmışdım amma düşündüm ki silsəm yaxşı olar .

mən də Anderson kimi bu xəbərdə nə isə ilə keçinməli olacağam


--------------------

 
 
#52 Şərhin müəllifi: hosted_man
 


Mənim üçün yazının möhtəşəmliyi yox,səmimi yazılmasıdır...Yazıda səmimilik hiss etdim və elə hisslər keçirdim ki,elə bil mən yaşamışam bunları.Səmimi yazı idi.Bəyəndim.


--------------------

 
 
#51 Şərhin müəllifi: WUgirl
 


Çox maraqlı idi:)Bölüşdüyün üçün təşəkkürlərrose Musiqi və yazdığın şərh də düşündürdü smile

 
 
#50 Şərhin müəllifi: SlimShady
 


Hmmm...Cox maraqli alinib.Soz tapmadim.Sadece ugurlar

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!