ZDENKO Hər gecə yatmamışdan qabaq saçımı hardasa 20 dəqiqə daramağım və hər yerə gecikməyim :)
Moren Tez-tez saata baxmaq :).Bekarçılıq olan kimi saata baxıram bilmirım niyə :)
_Bonus_93_ 1.Səhər şirin çay içdikdən sonra mütləq üstündən su içirəm :) 2.Axırıncı dəfə nə vaxt Tv söndürdüyüm yadıma gəlmir:) 3.Anamdan soruşdum dedi ki,beyninə bir şey düşdüsə bizim belimiz qırılır :).Yəni qısaca zəliyəm :) 4.Saçımı daramıram :).Düzdü saçlarımı adətən külək darayır :).Amma yenə də. 5.Bəzi şeylər var ki,onlara toxunulmasını belə sevmirəm.Məsələn:mənim kitablarım.
AYGUN YK Boş-boş gülməyimdir.Hər dəqiqə,hər saniyə heç nə olmasada gülürəm :)
POLKOVNIK Tərgidə bilmədiyim-siqaret.
Rena İndiyə qədər tərgidə bilmədiyim vərdişim çoxdur.Onlardan bəzilərini açıqlayacam.Hamıya tez inanıram və tez tırkaya gedənəm.Bu vərdişimə görə hamı məndən narazılıq bildirir.Birdə tərgitmədiyim və ən sevdiyim vərdişim hirslənəndə nəyəsə təpik vurub qırmalıyam uşaqlıqdan bu vərdiş məndə var istəsəmdə tərgidə bilmirəm.Birdə gecələr vərdiş halına gələn öz otağımda birdə həyatdə işığı yanılı qoymağımdır.Uşaqlıqdan işıqda yatdığım üçün artıq bu vərdişidə tərgitmək mümkün deyil.Birdə yatanda yastığı qucaqlayıb yatıram.Ən sevdiyim vərdişim :)
Break Tərgidə bilmədiyim bir tək vərdişim var.Siqaret çəkməyi tərgidə bilməmişəm,amma tərgitməyə cəhd etməyə cəhd edirəm :)
Shevchenko_Ali Yox tərgitmək istədiyim vərdişim yoxdur,zamanla hamısı yox olur :).Amma dəyişmək istədiyim bir xasiyyətim var.
turka9 Deməli mənim vərdişim budur ki,evdən çıxanda mütləq qolumda nəsə olmaldıır.Yoxsa özümü narahat hiss edirəm.Hə birdə heç kimin mənim yanımda xiyar yeməsinə dözə bilmirəm.Səsi gəlir e "xırt" deyə.O zaman dəlirirəm :)
Vogue Qəribə olsada,bu günə kimi tərgidə bilmədiyim vərdiş-göz şəkili çəkməkdi.Dəftərlərim gözlərlə bəzənir hər zaman :).Bu özümnən asılı deyil,dərslərdən yorulanda,artıq testləri etməyə gücüm qalmayanda,başlayıram göz çəkməyə :)
Acidil 1.Çox sual verməyimi tərgidə bilmirəm. 2.Kimsə,mənə bir hadisə danışır,qurtaran kimi ancaq bunu deyirəm-"pa,de sən öl və yaxud de özüm ölüm" 3.Kimsə,mənə bir gülməli hadisə danışır,gülən kimi qarşımdakına özümdən asılı olmayaraq bir sillə vururam həmişə.
Miss_Light Əlbətdə var-netə girməyi tərgitmək istəyirəm,ən pis vərdişim budur.
Nifret Qəlyan və Nifrət.
FeMeNiSTKa Əslində bir deyil bir neçədi.Amma əsas olan qaranlıqdan qorxduğum üçün mütləq gecə yatanda gözümü yummamış işığı söndürmürəm.Demək olar ki,lampa işığında yatmaq məndə vərdiş halını alıb.Yəni otağın işığını söndürəndə,mütləq otaqda başqa işıq yanmalıdı.Sonra nə qədər də tələssəm,hətta harasa gedəndə 2saat əvvəl desələr də hazırlaşmağı,yenə də gecikirəm.Bu əslində məsuliyyətsizlik deyil.Və düşünürəm ki,qadınların əksəriyyətində var.
Catgirl93 İndiyə qədər tərgidə bilmədiyim vərdiş-çolkamla,saçlarımla oynamaqdı.
Ayshan Bu günə kimi tərgidə bilmədiyim vərdişim saçlarımla oynamağımdır.Uşaq vaxtından bu vərdiş məndə var.Balaca olanda yatmırdım gərək kiminsə saçıyla oynayardım sonra yatardımşBu işdə də hədəfim atam olurdu.Saçını sığallaya-sığallaya yuxu tuturdu mıni.İndi atamın saçı bir az tökülüb,mənə deyir ki,sən tökdün saçlarımı.Keçib böyümüşəm,amma yenə də əllərimi saçımdan çəkə bilmirəm.Baxmayaraq kı,anam da çox irad tutur mənə,bacım əsəbləşir ki,oynama saçlarınla,amma bu vərdiş deyəsən həmişə mənimlə olacaq.
Ledi-Vamp Tərgidə bilmədiyim bir vərdiş var odakı pioninamın qapağını örtməməkdir.Həmişə məşq edəndən sonra açıq saxlayıram :)
AMERICANA Ən pis,ən murdar,ən zəhləm gedən vərdişim barmaqlarımı cıq-cıq etməkdir,amma tərgidə bilmirəm.
Suzan Uşaqlıqdan bəri bir vərdişim var,yatmağa uzananda yuxuya gedənə kimi saçımı bururam,elə yuxuya gedirəm.Hər dəfə deyirəm bu dəfə saçıma dəymiyəcəm belə yataram,amma yenə de alinmir.
Beqi Düzünü desəm elə 1 vərdişim yoxdur.Amma barmaqlarımı tez-tez qırıram.Onu eləyəndə sanki bütün cismimdəki yorğunluq çıxır rahatlayıram.Dərs oxuyanda ayaq üstə oxuyuram oturub oxuya bilmirəm heç cürə,bu qədər.
Qul İndiyənə kimi tərgidə bilmədiyim vərdişim məktəb dövründən qələmlərin baş hissəsinə olan xüsusi nifrətimdir ki,bütün hər yerdə onları sındırıram.Buna görə məndən çox inciyən olsada bu işdən xüsusi zövq aldığıma görə indi məni başa düşürlər.Xususi qeyd edim ki,ən təhlükəli addımlar olaraq məktəb direktoru,institut dekanı və bələdiyyə sədrinin,Azerbaycanın Rusiyadakı konsulunun qələmlərini başsız qoymuşam :)
SEBISHKA_YK Tez əsəbləşməyim.Dəhşət tez əsəbləşirəm,əsəbləşəndədə gül ağzım açılır bağlanmaq bilmir.Əlimin altında nə olsa sındaracam və yaxud tullayacam və yaxud kompyuterlə oynayanda əsəbləşəndə,kompyuterin mişkasını cirpacam :.)Tərgidə bilmirəm :)
Chrysalis 1 pis vərdişim var.Əslində bilirəm pisdi,amma tərgidə bilmirəm.Uşaqlıqdan dırnağımın kənarının ətlərini qopardıram.Onun üstündə danlanmışam da,amma yenə də xeyiri yoxdu.Əsas da əsəbləşəndə elə edirəm.Bir neçə müddətdir də çox gözəl bir vərdişim yaranıb.Hər gecə onun şəkilinə baxıb,dəli kimi danışıb yatmaq :).Uje bu da məndə vərdişə çevrilib.
Sladkaya Mənim həyatım boyu tərgidə bilmədiyim vərdiş odur ki,bir insanı çox istəyirəmsə ömrüm boyu o insanı unuda bilmirəm məni atsada,mənə pislik etsədə,nifrət etsədə,neynəsədə,amma mən kimliyindən asılı olmuyaraq,o,insanı içimdə həmişə yaşadıram.Unuda bilmirəm istər padruqa olsun,istər sevgili olsun,istərsədə kim olur olsun.Mənnən gəlib səhvi üçün üzür istəsədə qəbul edib barışmaram.Amma içimdə onu çox sevərəm,birdə çox kinli olmağım mənim üçün pis vərdişdi.
Bozqurd Konkret olaraq tərgidə bilmədiyim vərdişim yoxdur.İstənilən vərdişi tərgidəcək qədər iradəm var.
_REQANA_ Çox vərdişlərim var ki, tərgidə bilmirəm.Onlardan biri dınağımı yeməyim,əsəbi və narahatlıq keçirəndə özüm də bilmədən görürəm ki,dırnaqlarım ağzımdadır.Heç cürə bu vərdişdən uzaqlaşa bilmirəm.Daha sonra metroda eynəklə oturmağım,utancaq olduğum üçün istəmirəm qarşımdakı insanın baxışlarından narahatçılıq keçirim deyənə eynəklə metroda otururam.İmkanım olsa qışda da bunu edərəm,sadəcə gülüş obyekti olmamaq üçün istifadə etmirəm.Ən pis vərdişlərim budur.
LiVinG_DeaD Tərgitməməyi tərgidə bilməmişəm :)
PIFAQOR Tərgidə bilmədiyim vərdişlərim çox səbirsizəm,tez küsəyənəm,bir az da tərsliyim var.Vərdiş deməzdim hardasa bu xasiyyətdi.Ən çox,amma tərgidə bilmədiyim deyingənliyimdir.
Dj KaMiL İndiyə qədər məndə yığılan bütün əsəbləri bir anda silmək üçün kimisə öldürmək, şoşkalamaq hissi var içimdə :) Bu hissi neçə ildi ata bilmirəm içimdən.Allah özü axırın xeyir eləsin :).Birdə tərgidə bilmədiyim siqaretdir sözsüz ki,indiyə qədər nəinki araq,heç pivə belə içməyən mən,siqaretə necə öyrəşdim bilmirəm,bunu da tərgidə bilsəydim əla olardı.
-SAW- _stilyawka_-nı msn-də görməyəndə başımı divara vururam :).Bax bunu tərgidə bilsəm yaxşı olar,amma olmur :)
Dr.Genetik Məni narahat edən vərdişlərim yoxdur.Yəni bu vərdişimi mütləq tərgitməliyəm dediyim vərdişim yoxdur.Ancaq bəzi vərdişlərimi tərgitsəm yaxşı olar.Tərgitmək istədiyim vərdiş imtahanlarıma hazırlaşarkən yalnız axırıncı gün oxumağım, hazırlaşmağımdan ibarətdir.Yəni imtahan olunacaq gün gecə oxuyuram.Digər tərgitmək istədiyim vərdişim isə bəzən evdən gec çıxmağıma mane olur.Belə ki,evdən çıxmaq istədiyimdə yenidən otağıma qayıdıram,nəyisə yadımdan çıxar deyə.Bu hal bəzən 2-3 dəfə təkrarlanır.
Resad-9 Uşaq vaxtından nəyinsə altından keçə bilmirəm.Hər halda uşaq vaxtı hamıya deyilib: "Onun altından keçmə,boyun balacaq qalar".Bu cümlənin hansı məntiqə əsasən deyildiyi çox maraqlıdır.Düzdür,boyum uzanıb,hətta normaldan artıq uzanıb,amma bir gün boyum balaca qalacaq qorxusuyla yaşayıram.
NifreteNifret Qeybət qırmaq.
mix_lady Barmağımı şıqqıldatmaq.
Brunet666 Telefonla çox danişmağı tərgidə bilmirəm :)
yagmurlar_ Facebooka və odnoklassnikə girmək.
Mr_Anderson Zarafatcılam.Bu xasiyyətimi tərgitmək istəyirəm.Hər nə qədər yaşa dolsamda hər sözə hər hərkətə ciddi tərəfdən yanaşmaq istəyirəm.Bu yoldada addımlayıram.Qoy bundan sonra qarşımdakı zarafat etsin.
GANESA Dieta saxlamaq mənim tərgidə bilmədiyim vərdişimdir:(
Nermishka_DRD 1.Çox istədiyim adamları çimdikləməyi xoşlayıram :).Yanımda sakit dayana bilməzlər :).Tərgitmək istəsəm də bacarmıram 2.Məni doğulandan nənəm saxlayıb7 il.Sonra mamam məni öz evimizə gətirəndə çox pis olmuşdum.Məni nənəmdən ayıra bilmirdilər.Nənəm də mənə dedi ki,hər şənbə-bazar gələrsən,hər gün də düz 10 dəfə zəng eləyərsən danışarıq.Həmin gündən 13 il keçib,amma indi də hər şənbə-bazar nənəmgilə gedirəm.Və hər gün düz 10 dəfə zəng eləyirəm.Zarafat deyil,ciddi sözümdü.Hə özü də uşaqlıqdan tərgidə bilmədiyim bir şey də var,orda olanda nənəm və babamın rahatlıgını pozuram :).Aralarında yatıram. 3.Universitetə hazırlaşandan bəri tərgidə bilmədiyim bir şey qaldı - səhər tezdən 4-5də durmaq.Budilnikə ehtiyac olmur.Özüm həmin vaxtlar avtomatik dururam. 4. "Yox" ən sevimli sözümdü.Sevimli deyəndə ki,ən çox işlətdiyim.Onu da tərgitmək istərdim.
beautiful_liar Anamın dediyinə görə körpə ikən çimdikləməyi çox sevirmişəm.Səni yanımda yatırdanda sənin çimdiklərinə şirin yuxumdan oyanardım deyirdi :).Gülməlidi,amma özümdən asılı olmadan indi də əlimə yumşaq bir qol keçəndə bir də baxıram ki yazığı çimdikləyirəm :)
Eleqant700 İndiyə qədər tərgidə bilmədiyim hər gün bu gün vse son qoyacam qurtardı,atacam deyib,amma edə bilmədiyim-siqaretdir.Bu gün səhərdə demişdim vse çəkməyəcəm,amma uje 5-ni çəkmişəm :)
Just Why İndiyənə qədər tərgidə bilmədiyim vərdişim əksər vaxtlarda gecikməyimdir.Dərslər istisna olmaqla,çox vaxt tədbirlərə gecikmişəm.Minimum 5-10 dəqiqə gecikməyim mütləqdir :)
Hafsa Su ve yükseklik fobim var.Hala bu fobimi yenemedim.Uyumadan önce bir bardak suyu illa odaya getirmek ve dua etmek.
girl_in_love_x Mənim 2 tərgidə bilmədiyim vərdişim var.Biri həddindən artiq vas-vası olmağımdir.Müəyyən bir yeməyı yeməmişdən qabaq onun butun sanitar qaydalara uyğun bir şəraitdə hazırlanmasını görməsəm yeyə bilmərəm :).İkincisi isə həyat yoldaşımın mobil telefonunu qurdalamaq.Telefon əlimə düşən kimi girmədiyim yer qalmır :)
LiLAmoooR Vərdişlər çoxdur,amma hal-hazırda yadıma bir vərdişim gəldi mənə əsas olan bir vərdiş.Bir yerə gedəndə,hazırlaşanda və evə qayıdan kimi ayaqları yumaq istər qış olsun istər yay,ayaqlarımı soyuq su ilə yumasam elə bil rahatlıq tapmıram :)
semichka_supu 1.Dırnağımı,daha doğrusu qırağındakı dəriləri yeyirəm.Bunu zaman-zaman tərgitsəm də bir dəfəlik tərgidə bilmirəm. 2.Gecələr yata bilməmək vərdişi.3 ildir ki,gecələr normal yata bilmirəm.İndi bilmirəm buna xəstəlik deyim vərdiş deyim,amma mütamadi hala çevrildiyi üçün vərdiş hesab edirəm.
yarpaq_dolmasi İndiyə qədər bir vərdişi tərgidə billmirəm mix.az dan basqa sayta girə bilmirəm.
_MILANoooRE_ Hardasa 3-4 il bundan əvvəl kökəldiyimi düşünürdüm.Tv-də eşitmişdimki sadəcə yürüş arıqlamağa xeyirlidi.Məndə hər gün çölə çıxıb yürüş edə bilməyəcəyimə görə nauşniki qulağıma taxıb evdə gəzintiyə başlamışdım.Sonra effekti oldu,arıqladım amma məndə vərdiş olaraq qaldı.Çünki gündə yalan olmasın 2 saat yarım 3 saata yaxın evdə musiqiyə qulaq asa-asa gəzməliyəm.Hətta evə dərsdən yorğun gəlsəm belə bunu edirəm.
TARKANFAN 4-5 yaşımdan bu yana tərgidə bilmədiyim bir vərdişim var,o da ki,saçımın ucundan tutub,fırlada-fırlada gətirirəm dibinə kimi :).Bir sözlə,saçımı burdurmağa ehtiyac yoxdur.Bu vərdişimlə saçım özü buruq vəziyyətdə olur :).Sonra bir dəli vərdişim də var idi ki, o da mənə böyük problem yaşada bilərdi,amma şükür,çox çəkmədən tərgitdim.Demək,tez-tez bir gözümü yumurdum,sanki göz vururam.İctimai yerlərdə də bu vərdişi özümdən asılı olmayaraq edirdim.Yani bir adama baxsaydım o məqamda,elə biləcəkdi ona göz vururam.Amma bu vərdişdən qurtulmuşam.Bir vərdişim də var,o da ki,əlimin üstündəki sümükləri çənəmlə oynatmaqdir.Xoşum gəlir sümüklərin "şıqqıltısı" :)
Unfaithful Indiyə kimi tərgidə bilmədiyim vərdişim yoxdur Bir şeyi tərgidmək istəyirəmsə,onuda edirəm.Sadəcə özüm üçün deyil bu xüsusiyyətim,həyatdada beləyəm.Qabağıma bir məqsəd qoymuşamsa,onu həyata keçirməyə çalışıram.Əlimdən gələni ardıma qoymuram.
ROMINA_21 Bu vaxta kimi tərgidə bilmədiyim xasiyyət ayağımı tərpədirəm :).Mənim yanımda oturan adam elə bilir zəlzələ baş verir :)
jurnalist_pero Təgidə bilmədiyim vərdiş yoxdur.Çünki heç birini tərgitmək üçün cəhd etməmişəm hələ.Ola bilsin siqareti tərgitməkdə çətinlik çəkim,amma onu da tərgidə bilərəm.
Markiza Qəribə olsada mən yatanda başımı balışa deyil,kravatdan aşagı sallayıb yatıram.Bunu mənə tərgitmək üçün kravatımın yanına stul qoyublar ki, başım dəysin ayılım.Heç də təsiri olmayıb.Yuxulu-yuxulu o stulu çəkib yenidən elə yatmağa davam edirəm.
Aze_girl 1.Bu artıq məndə vərdiş halını alıb.İstər həftənin sonu,istərsədə həftənin iş günləri olsun mən hər gün saat 6da yuxudan dururam.Bunun üçün saat qurmağa ehtiyac yoxdur,avtomatik olaraq tam saat 06.00-da mən oyanıram :).Hətta gecəni çox gec yatsamda yenə öz vaxtımda oyanıram.Sadəcə elə olduğu halda gün boyu çox yorğun oluram.Hal-hazırda məzuniyyətdə olduğum üçün saat 6-da dursamda çalışıram ki,yenidən yatım.Ancaq bu vərdişim dəyişməz olaraq qalır. 2.Maşına oturanda mütləq ilk özümə baxacağam.Sürücülük vəsiqəsi alanda imtahan zamanı sənin nə etdiyinə xüsusi diqqət edilir.Maşın güzgüsünü düzəltmək əsas və ən birinci şərtlərdən biridir.Çox zaman qızlar bunu imtahan verən zaman unudurlar.Mən isə unutmamışdım.Güzgünü unutmamaqda səbəb isə harda oluramsa olum ilk özümə baxmağımla əlaqədar idi.Elə o anda yadıma düşdü ki, güzünü düzəltmək axı ən böyük şərtlərdən biridir :) 3.Hər gün mütləq 1 saat qaçıram.Bu artıq məndə vərdiş halını alıb.İstər qış olsun,istər yay vaxtı mütləq hər gün qaçmalıyam əks halda özümü çox kefsiz hiss edirəm. 4.Yemək yediyim zaman yanında mütləq su olmalıdır. Əks halda yeməyi heç cür yeyə bilmərəm.Hətta sulu yeməklərdə belə su olmasa qətiyən yeyə bilmərəm. 5.Mənim anamın fikrincə iki pis bir vərdişim var:-Birincisi həddindən artıq çox paltar alıram.Hansısa paltar mağazasına girdimsə mütləq ordan nəsə alıb çıxacağam.Bu artıq vərdiş halını alıb.Anam həmişə deyir ki, bizim bütün ailənin paltarlarını birləşdirsək,sənin paltarların qədər edər.Sənin gözün doymur ki,doymur :)-İkincisi mən paltarları ütüləməyi həddindən artıq çox sevirəm.Bir paltar ütüləməkdən deyil, həddindən artıq çox paltar ütüləməkdən xoşum gəlir.Əgər mən paltar ütüləyəcəyəmsə mütləq evdəkilərin baş beynini aparacağam ki, ütülənəsi paltarınız yoxdur?Hər kəsdən mütləq nəsə alacağam, əgər yoxdursa bütün paltarlarımı tökəcəyəm saatlarla ütüləyəcəyəm.Bilmirəm nədəndir bu xüsusiyyət məndə ancaq həddən artıq çox paltar ütüləmək məndə vərdiş halını alıb.
ASI_GIRL Cavab:-Xeyr yoxdur.Ümumiyyətlə iradəli insanların tərgidə bilmədiyi heç bir şey yoxdur.Çox iradəliyəm.Bu mövzuda özümə tam güvənirəm.Ona görə belə vərdişim yoxdur :)
TATULYA Uşaqlıqda bir vərdişim olub ki,yuxuya keçənə kimi gərək atam mütləq başımı sıgğllıyaydı,yoxsa yatmazdım,nu deməzdim indiyə kimi bu vərdişim davam edir,amma indinin ozundə də atamın ya anamın əli başımı sığallasın,srazu yuxuya keçirəm.Vot tak,no uje böyüdükcə vərdişlərimdə azalib :)
E.C.N Tərgidə bilmədiyim vərdişim yoxdur.
Splendid_Girl Tərgidə bilmədiyim,hər yerə gecikməyim :(.Bu məndən aslı deyil.Lap 1 saat,3 saat tez tərpənsəm,dursam belə, mütləq gecikməliyəm sanki.Hər gecə Kəlmeyi Şəhadətimi deməmiş yuxuya gedə bilmirəm,sanki nəsə çatmır,yuxu aparmır.Artıq 5-6 yaşımdan hər gecə deyib yatıram,vərdişdir.Məncə çox gözəl vərdişdir.Evdən çıxanda mütləq özümə əl gəzdirməliyəm,ətir,yüngül kosmtika,saçım qaydada deyilsə,tələssəm belə mütləq gərək fen vurub,özümü qaydaya salım :).Digər vərdişim əksər hallarda utananda üzüm gülür :).Bu məndən aslı deyil.Nə qədər tərgitmək istəsəm də,tərgidə bilmirəm.
Financer_001 Evdən çıxacağım anda çox diqqətsiz oluram.Hər dəfə fikirləşirəm ki,bu dəfə 100% lazım olanların hamsını götürmüşəm.Amma hər dəfə ya telefon,ya pul qabım,ya açar.Nəsə yaddan çıxmalıdır mütləq.Ən qorxulusu isə evin açarının evdə qalmasıdır ki,bu da dəfələrlə başıma fəlakətlər gətirib.
Whatever Happens Çox qəribə vərdiş yaranıb mən də.Yanvar ayından bəri hər tezdən duranda H.O.S.Tun “ÜMİD” mahnısını dinləyib sonra yataqdan qalxıram.Artıq 6 aydır ki,bu belədir.
denizim Barmaqlarımı çıqqıldadıram :).Başqa nə deyirlər ona?-bilmirəm mən :)
kissed_a_girl İnternet...Elə bir vərdişim yoxdur ki,məni narahat eləsin.Ən əsası internetdir.Bir də ki,lap uşaq vaxtımdan futbola baxıram.Bunlardır ən əsas vərdişlərim.
ForeveR_SweeT İndiyə qədər tərgidə bilmədiyim vərdişim kiminsə ayaqqabılarını geyinməyimdi(təbii ki,xanım ayaqqabısından söhbət gedir :)).Bizə kim gəlirsə peşman olur ayaqqabılarını soyunmağə :).Mütləq geyinib 1 kuruq gəzməliyəm :).Birdə uşaqlıqdan indiyə kimi tərgidə bilmədiyim vərdişim-bekar olan kimi qarderobumda nə qədər paltar varsa,hamısını geyinib,güzgüdə baxib soyunuram :).Bir şeyi unutmuşdum,bu mendə uşaqlıqdan var,hara gedirəmsə gedim,yemək yeyiləndən sonra orda mütləq qabaları özüm yumalıyam :).Yoxsa əl çəkən deyiləm :)
_stilyawka_ Evdə bekar olan kimi dəli kimi otaqda otağın bu başından o biri başına qədər gedib - gəlirəm və fikrimdə nəyisə fikirləşə - fikirləşə.Dəli kimi də elə bil həmin insan yanımdadır danışıram :).Nə vaxtdandır istəyirəm tərgidim,əvvəlcədən nəyisə beynimdə xəyal etmiyəcəm deyirəm ama tərgidə bilmirəm.Uşaqlıqdan bir vərdişim də var əsəbləşən kimi dodağımdan heyfini çıxıram, dişdək – dişdək edib,arada ətimi belə qopartmışam :(.İndi də arada olur.Oturub nəyəsə baxanda eləcə əlimdə işim olmayanda dodağımın dərisini qopardıram :).Ən çox istərdim bunu tərgidim,amma yadımda çıxır həmin vaxt ki,etməməyi demişdim özümə.Bir vərdişim də var-Hər dəfə evdən çıxanda elə bilirəm nəsə yaddan çıxıb,ya qapını bağlamaq,ya güzgüm ya da digər nəsə bir şey.Hər dəfə də bu fikir ağlıma gələndə sonra görürəm ki,doğurdan da nəyisə unutmuşam.
Tural
Mən dərs oxuyanda mütləq otağı o tərəf bu tərəfə gəzə gəzə oxumalıyam.
P.S-Bu xəbərin ərsəyə gəlməsində etdiyi köməkliyə görə _stilyawka_-ya təşəkkürümü bildirirəm!
İndiyə qədər məndə yığılan bütün əsəbləri bir anda silmək üçün kimisə öldürmək, şoşkalamaq hissi var içimdə :) Bu hissi neçə ildi ata bilmirəm içimdən.Allah özü axırın xeyir eləsin :).Birdə tərgidə bilmədiyim siqaretdir sözsüz ki,indiyə qədər nəinki araq,heç pivə belə içməyən mən,siqaretə necə öyrəşdim bilmirəm,bunu da tərgidə bilsəydim əla olardı.
cavab maragli idi.... insallah tergidersiz en pisi ickidi
Dj KaMiL,
kstati en sevdiyim movzu MIX AZ lilar haqqindadi
financr_001, zdenko, yagmurlar,vogue ve elegant700 cavablari da maragli idi..... vogue ama sizin verdisiniz pis deyilkiii
Ayda looool. Choxsu gulmeliydi Hele buna lap chox guldum
2.Kimsə,mənə bir hadisə danışır,qurtaran kimi ancaq bunu deyirəm-"pa,de sən öl və yaxud de özüm ölüm" 3.Kimsə,mənə bir gülməli hadisə danışır,gülən kimi qarşımdakına özümdən asılı olmayaraq bir sillə vururam həmişə.
Vogue-men ise qol cekirem her zaman,adimi familyami yaziram,boyuk herflerle ozude:)
xi xi axır vaxtlar məndədə əmələ gəlmişdi ))
beautiful_liar Anamın dediyinə görə körpə ikən çimdikləməyi çox sevirmişəm.Səni yanımda yatırdanda sənin çimdiklərinə şirin yuxumdan oyanardım deyirdi :).Gülməlidi,amma özümdən asılı olmadan indi də əlimə yumşaq bir qol keçəndə bir də baxıram ki yazığı çimdikləyirəm :)
Yadımnan çıxdı qeyd eləmək,məndədə dişləmək vərdiş halını alıb ))) Həmişə mamanı dişləyirəm ))))))
Brunet666 Telefonla çox danişmağı tərgidə bilmirəm :)
Bekarçılıqandı hamısı...))yayda daha çox danışıram tellə ))
yagmurlar_ Facebooka və odnoklassnikə girmək.
Odnoklassnikə yox,amma facebooka hər gün mütləq girirəm...Əsasda gecələr mobil telefondan... Bu çox pisdi,bilirəm,facebooka girmək üçün kontura xərclədiyim pula dəyərli əşya ala bilərdim...
Xəbərə görə təşəkkürlər,Stil və Forever SweeT. Unutmadığınız üçün ayrıca xüsusi təşəkkür:)
Sitat: Design_89
Bu verdish mendede var.Ushaqliqdan indiyene kimi.deyilene gore ozunu tenha hiss eden insanlar esasen insan shekli ve ya goz shekli cekirler.))
Bunu bilmirdim...Maraqlıdır amma,ola bilər ) Elə dəftərim yoxdu ki orda göz şəkili olmasın ) Hətta bloknotdada var,mama görəndə əsəbləşmişdi )
ayda nə maraqlıdı.Gör necə xəbərləri qaçırtmışame mən))super.Barmaqlarını "çıqqıldadanlara" şad xəbərim:qocalmamış əlləriniz əsəcək))çalışın tərgidin.Bidə həpiş Ümid hansı maxındı Ümidlər qəbristanlığı ya M? Təşəkkür stil və svveet super xəbər üçün
5 İyul 2010 02:23 | Qeydiyyat: 10.08.2007 | Adı: Yox mənim yox adım | Ünvan: Başqa planet |
SEBISHKA_YK Tez əsəbləşməyim.Dəhşət tez əsəbləşirəm,əsəbləşəndədə gül ağzım açılır bağlanmaq bilmir.Əlimin altında nə olsa sındaracam və yaxud tullayacam və yaxud kompyuterlə oynayanda əsəbləşəndə,kompyuterin mişkasını cirpacam :.)Tərgidə bilmirəm :)
Chox maraqli idi...Teshekkurumu bildirirem menede bu xeberde yer ayirdiginiz uchun
--------------------
Sevginin nifrəti də, əzabı da, cəzası da sevgini yaşada biləcək qədər güclüdür...
COX MARAQLI IDI SAQOLUN BU XEBERE GORE EN MARAQLISI QULUN VERDISI IDI MENDE DE VAR BU VERDIS BIRDE QORXULU FILME BAXANDA DIRNAQIMIN QIRAQINDA ETI YEMEK
Bəzi vərdişlərim var amma tərgidə bilmədiyim vərdişim yoxdur) Çünki heç birini tərgitmək istəməmşəm)) Mövzu maraqlı idi hər ikinizə təşəkkür edirəm 5+
Amma bir vərdişim var) Rəy yazdığım yerdə dayanıram düşürəm həyətə küçəyə baxıram sonra gəlirəm) Heç bir işim olmasa belə bu artıq vərdiş halına çevrilib)
stil metroda eynək taxana mən də arada baxıram, bu o demək deyil qıjıyam mənə maraqlıdır o eynəyin altından kimə baxır. Axı bəzi eynəklərdən görükmür kimə baxıldığını
Sitat: Just Why
Markiza yuxudan oyanandan sonra başın ağrımır? ))
yoo , əksinə balışla yatanda baş ağrıdan, hətta bel ağrıdan birtəhər oluram Justik amma baş aşağı o qədər yerə dombalaq aşmışam ki
--------------------
Женщина должна принадлежать тому мужчине, который решит все её проблемы, а не создаст новые.
Tanishliq maraqli oldu.Tergide bilmediyim ele bir verdishim yoxdur,he biri var-qorxunun ustune getmek.Qorxduqlarimin uzerine getmek-oyrendim ki bu hemin qorxunu mehv edir.
Menim bir verdis elediyim pis hereket var. Men eseblesende hemise soyuq suyun altinda dayaniram. Ne vaxt mene soyuq olsa onda biliremki hirsim soyuyub. Bilirem ki, bu ozume qarsi etdiyim bir intihardi. Basqa intiharlardan ferqli olaraq bu adami rahatliqla oldurur. Bu ise etdiyim en pis delilikdir. Calisin siz bunu etmeyesiz. Cunki adam bir defe bunu sinadi bundan el ceke bilmir. VE BU COX PISDIR.
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3