» Daha sevgiyə inanmıram mən
  » Sənin haqqında danışmağı ...
  » El Clasico: Barselona-Real Mad ...
  » Dövlət idarələri mix.az ha ...
  » Bir kərə yüksələn bayraq, ...
  » Mənim İdeal Ətirim
  » Ad günün mübarək,Tural!24. ...
  » Nurullah hər kəsi coşdurdu
  » İlin Ənləri - 2011-2012
  » Mənim musiqi zövqüm - Yanva ...
  » Ad Günün Mübarək Ölməz Q ...
  » Rəşid Mahmudov həqiqətlər ...
  » Sənin məndən fərqin
  » "Mənim sevimli ev heyvanım ...
  » İlin ənləri 2011-2012 (admi ...
  » Bir insan tanıdım həyatım ...
  » Hərdən belə də olur...
  » Ayrılıqların əlacı, ən m ...
  » Yenə mövzudan çıxdım
  » 2012 hansı bürclərə daha ...
  » Bunları bilmək maraqlıdır
  » "O" Şəkillər
  » Yeni mp3-lər
  » Milano derbisinin hesabını t ...
  » Sizə məsləhətim...
  » Milli qəhrəmanlarımız
  » Filmlər və yadda qalan mahn ...
  » Məhəmməd Peyğəmbərin sa ...
  » Sizə məsləhətim...
  » "Toy Olsun"dan qovulan Səad ...
  » Edilən pisliklər yaxşılıq ...
  » Erməni toyunda Azərbaycanın ...
  » Türkiyənin ən bahalı səsi ...
  » AZADLIQ toxumu əkdi ŞƏHİDL ...
  » Azzz, dur soğanı düzəlt!
  » "Erməni soyqrımı yoxdur!"
  » Mix.az-lıların cənnət qap ...
  » Azərbaycanda ÜZEYİRlə baş ...
  » "Qanlı Yanvar" gecəsində ...
  » Əllər var əl tutmaq üçün ...
  » Life in Paper
  » Gözlənilən və reallıq...
  » Biraz gülmək lazımdır
  » Sizə məsləhətim...
  » I ♥ You
  » Türkiyə rusların gözündə
  » Sizə məsləhətim...
  » Kurtlar Vadisi Pusu - 143 (Pol ...
  » "Mix.az-lıların Möcüzəvi ...
  » Hər xanıma bir gül
  » Ana üçün ən gözəl təbri ...
  » Sadəcə bax...
  » Baby :)
  » Günün fotoları
  » Sus və sadəcə bax :)
  » 20 Yanvar günü-22 il tamam o ...
  » Azərbaycanda "Gines" rekord ...
  » 20 Yanvar faciəsindən 22 il ...
  » Hər qız sənin içindəki ü ...
  » Sadə karandaşla çəkilmiş ...

mix dominant
Xəbər sayı -6
nuku
Xəbər sayı -6
Beqi
Xəbər sayı -6
GunahLi_CenneT
Xəbər sayı -6
Menim_gozel_alibim
Xəbər sayı -5
Just Kurdish
Xəbər sayı -4
PSiKoPaTKa
Xəbər sayı -4
Dj KaMiL
Xəbər sayı -3
Resad-9
Xəbər sayı -3
Manson_9
Xəbər sayı -2



Kurtlar Vadisi Pusu
Bir Kadın Tanıdım
Behzat Ç.
İffet
Papatyam
Akasya durağı
Ay tutulması
Sihirli Annem
Arka Sokaklar
Bir Çocuk Sevdim
Fatmagül'ün Suçu Ne?
Kanıt
Kuzey Güney
Öyle Bir Geçer Zaman ki
Umutsuz Ev Kadınları
Muhteşem Yüzyıl
Adını Feriha Koydum
Yahşi cazibe
Çocuklar Duymasın
Hayat devam ediyor
Lale Devri
Yer Gök Aşk








 
 
Mürəkkəb insanın sadə müsahibəsi Mix.aZ həyatı 
Sadə müsahibə


Bozqurd
Tural, Azərbaycanın ən böyük milli portalının adminisən. Aznetdə Tural İsayev adı kifayət qədər məşhurdur. Düşünürəm ki, bu şöhrəti Sənə qazandıran admin kimi idarə etmək qabilliyyətin yox, məhz Tural nikiylə göndərdiyin bir-birindən maraqlı yazılar olub. Bəs real həyatında, ətrafında olan insanlar- ailən, qohumların, dostların virtualdakı Turalın yaradıcılığından xəbərdardırlarmı?


Tural
Yox, mix.az haqda 3-4 il sonra evdəkilər bilib. Onlar sayt üzərindən əldə etdiyim nailiyyətlərə sevinmirlər. Onlar üçün mənim təhsilim hamısından önəmlidir.
Ona görə də yazılarımı yaxınlarım oxumur. Bir dəfə anama oxutdum, kövrəldi, ondan sonra daha oxutmadım. Dayım oğlanları çatda oturur, qardaşım da ki qorxusundan şərh yazmır, birdən görərəm, deyərəm sən yenə internetdəsən?!
Uşaq vaxtı imla-inşadan zəif qiymət alırdım deyə atam inanmır mən maraqlı nəsə yazam. :)
Atam jurnalistdir. Bir dəfə dedim, ata sənin yazdığını çox adam oxuyur, yoxsa mənim?
Güldü, dedi: əlbətdə sənin :)
Hərdən atama deyirlər, bu Tural İsayev sənin oğlundur? :)
İnşa yaza bilməyəndə deyirdi, 2 dənə cümləni yan-yana deyə bilmirsən...
2006-cı ildə 1 müddət bir jurnalda jurnalist işlədim. Atama jurnalist vəsiqəmi göstərəndə inanmamışdı. Sonra məqalələrimi gördü dedi halaldır sənə... Ona görə də mix.azda yazılar haqda hərdən atama deyirlər, çox sevinir.
Bozqurd
Heç nə vaxtsa düşünmüsən aznet Sənin yaradıcılığın üçün kiçik məkandır? Yaradıcılığını dünyayla paylaşmaq fikri keçib ağlından? Yeri gəlmişkən, ingiliscə və ya hansısa xarici dildə bilirsən?
Tural
Ingilis, rus, türk dillərini bilirəm, amma sayt yaradıcılıq üçün kiçik məkan deyil, elə böyük məkandır. Bu sayta görə o qədər yerlərdə adım hallanıb. Hətta "Daha sevgiyə inanmıram mən" şeirim Ülviyyə Vəliyeva tərəfindən bəstələnib və Azad Şabanov tərəfindən oxunub. Bunu sayta qoymuşuq. Həmin mahnının təqdimatında deyiləndə ki, "gənc şair Tural İsayev" sevincimdən uçmuşdum.
*****

Bozqurd
Mix.az saytındakı bütün userlər haqqında “kimdir o” rubrikası Sənin imzanla dərc olunur. “Kimdir onlar?”, bu suala biz zaman-zaman cavab tapırıq.
İndi isə Tural İsayevin özünün cavab vermək vaxtıdır: Kimsən Sən?
Tural
Mən həyatda başqa, virtualda başqa olan biriyəm, mənim üçün əslində 2 dənə "kimdir o?" yazmaq olar. Mən həyatda bu qədər ciddi və kobud cavab verən biri deyiləm. Şən və zarafatcılam. Saytdaki Tural kimdir desəniz, özündənrazı, kobud, amma işini bilən bir admin deyərdim.
Bozqurd
Real həyatını bir az geniş təsvir edə bilərsən?
Tural
Çox şən və zarafatcıl biriyəm. İdmanı çox sevirəm. Həyatda aktiv, daim axtarışda olan insanam. Saytdakı kimi sevgi pessimisti deyiləm. İçimdə romantikanı və uşaqlığı gizlədən biriyəm.
Uşaq vaxtı oyuncağım olmadığı üçün uşaqlıq yaşamadım, ona görə bəzən uşaq oluram. 22 yaşımdan sonra qazandığm pullara uşaq vaxtı mənim olmasını istədiyim bütün oyuncaqları aldım. Oynadım və uşaq kimi də sındırdım, qurdumu öldürdüm)) Hələ bəziləri durur. Amma bir dənə velosiped almadım… Onu da alsam arzum qalmaz deyə almıram. Qoy o məndə uşaqlıq həvəsi kimi qalsın.
Dostarımla tez-tez bir yerdə oluram. Onlar nələr çəkir əlimdən))
O qədər prikola tuturam onları)) Leo bilər))
*****
Bozqurd
Gün ərzində təxminən neçə saatını mix.az-da keçirirsən və mümkündürsə mix.az-dakı admin kimi gündəlik fəaliyyətinin qısa xronikasını bizimlə paylaşa bilərsən? Tural mix.az-a daxil olandan oranı tərk edən ana qədər nələr edir?
Tural
Ən az 10 saat, ən çox 20 saat oluram.
Sayta girən kimi ilk işim gündəlik gələn 20-dən çox PM və çoxlu emaillərə cavab yazmaqdır.
Sonra loglara baxıram redaktorlar nə edib. Daha sonar saytın fəaliyəti, bəzi mövzuları incələyirəm.
Sonra 1 user seçib onun şərhlərini oxuyuram onu tanımaq üçün.
Daha sonra mövzu hazırlayıram, əlbəttə, bu aralar PM-lər gəlməyə davam edir.
Sonda zaman tapsam, yeni, amma digərlərindən fərqli bir mövzu yazmağa çalışıram.
*****

Bozqurd
Tural, mix.azlılar üçün ən aktual problem:
Mix.az-ın serveri nə zaman düzələcək? Ümumiyyətlə, bütün mixazlılara maraqlıdır. Nədir problem? Niyə düzəlmir? Mix.az-ın serverinin düzəlməsi üçün bir admin olaraq indiyəcən hansı addımları atmısan? Niyə nəticə yoxdur? Varsa nə zaman olacaq?
Tural
Problemin əsas səbəbini biz də bilmirik, sadəcə userlərin çoxalması və onların olduqca böyük aktivliyi serverin buna dözməməsinə gətirib çıxardır. Müxtəlif yerlərə müraciət olunub. Həlli üçün müxtəlif detalları dəyişməli oluruq. Bu detalların sifarişi və gəlmə müddəti zaman alır.. Düzələcək hər şey.
*****

Bozqurd
Özünün ən çox bəyəndiyin yazıların hansılardır? Bəs ən zəif yazın hansı olub indiyəcən?
Hə, bir də, Mənə maraqlıdır xəbərlərindəki bütün şərhləri oxuyursan, yoxsa daxili axtarış sistemi vasitəsi ilə yalnız “Tural” açar sözü yazılmış şərhləri oxuyursan?
Tural
Özüm yazdığım "maraqlı və məsləhətli" bölməsinə aid xəbərlərim. Bunları mövzu yazım deyə yazmıram. Başıma gələnlərdən yazıram. Real hisslər real həyatdır çoxu.
Bütün şərhləri deyil, maraqlı olanları oxuyuram. "Sadəcə bax" və bu tip mənasız mövzularımı isə dəyərləndirmirəm, çünki bunlar sadəcə şəkil yığınağıdır, hansı ki, bunu bütün userlər edə bilər, o zaman hanı mənim fərqliliyim? Soruşsanız bəs onda niyə qoyursan bu mövzuları… çünki bu saytda ən çox baxılan mövzu da məhz odur. Hərdən şəkilləri gizli mövzu olaraq qoyuram, baxıram o şəkillərə baxmaq üçün neçə adam bugün qeydiyatdan keçdi. Siz inanmayacaqsınız, amma internetdə bir dəfə "sadəcə bax" yazıb axtarış edin… Baxın, nə qədər insan bu ad altında şəkillər qoyur saytına. Hətta sondakı 3 nöqtəni də eyni ilə qoyurlar. Yoxsa heç bir user belə ad qoymaz ki "sadəcə bax", əksinə hər kəs istəyər ki, mövzusunda yazsınlar, mənsə belə ad seçdim, amma yenə də mövzu adına qədər oğurlandı.
*****

Bozqurd
Tural, əvvəllər saytda 50.000-ci, 100.000-ci və s. yubiley rəqəmlə qeydiyyatdan keçənləri təltifləndirirdin. Növbəti hansısa yubiley rəqəmdə kimisə statusla mükafatlandırmaq gözlənilir, yoxsa sayta təzə userlər gəldikcə istifadə olunmayan niklər silindiyi üçün daha bu mərasim ləğv olunub birdəfəlik?
Yeri gəlmişkən, mix.az ordusunun nə qədər əsgəri var hal-hazırda?
Tural
Əvvəllər mənə maraqlı idi 100 000 istifadəçi olsun və aznetdə rekord vuraq.
İndi artıq bizim 200 000-ci userimiz də var. Amma keçən ay yenə sildik girməyən userləri. 100 000-i keçməyə qoymuruq. Çünki qeydiyat eləmək üçün nick tapmır millət :)
Hamısı istifadə olunur.
*****

Bozqurd
İşgüzar bir sual.
Mix.az portalının səhmlər paketi varmı? Yaradılması nəzərdə tutulurmu? Yəni sayta investisiya yatırmaqla mix.az-ın sahiblərindən birinə (qoy olsun, direktorlar kabinetinin bir üzvünə) çevrilmək mümkündürmü? Yoxsa kiçik də olsa heç bir səhm hissəsi satış üçün nəzərdə tutulmayıb?
Tural
Mix.az-a aid bütün huquqlar Nord Media şirkətinə aiddir. Kənar şəxslər şirkətin səhmlərinə sahib ola bilməzlər.
*****

Bozqurd
Redaktorlarına qonorar ödəyən ilk peşəkar əyləncə saytı kimi Aznetə damğa vurmağı düşünmüsən nə vaxtsa? Düzdür, hazırkı redaktorlar canla-başla və sevgi ilə xidmət edirlər mix.az-a, amma eyni zamanda öz maddi dolanışıqlarını təmin etmək üçün işləməyə məcburdurlar. Halbuki onlara əməkhaqqı ödənsəydi bütün zamanlarını sayta həsr edər, və beləcə sayt indikindən daha çox peşəkar və mükəmməl olardı.
Təbii ki, redaktora əməkhaqqı ödəmək üçün saytın reklam gəlirləri də yüksək olmalıdır.
Nə vaxtsa heç arzulamısan saytın gəlirləri o səviyyədə olsun ki, mix.az-ı Aznetin şablon əyləncə saytı formatından qopardıb dünya səviyyəli peşəkar bir sayt edəsən?
Tural
Bilirsiniz, insan işi ancaq sevə sevə edəndə gözəl edir. Məsələn, kiminsə pulunu gecikdirsək və ya pulla bağlı problem olsa qarşı tərəf anlamaz. Amma kimsə qarşılıq göstərmədən bunu edirsə demək ki, sevgi içindədir. Burdakı redaktorların da bir çox imtiyazları var:
Mix.az-a aid bütün tədbirlərə pulsuz giriş. Və ya mix.aza aid hər hansı yerə müstəqil müdaxilə. Bundan başqa, onların virtual pul yığmağa ehtiyacları da olmur, çünki ehtiyac duyduqları an mən verirəm. Məncə, bu saytda çox insan redaktor olmaq istəyər- həm də qarşılıqsız. Amma indiki redaktorların yerini verən kimsə yoxdur. Onlar mükəmməldirlər.
*****

Bozqurd
Mix.az-ın dizaynı və strukturu barədə nə düşünürsən? Yaxın gələcəkdə ən müasir sayt quruluşlarını tətbiq etmək perspektivi varmı? Düzdür, belədə əksəriyyəti dial-up`la girən userlərimiz üçün sayta daxil olmada gecikmələr yarana bilər, amma məncə, mix.az müasir struktura sahib olarsa, bu həm də mix.azlıların ADSL-ə keçməsi üçün bir stimul olar.
Tural

Əlbəttə, hələ çox şeylər olacaq.
Bozqurd
Məsələn, nə olacaq, nəyi dəyişməyi düşünürsən?

Tural
Yeni dizayn və yeni struktur var, sadəcə indi başımız serverdəki problemə qarışıb.
*****

Bozqurd
Tez-tez şəkillərdə gitara ilə görünürsən. Gitarada həqiqətən hansısa mahnı dınqıldada bilirsən, yoxsa bu yalnız qızların yanında reytinq qazanmaq naminə atılmış addımdır? :)

Tural
Gitaranı uşaqlıqdan sevirəm. Təhsilimə ayırdığım zamana görə gitaraya gedə bilmədim. Həvəskar kimi öyrəndim. 1-2 şey dınqıldadıram, əsas odur bəyənirlər :)
Bozqurd
Qızlar demişkən, Tural, niyə hələ subaysan? "Daha sevgiyə inanmırsan Sən"? :)
Tural
Qız tapa bilməmişəm… İndi qız problemdir. :(
Bozqurd
Mövzuya girmişkən, bir sual da verim şəxsi həyatına aid. Əvvəllər sayta reklam qoymaq üçün Səninlə əlaqə saxlamaq gərəkirdi. Buna görə də banerlərdə Sənin nömrən olurdu həmişə. Səmimi cavab ver: bu 4 ildə həmin nömrəyə "səhvən" düşən qızların sayı nə qədər olub təxminən?
Tural
O qədər qız olub ki ))))
Tanış olmaq üçün o qədər zəng olub, hətta elə metodlar seçirlər ki, bəzən qızların bu professionallığına heyran oluram…
Yeri gəlmişkən, indi də elə mən cavab verirəm o nömrəyə :)
Bozqurd
Son cümləni nə yaman həvəslə qeyd etdin. Canın yanmasın, deyəsən hələ də “posledniy i reşitelniy zvonok”u gözləyirsən, hə?
Tural
Yox daha heç kim zəng eləməsin. Yorulmuşam...
*****

Bozqurd
Mix.azlılar nədən razı, nədən narazıdırlar, zaman-zaman öz fikirlərini bildirirlər. Bəs admin necə? Mix.az-da nədən razı, nədən narazıdır?

Tural
Hə şey superdir, mənə dözürlərsə quzu kəsərəm hamısına.
*****

Bozqurd
Bildiyimə görə, tac.az saytının da admini olmusan, bundan başqa sevek.biz saytında da adminsən. Başqa hansısa saytlarda işləmisənmi? Sualımın məğzi isə fərqlidir. Səncə, mix.az aznetin digər saytlardan hansı özəllikləri ilə seçilir? Biz hansı xüsusiyyətimizə görə hər kəsə nümunəyik?
Tural
Hə, 12-yə yaxın saytda admin olmuşam. Azərcellin bəzi saytlarının admini olmuşam, jurnalın saytının admini olmuşam. Bir çox populyar saytlar mənim adımadır. Indi də adımda 38 sayt var. Amma mix.az başqadır. Burda adam öz evindəki kimi olur, desək də, gülsək də, dava eləsək də, məncə, biz çox mehriban ailəyik.
*****

Bozqurd
Bildiyimə görə, mix.az-da dərc olunan bəzən hansısa xəbər Azərbaycanın hakim dairələrində etirazla qarşılandığı üçün silinib. Konkret say deyə bilməzsən bu hal neçə dəfə olub?
Tural
O qədər mövzular olub ki, silməli olmuşuq. Məncə, bizim heç o mövzuları qoymağımız düzgün deyil. Biz əyləncə saytıyıq…
*****

Bozqurd
Mix.aza görə ən dəyərli təşəkkürü kimdən və nə zaman almısan?
Bəs təhdid olunmusanmı hansısa xəbərə və ya mix.az-dakı hansısa sözə görə?
Tural
Mix.aza görə çox təşəkkür almışam. Xüsusilədə kiməsə etdiyimiz yardımlara görə.
Mövzulara görə bəzən olur. Onları da başa düşürəm… Özləri haqda bu tip xəbərin yayımlanmasını istəmirlər. Təhdid Natavan haqda olmuşdu… Efirdə dedilər, mənimlə telefon danışığını da efirdə verdilər. Amma sonra Natavan üzr istəmişdi.
Bozqurd
Bir az açıq izah elə də bunu.
Tural
Natavanın verlişinin efirə çıxmadan öncəki videosunu Rusi sayta qoymuşdu. Mənə zəng elədilər, dedim xəbərim yoxdur, sonra baxaram sayta, dedilər bəs niyə belə edirsiniz… Dedim biz sayta göndərilənlərə görə məsuliyyət daşımırıq, kim yayıb ona de.
Onlar da efirdə bunu verdilər, yaxınlarım xəbər etdilər məni bu barədə.
Sonra Natavanın hansısa oğlanla problemi haqda mövzu qoymuşduq sayta, zəng elədi ki, onu götür saytdan, dedim götürmürəm mənim o vaxtı danışığımı verlişində efirə vermişdin. Dedi mən eləməmişəm, mən sadəcə aparıcı idim...
*****

Bozqurd
Userlərə status verərkən şəxsi münasibətlər neçə faiz rol oynayır? Maksimum səmimi cavab gözləyirəm Səndən.
Şəxsi münasibət deyərkən, heç də təkcə dostbazlığı, tanışbazlığı nəzərdə tutmuram. Məsələn, bilirəm ki, doğma qardaşın mix.az-da adi istifadəçidir. Sualımın məğzi budur ki, statusu verərkən userin şəxsi xarakteri hansısa əhəmiyyət daşıyır, yoxsa status sırf onun mix.azdakı fəaliyyətinə görə verilir? Məsələn, kobud desək, özündən zəhlən gedən, amma kifayət qədər aktiv userlərə yuxarı status vermisən nə vaxtsa?
Tural
3-4 user üçün güzəşt olunub. Amma qalanlarını tanımıram. Layiq olduqlarına görə də status alıblar. Məsələn, mənim saytdakı redaktorlarla heç bir real tanışlığım yoxdur. Sadəcə party ve xeyriyyədə görürəm. "Hər yuxarı statusda olanları sevirəm" deyə bir qayda yoxdur. Sevmədiyim userlər var, amma bax statusu yüksəkdir. Adını çəkinmədən yazada bilərəm amma nikini yazsam həmin adam deyəcək, götür statusu heç lazım da deyil...
*****

Bozqurd
Bayaq mix.az redaktorlarının əvəzsiz olmasından və heç bir maddi şərt olmadan onların fədakarcasına zəhmətindən danışdın. Tamamilə qatılıram bu fikirlərinə.
Bəs Sən özün necə, mix.az-dakı fəaliyyətindən razısanmı? Müsəlman olaraq yatdığın, ateist olaraq oyandığın gecələrin birində heç öz-özünə demisənmi ki, "Tural, yox, bugün səndə adminlik alınmadı, sən tamamilə haqsız idin..." Və ya heç olubmu deyəsən, "affərin Tural, bugünkü kimi adminliyi səndən başqa dünyada heç kim bacarmazdı"?
Tural
Ooooo əlbəttə… Hər verdiyim qərarda haqlı deyiləm mən.
Öncələr də belə bir cümlə yazmışdım, amma userlər anlamamışdı. Mən qərar verərkən kimin haqlı olduğundan daha çox kimin necə user olduğuna baxıram.
Məsələn, bir oğru evində sakit otursa amma həmin an küçədə oğurluq olsa, dərhal onu da çağırırlar ki, artıq sənin səhifənə düşüb ki, sən oğrusan… Mənim də dosyalarımda müsbət insanları daim müdafiə edirəm. Məsələn, Splendid_Girl ilə kimsə mübahisə etsə bilirəm ki, bu qız dava bazdır))
Amma məsələn, kimsəylə Tarkanfan mübahisə etsə mən Tarkanfan haqsız olsa belə onu müdafiə edərəm.
Əlbəttə, bu haqsızlıqdır, amma mənim prinsipim budur.
Hərdən olduqca çox kobud oluram. Bəzən elə söz yazıram ki, düşünürəm ayda bunu mənə desəydilər mənə pis təsir edərdi, mən niyə başqasına deyirəm?
Yenə də haqsız olduğum durumlar az deyil. İdeal biri deyiləm.
*****

Bozqurd
Həyatım`ın “mix.azlılar” xəbərində qeyd etmisən ki, evləndikdən sonra adminlikdən gedəcəksən. Bu fikrin ciddi və qətidir?
Tural
Düşünürəm ki, hə. Hansı qız icazə verər yoldaşı mixaz-da admin olsun))
*****

Bozqurd
Tural, sıravi userlərə maraqlıdır adminin kompüteri. Mümkündürsə, öz bilgisayarının şəklini çəkib bizə göstərə bilərsən?
Tural
Buyur, bu da şəkil:
Sadə müsahibə
*****

Bozqurd
Mix.azlılara son sözün?

Tural
Bir gün hər kəsi yığıb bir adaya getmək istəyərdim.
Arxanızca nə qədər danışsalar da, fikir verməyin, çünki siz arxaya çevriləndə onlar hamısı SUSACAQLAR!
Odur ki, həyatınızı ən gözəl yaşayın və hər zaman ananız üçün dua edin.
*****

Bozqurd
Səmimi müsahibə üçün təşəkkür edirəm.

Tural
Dəyməz. Mən də təşəkkür edirəm.

P.S. Turalla dialoqların birində saytda daimi brilliant user olmadığını onun nəzərinə çatdırdım və mix.az-da ən çox sevilən bir xanıma "bu statusu hədiyyə etmək olmazmı?" soruşdum. O isə tələsməməyi məsləhət gördü.
Həmin xanıma bu hədiyyəni bağışlamaq arqumentlərimdən biri də bu idi ki, o ailə qurduqdan sonra belə öz sadiq mix.azlılığını qoruyub saxlayıb. Tural isə bu arqumentə kifayət qədər prikol cavab verdi:
Əgər buna görə ona brilliant versək, bax sonra bütün qızlar ərə gedəcəklər ki, Tural, bizi brilliant elə. xixi




 
 
#106 Şərhin müəllifi: sadece gunka
 


cox ama coooooox maragli idi tesekkurler en azinnan ADMIN i daha yaxinnan tanimis oldug tesekkurler

cox ama coooooox maragli idi tesekkurler en azinnan ADMIN i daha yaxinnan tanimis oldug tesekkurler onu da qetd edimki coox maragla oxudum ozude saat gece 2.10 da))

bunu yazmag ucun geri qayitdim halal olsun o KISIiyekiii geleceyini dusunub yazir...TURAL sizi alqislayiram nn28 mene ele gelirki aile terbiyesinnen coox sey asilidi

bunu kiminse oxuyacagini dusunmurem artig, cunku cox gec oxuyub serh yazmisam teessufkii ama heqiqeten cox beyendim

 
 
#105 Şərhin müəllifi: Milaya_Ledi
 



Saytdaki Tural kimdir desəniz, özündənrazı, kobud,
amma işini bilən bir admin deyərdim...))

 
 
#104 Şərhin müəllifi: sweetheart24
 


Tural
Çox şən və zarafatcıl biriyəm. İdmanı çox sevirəm. Həyatda aktiv, daim axtarışda olan insanam. Saytdakı kimi sevgi pessimisti deyiləm. İçimdə romantikanı və uşaqlığı gizlədən biriyəm.
Uşaq vaxtı oyuncağım olmadığı üçün uşaqlıq yaşamadım, ona görə bəzən uşaq oluram. 22 yaşımdan sonra qazandığm pullara uşaq vaxtı mənim olmasını istədiyim bütün oyuncaqları aldım. Oynadım və uşaq kimi də sındırdım, qurdumu öldürdüm)) Hələ bəziləri durur. Amma bir dənə velosiped almadım… Onu da alsam arzum qalmaz deyə almıram. Qoy o məndə uşaqlıq həvəsi kimi qalsın.
Dostarımla tez-tez bir yerdə oluram. Onlar nələr çəkir əlimdən))
O qədər prikola tuturam onları)) Leo bilər))


HƏRKƏS SƏNİ ÖZÜNDƏN RAZI KOBUD BİRİ KİMİ GÖRÜR AMMA SƏN ÖZ ALƏMİNDƏ ÇOX TƏVAZÖKAR UŞAQ XASİYYƏTLİ ZARAFCİL DEYƏN GÜLƏNSƏN.
ƏSLİNDƏ SƏN NƏ ÖZÜNDƏN RAZI KOBUD , NƏ DƏ TƏVAZÖKAR UŞAQ KİMİSƏN.
SƏN SADƏCƏ KEÇMİŞDƏ İNSANLARDAN PESHİMANLİQ YASHAYAN İNDİ İSE ONLARİ PESHMAN ETMEYE CALİSHAN BİR İNSANSAN .
ADMİN DEYİL TURAL KİMİ SENE MESLEHETİM SİZE MESLEHETİM ? MOVZULARİNİ USERLƏR UCUN HAZİRLAYARKEN OZUNE BU MƏSLƏHƏTİ VERMƏYİ UNUDMA.
HEYAT SONU BELLİ OLMAYAN BİR YOLDUR O YOLU ELE YASHAYARAQ GETKİ SONDA SENİ NE GOZLEDİYİNİ BİLE BİLESEN .YOLA BAXMADAN BASHİ YUXARİ GEDEN İNSAN HERZAMAN BUDRƏYƏR ARADA BİR ASHAGİYADA NƏZƏR EYLƏ YOLUN NƏ DƏRƏCƏDƏ DUZGUN OLDUGUNU GORMEK UCUN . SEN OZUNU TAPMAMİSAN ZAMAN İCİNDE OZUNU AXTARARAQ OZLÜYÜYÜNÜ UNUDAN İNSAN KİMİSEN ONA GORE NE GORUNDUYUN KİMİ OLA BİLERSEN NE OLDUGUN KİMİ GORUNE BİLERSEN.
OLDUGUN KİMİ GORUNMEK UCUN HELƏ ZAMNİN VAR .
BU ZAMAN EGER SEN İSTESEN SENE DOGRU YOLU GOSTERECEKDİR ...


--------------------

 
 
#103 Şərhin müəllifi: PIFAQOR
 


Bilmirəm gecənin bu vaxtı hardan gəldim çıxdım bu xəbərə smile
Uzun da olsa sonacan diqqətnən oxudum...
Çox gözəl Suallar və Səmimi cavablar...Bu qədər sual verməyə və cavablamağa səbr lazım...
Hər ikinizə Afərin!



Şərhləri də oxudum, bir az pis oldum sad


--------------------

 
 
#102 Şərhin müəllifi: miw_ulya
 


Men maraqla oxudum ;)
Semimiyeytinize gore sag olubn ;)


--------------------

 
 
#101 Şərhin müəllifi: x_girl_
 


hahahahal axirincini yaxsi deyib=)

 
 
#100 Şərhin müəllifi: ilashka bqu
 


seni tanidigima gore cox wadam fellow nn41

 
 
#99 Şərhin müəllifi: elnaricka
 


Musahibe ucun tesekkurler,cox maragli idi.

 
 
#98 Şərhin müəllifi: Dominic Toretto
 


Müsahibəyə görə təşəkkürlər.Az da olsa yazılanlardan Turalın xasiyyətin öyrənmək olur.

 
 
#97 Şərhin müəllifi: yarpaq_dolmasi
 


TELEBE QIZ,
MARAQLI MWSAHIBEDI TURALIN BEZI CAVABLARINA COX GWLDWM, YENEDE COX MARAQLIDI HE BRSHEYDESUAL ALTINDA QALDIKI TURAL OZ QARDASHINI NIYE QOYMUR INTERNETE GIRMEYE?


ona goreki qardasi universitete hazirlasirdi .... xixi


--------------------

 
 
#96 Şərhin müəllifi: JAVI
 


Natavanla olan haqq-hesab yadimdadi..bu hardasa sehv etmiremse men qeydiyyatdan sonra bash vermishdi.Natavanin Liderde verlishi vardi ve informasiya desteyi Aznetin 1rus-dilli saytlarindan biri idi.Shekiller ve s.ona mexsus idi.Tv-de(Lider-de) vermishdiler ki,bu pozuntu haqqinda:)zengde vurmushdular ve admin de cvb vermishdi..nese yadimdadi o mesele..
Musahibenin yalniz bu hissesini oxudum)vaxtim olsa,tam oxuyaram)

 
 
#95 Şərhin müəllifi: Lady_Kapriz
 


Mən niyə bu xəbəri görməmişəm?! oxudum maraqlı idi...

 
 
#94 Şərhin müəllifi: mango
 


ooo azad sabanov oxuyub?suuperr.kef ele....

 
 
#93 Şərhin müəllifi: _Goddess_
 


Sonacan oxudum
Təşəkkürlər maraqlı müsahibə üçün

 
 
#92 Şərhin müəllifi: brokendream
 


Cox maraqli bir musahibe idi...lezze etdi ....mentiqli,duwunulmuw cavablar...wablonluqda kenarliq esas da budur...ve MIX>AZ lilara SON SOZ de yazilan fikiler cox gozel,,,her halda tural bey,bele bir genclerin movcudluguna sevinirem

 
 
#91 Şərhin müəllifi: NifreteNifret
 


Aaaa men hele bunu indi gorureme

super


--------------------

 
 
#90 Şərhin müəllifi: Kagit_evler
 


Maraqli suallar,maraqli cavablar,maraqli musahibe...Her sey ela idi.Allah caninizi sag elesin.Tural sene de hele nece nece adminli ve xosbext gunler...Duzdu bezen hirslenirem bezi sozlerine amma sen ela adminsen!! Ve her seyden evvel yaxsi insansan

 
 
#89 Şərhin müəllifi: asda
 


TURAL,ugurlarin bol olsun! TEWEKKURLER!

 
 
#88 Şərhin müəllifi: VeLi
 


Maraqlı müsahibə idi.
Səmimi cavablar idi düşünürəm.Həm real həyatında həmdə Mix.az ailəsində hərzaman uğurların bol olsun Tural bəy.
Oğuz sənədə həlal olsun,gözəl iş görübsən.Necə deyərələr az olsun saz olsun.


--------------------

 
 
#87 Şərhin müəllifi: Rena
 


Tural adminlikdən niyə gedirsəne? sad


--------------------

 
 
#86 Şərhin müəllifi: chrysalis
 


HMM.MARAQLIYDI...

 
 
#85 Şərhin müəllifi: Azbukalin
 


Çox primitiv alınıb.Suallar səlis ünvanlansada səmimi və ətraflı cavablar yoxdu.

 
 
#84 Şərhin müəllifi: __Jale__
 



_____ MARAQLI DIALOQ IDI.
DEMEK HER KES GORUNDUYU KIMI DEYIL SIYAHISINA , BIZIM ADMINDE DAXIL IMIW...._____

 
 
#83 Şərhin müəllifi: zaur16
 


Maraqli musahibe idi.


--------------------

 
 
#82 Şərhin müəllifi: hosted_man
 


Sitat: Shevchenko_Ali

Adə,nəyə gülürsən wink ? Gülməli yazmışam doğurdan da wink ?


--------------------

 
 
#81 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#80 Şərhin müəllifi: Shevchenko_Ali
 


Sitat: Acidil
denizim-ə verdiyin sərt cavabı oxuyanda lap özüm utandım eee.O nə cavab idi,qıza qarşı?Heç gözləmirdim ee Səndən belə bir şey.Nə isə,oldu getdi.

smile


--------------------

 
 
#79 Şərhin müəllifi: hosted_man
 


Halaldır Sənə Oğuz.Sən demiş Forza Oğuz. xixi


Hərdən olduqca çox kobud oluram. Bəzən elə söz yazıram ki, düşünürəm ayda bunu mənə desəydilər mənə pis təsir edərdi, mən niyə başqasına deyirəm?

denizim-ə verdiyin sərt cavabı oxuyanda lap özüm utandım eee.O nə cavab idi,qıza qarşı?Heç gözləmirdim ee Səndən belə bir şey.Nə isə,oldu getdi.


--------------------

 
 
#78 Şərhin müəllifi: denizim
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#77 Şərhin müəllifi: so_lonely
 


Maraqli musahibeye gore tewekkurler.Bu musahibe vasitesile belke de coxlarinin tanidigi Turalin bawqa xususiyyetlerini de kewf etdik bir daha thankssss xususile de MUELLIFE

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!