Miss_Skazochka ilk olaraq bu sualı verim. Bu layihə elan ediləndə münasibətin necə oldu? Mix.aZ-da ilk rekordu da sən vurmuşdun. 28 saat 36 dəqiqə. Məqsəq bu rekordu təzələmək idi, yoxsa sadəcə olaraq iştirak etmək?
Bu layihə haqqında xəbər bir gün öncədən bazada idi. Düzdür adı Online User olaraq yazılsa da içində heç bir məlumat yox idi. Elə maraqlı idi ki o xəbər mənə. Düşünürdüm görəsən Tural nə etmək istəyir? Artıq xəbər tam hazır olub layihə başlamazdan bir gün öncə saytda aktiv olanda bildim ki məsələ nə yerdə imiş. Özümə çox güvənirdim. Lakin layihənin başlama saatı məndə azacıq da olsa qorxu yaradırdı. Çünki ilk burdayamlar(artıq iyrənirəm bu sözdən) yazılanda bilirdim ki saytda ola bilməyəcəyəm. Amma əmin idim ki saat neçədən də qatılmış olsam mütləq qalib olacağam.
Layihədən öncəki vəziyyətin necə idi? Neçə saat yatmışdın onda? Yəni layihəyə tam olaraq özünü hazırlaya bilmişdinmi?
Həə... Asəf, düşünürsünüz ki Miss bir gün öncə yatıb, yaxşıca dincəlib, güc qüvvət yığaraq qatılıb layihəyə? Bəlkə də çoxlarınız inanmayacaqsınız amma layihədən bir gün öncə mən cəmi 3 saat yatmışdım. Gecə saat 5-də saytdan çıxıb yatmağa getmişdim səhər isə saat 8-dən oyanmışdım çünki görüləcək işlərim var idi. Layihəyə isə axşam saat 7-dən sonra qatılmışdım.
Layihəyə gec qatıldın, səninlə bərabər güclü rəqiblər də var idi. Bütün bunlar sənin qələbə qazanmaq inamını necə gücləndirmişdi? Az öncə də qeyd etdim mən özümə tam əmin idim. Hər dəfə qeyd edirəm indi yenə də deyirəm insanın özünə inamı və istəyi insan həyatında ən mühüm amildir. Özünə inam və istək olduqdan sonra hər şey etmək mümkündür.
Layihənin ən qızğın vaxtlarından biri. İlk olaraq 24 saat tamam olur. Bu 24 saat ərzində hər hansı bir çətinliyin oldumu? Yuxu cəhətdən, yorğunluq cəhətdən hər hansı bir əngəl oldumu? Oldusa bunların öhdəsindən necə gəldin?
24 saat tamam olanda artıq yarışmadakı iştirakçıların sayı da azalmışdı. Onlar məndən öncə yarışmaya qatıldıqları üçün onların 24 saatı məndən öncə tamam olmuşdu Tural da buna görə onların balansına pul artırırdı , niklərini qeyd edirdi layihədə. O zaman bir az çətin oldu mənim üçün, hardasa ümüdsüzlüyə qapandım. Çünki mənim 24 saatımın tamam olmağına hələ çox var idi.
Layihə zamanı hər hansıa bir texniki problem oldumu? Yəni kamputerin qızması, internet problemi.
Layihədə məni qorxudan, uduzacağıma səbəb ola biləcək yeganə amil texniki problem ola bilərdi. Şükürlər olsun ki elə də ciddi bir problemlə üzləşmədim. Sadəcə modemim Flash modem olduğu üçün dəhşətli dərəcədə qızmışdı. Hətta o dərəcəyə çatmışdı ki modemi çıxaranda az qaldı əlim yansın. Modemim incə olduğu üçün qorxurdum ki birdən əriyər. Adminkada yazdım bu haqda Asəf getdi mənə dial up üçün kart aldı =)) Asəf gələnə kimi modemin üstünə ventlyator tutmuşdum.loool
2 dəfə Dial upla bir neçə saatlıq saytda oldum. Əsasənda gecələr. Çünki onda dial up çox rahat işləyirdi.
Artıq layihənin ən son həddi gəldi. 48 saat online. Təbii ki, bu az vaxt deyil. Layihə zamanı başını nə iləsə qatırdın, yoxsa ancaq "burdayam" yazmaq üçün hazır dayanmışdın?
İnanırsınız o qədər həyacanlı idim ki heç bilmədim 48 saat necə oldu ki tamam oldu. 48 saatın tamam olması barədə "Turalın artıq 48 saatınız tamam oldu balansınızı artırdım" yazısından sonra xəbər tutmuşam.
Hər kəsə maraqlıdır. Miss_Skazochka rəqiblərinə necə qalib gəldi? Bunun sirri nədədir?
Özümə inamım sayəsində qalib olmuşam mən.
Hal-hazırda Mix.aZ ForuM-da gedən və həmçinin nə zamansa olacaq Online User yarışmasının iştirakçılarına hansı tövsiyyələri verərdin?
Onlara məsləhətlərimi vermişəm az öncə möhkəm olsunlar, özlərinə inansınlar, məğlubiyyət haqqında əsla düşünməsinlər. Uzanmasınlar çünki saytda gedən yarışma vaxtı çox güclü sandığım rəqiblərim məhz uzandıqları üçün yarışmanı tərk etdilər. Az müddətli belə uzansalar istər istəməz onları yuxu tutacaq. Yuxu şirin şeydir=) Daha sonra, musiqi dinləməsinlər. Nə ritmik nə də ki lirik. Lirik mahnılar yuxulamalarına, ritmik mahnılar isə başlarının ağrımasına səbəb olacaq. Hərdən əl üzlərini yusunlar türklər demişkən iyi gelicek. Çalışsınlar saytda, forumda yazışsınlar. Düşünməsinlər ki yazmaq, onlardan enerji alacaq. Amma çalışıb uzun, həcmli xəbərləri oxumasınlar bu beyinin yorulmasına səbəb olacaq. "Burdayam" sözünü çalışıb qısa zaman intervalında yazsınlar. Bu sizi yarana biləcək texniki problemlərdən sığortalamış olacaq. Gələn yarışmada mənə çətin olacaq Bütün sirrlərimi dedim daha =)
Bir sual da maraqlıdır hər kəs üçün. Miss_Skazochka layihədə həm "burdayam" yazır, həm userlərlə söhbələşir, sitat gətirir, şərh yazır, Sual və Problemlər bölməsində suallara və problemlərə cavab yazır, bazada olan xəbərlərə baxır, avto düzür. Bütün bunları eyni zamanda etmək yorğunluğu artırmırdı bəyəm?
Xeyr əsla. Tam əksinə daha çox enerji toplayırdım bunları etməklə. Həm də ki yalnız "burdayam" yazandan yazana saytda görsənmək istəmirdim. Həqiqətən də saytda online olduğumu sübüt etmək istəyirdim. Mən sadəcə yarışmada qalib olmaq üçün deyil əsl mix.az li olaraq saytda ən çox online olmaq üçün yarışırdım. Yalnız "burdayam" yazmaq bu sadəcə ad olsun ki ən çox online user oldum deməkdir. Mənə bu lazım deyildi axı.
Təbii ki, kimsə fərqlənəndə ona pis gözlər də baxacaq. Tənqidlərdə olacaq. Əsas tənqid isə "Miss_Skazochkanin yerində görəsən kimsə oturubmu?" sualıdır. Buna cavab nədir?
Bu sualı isə yuxarıdakı sualınla özün cavablamısan. Mən həm Sp-də sualları cavablandırırdım, həm şərh yazırdım, həm bazaya baxırdım, həm msn də idim, həm Fb-da yazırdım, həm Pm lərə cavab yazırdım, həm də avto aktiv üçün xəbər düzürdüm. Hələ üstəlik fürsət tapıb özüm üçün xəbər də yazıb, aktiv etmişdim. Bütün bunlar fasiləsiz olaraq saytda olmaq demek deyilmi? Bütün bunlarla mən sübüt etdim ki yerimdə heç kəs oturmayıb özüməm =)
Mix.aZ-da ən çox online olaraq 63 saat 1 dəqiqə rəsmi rekord vurdun. Yəni xəbər bazaya qaytarılana qədər "burdayam" yazdın. Lakin əlavə olaraq 5 saatda Mix.aZ-da oldun. Hər kəs düşünürdü ki, layihə bitən kimi Miss_Skazochka dərin yuxuya gedəcək. Amma getmədi. Görəsən niyə? Qələbə sevinci, yoxsa yuxunun hələ də olmaması?
Gecəyə doğru artıq dəhşətli dərəcədə yorulmuşdum. Otura bilməyəcəyimi düşünürdüm. Çünki rəqibim yarışı dayandırsaydı da belə bizim ən azından bərabər olmağımız üçün mənim əlavə olaraq bir neçə saat da oturmağım lazım idi. Mən isə bilmirdim axı qarşı tərəf nə zaman çıxacaq, ümumiyyətlə çıxacaqmı, ondan sonra mən otura biləcəyəmmi? Amma öldü var döndü yoxdur demişdim. Artıq səhərə yaxın tək qalanda tam sakit oldum ki artıq qələbə mənimdir. Sağ olsunlar forumun uşaqları dəstək oldu mənə, danışdılar, başımı qatdılar qoymadılar ki yuxulayım. Dəstək demişkən mənə dəstək olan bütün userlərə öz minnətdarlığımı bildiriəm sizin dəstəyinizi hiss etmək məni daha da həvəsləndirirdi. Maraqlısı isə odur ki mənə dəstək olanların çoxu ilə heç bir əlaqəm yoxdur, heç tanımadığım userlər mənə dəstək idi. Yəni bacışkalarım deyildi mənə dəstək olanlar =)
Layihədən sonra Miss_Skazochka neçə saat yatdı? Bu qədər online olmaq səhhətində hər hansı bir problemlər yaratmadı ki?
Layihədən sonra məni qovdular ki ay qız get yat yoxsa hələ də yatmaq fikirim yox idi. Düşünürdüm ki ən azından bir gün ölü kimi tərpənmədən yataram. Amma nədənsə çox narahat yatdım. Hər xırda səs məni oyadırdı. Bu da çox güman ki layihə müddətində əsəblərimin pozulduğunun göstəricisidir. Səhhətimdə isə çox şükürlər olsun ki bir problem olmadı. Sadəcə layihə zamanı qızdırmam qalxmışdı bunu çəkindim saytda yazmağa çünki yalnış anlaşılacağından qorxurdum. Bəziləri özümü yazıq kimi göstərdiyimi düşünəcəkdi. Ona görə də bu haqda heç nə yazmadım. İndi hər şey qaydasındadır. Azacıq belim və boynum ağrayır yəqin ki çox oturmaqdandır. Bu da inşAllah tezliklə keçər.
Miss_Skazochka üçün ilk rekord yəni, 28 saat 36 dəqiqə doğmadır, yoxsa son rekord yəni, 63 saat 1 dəqiqə? Bunlar arasında bir fərqi varmı?
Mix.az da keçirdiyim hər dəqiqə mənim üçün doğmadır. İlk rekordum olan zaman bunu düşünmədən etmişdim sadəcə yuxum gəlmirdi, oturmuşdum saytda. İkinci rekordum isə məqsədli idi. İkinci rekordu asanlıqla qazanmamışam mən. Ona nail olmaq üçün çox çətinlik gördüm. Çətinliklə əldə olunanlar isə hər zaman qiymətli olur. Ona görə də ikinci rekordumu daha çox istəyirəm.
Gələcəkdə yenidən Online User layihəsində iştirak etmək fikirin varmı?
Əlbəttə ki var. Gələn layihədə inşAllah sağlıq olsun mütləq qatılacağam.
O redaktor da olanda lap cox oturmaga onu 1ci anasi, 2ci de atasi qoymurdu. olubki atasi kompu alib gizledibwink yeni aileni taniyiram bilirem ve onun adindan danishdim ne ise uzatmiyin..
Lap çox, az çox bunun dəxli yoxdur ay müsəlman ) Netdə oturub zato, onda belə çıxır ki, netdə oturan qızların ailə tərbiyəsi yoxdur? Heç kimin şəxsiyyəti ilə oynamağa heç kimin haqqı yoxdur burda, Süddən çıxmış ağ qaşığa oxşuyuree sizin söhbətləriniz )) Öz etdiyiniz şeyi, götürüb camaata deyirsiz )
A+A=Love yazdığımız divarı söküblər indi. Plana düşmüşdü həmin ev. Üstünə söz yazdığımız ağacda qurudu artıq. Sənli günlərdən qalan xatirələrimizdən daha heç nə qalmadı. Geriyə görünməyən gəzib, dolaşdığımız yolllarda ayaq izlərimiz qaldı...
men joyda 70 saat online olmsuahm??getir goster subut ele.12 saatdan chox online hech vaxt olmamisham joyda.olsam da durub fexr elememishem.
Budur, nağıl danışdın, fasiləsiz ya fasiləli bunun dəxli yoxdur, ona qalsa sənin online olduğun saatları götürsək, toplasaq illər edər, fasilənin buna dəxli yoxdur, fasilə verməmək sadəcə oyuna aid olan bir şeydir, sən kiminsə 63 saat fasiləsiz netdə olduğu müddətdə edə biləcəyi şeyi, 1 saatda yoxe, lap 1 dəyqədə də edə bilərsən.. Qəbul etsən də etməsən də, sən quş yoxee qarğa buraxmısan təmiz ))
Aşağıda da qeyd etmişəm. Net elə netdir. 70 saat otur, ya 12 saat otur. fərqi oldumu? Başdan qırıjalar-netdə oturanlara pis baxanlar öz fikirlərini 70 saat oturan üçün də deyər, 12 saat oturan üçün də. Məntiq tapılmır e fikirlərində. Yaxşı dincəl, çox lazımdır sənə:)
--------------------
Xatirə soyqırımı.
A+A=Love yazdığımız divarı söküblər indi. Plana düşmüşdü həmin ev. Üstünə söz yazdığımız ağacda qurudu artıq. Sənli günlərdən qalan xatirələrimizdən daha heç nə qalmadı. Geriyə görünməyən gəzib, dolaşdığımız yolllarda ayaq izlərimiz qaldı...
ne ise tetilimin gul chaginda konsantremi pozmuyun)))
bahoo uje turk diiline kecmisen..yoo inkiwaf varr
Sitat: Dj KaMiL
Sən redaktor olanda joydan bir dəyqə ayrı qala bilmirdin, k stati netdə olurdun veçni
O redaktor da olanda lap cox oturmaga onu 1ci anasi, 2ci de atasi qoymurdu. olubki atasi kompu alib gizledib yeni aileni taniyiram bilirem ve onun adindan danishdim ne ise uzatmiyin..
--------------------
Если твоя девушка нравиться другим парням это не повод для ревности, это повод для гордости, в твоих руках чья-то мечта...
Lazım olanları etiraf etdin Qane etməsə belə. Yaxşı olar ki, istirahətinlə məşğul olasan :)
--------------------
Xatirə soyqırımı.
A+A=Love yazdığımız divarı söküblər indi. Plana düşmüşdü həmin ev. Üstünə söz yazdığımız ağacda qurudu artıq. Sənli günlərdən qalan xatirələrimizdən daha heç nə qalmadı. Geriyə görünməyən gəzib, dolaşdığımız yolllarda ayaq izlərimiz qaldı...
kime desen ki qiz ushagi yetmish nem neche saat netde oturub o adam ureyinde day neler fikirleshmez ki?
K stati sən də incimə səndən də belə söhbət gözləmirdim, özünü mələk kimi göstərdin çünki.. Sən redaktor olanda joydan bir dəyqə ayrı qala bilmirdin, k stati netdə olurdun veçni, onda camaat baxıb sənin haqqında pis fikirləşirdi eləmi? Bax bu sözünlə özünü yandırdın, mən inanmıram ki, bu sözümə qarşılqı bir cavab verə biləsən, çünki nağıldan başqa bir şey deməyəcəksən..
Bəs MSN-də 15 oğlanla danışan qızlar necə görünür.... məncə onlar bununla daha çox fəxr edir.Türkiyədə beyin travması aldın ya samalyotda qorxdunmu belə düşüncəyə sahib oldun??Gördüyün kimi bu bir oyun idi.. oyuna daxil olduğu üçün onun şərtlərinə görə oyun oynalıb...istər 4 dəqiqə istərsə də 170 saat...
Burda, Burda deyə sən də qoşulmuşdun bu oyuna... qalib ola bilmədin amma içində ki, paxıllığıda boğa bilməmisən....
Başa düşənlər var da :)) Netdə oturan öz niyyətini 5 saata da edər, 100 saata da :) Ona görə Punka bax incimə mən də sözü üzə deyərəm. O fikirlərin yersiz idi və həm də dəxlisiz olmayan bir şey. Nə lazımdırsa Tural qeyd edib.+ Əgər kimsə nəsə düşünərsə öz problemidir. Hər halda sənin də netdə çox deməyim, 10 saat oturduğun vaxtlar olub. Sənin söhbətinə qalsa onda sənin haqqında da yaxşı düşünməzlər. Net elə netdir. Fərq etmir 10 saat oldun, ya 100 saat.
Birdə ki, kimsə anlaya bilmirsə bu sadəcə bir oyun idi, onda özünü həkimə göstərsin. Hər halda Punka sən özündə bu oyunda idin, səhərə qədər də oldun bizimlə
--------------------
Xatirə soyqırımı.
A+A=Love yazdığımız divarı söküblər indi. Plana düşmüşdü həmin ev. Üstünə söz yazdığımız ağacda qurudu artıq. Sənli günlərdən qalan xatirələrimizdən daha heç nə qalmadı. Geriyə görünməyən gəzib, dolaşdığımız yolllarda ayaq izlərimiz qaldı...
Miss_Skazochka, bilseydim ki, suallarimiz cavabsiz yetim qoyacaqsan, vermezdim )
ulduz xəstəliyinə tutulmuşam =) 1.yox modem vermədilər mənə şükürlər olsun ki öz modemimə də heç nə olmadı işləyir =) 2.mamam qışqırdı bir az, işğı opşidən söndürməyə cəhd etdi amma qoymadım.evdəkilərimiz bilir ki bura mənim üçün çox doğmadır.çünki ən çətin zamanlarımda mənə pis günlərimi unutduran mix.az oldu.qoymadı məni darıxım, fikir edim.ona görə də ciddi bir problem yaşamadım
--------------------
|Женщину надо любить так, чтобы ей и в голову не пришло,что кто-то другой может любить её ещё сильнее. |
Miss xetrine deysede deyemese de men bunu yazmaliyam)))
Bəs MSN-də 15 oğlanla danışan qızlar necə görünür.... məncə onlar bununla daha çox fəxr edir. Türkiyədə beyin travması aldın ya samalyotda qorxdunmu belə düşüncəyə sahib oldun?? Gördüyün kimi bu bir oyun idi.. oyuna daxil olduğu üçün onun şərtlərinə görə oyun oynalıb...istər 4 dəqiqə istərsə də 170 saat...
Burda, Burda deyə sən də qoşulmuşdun bu oyuna... qalib ola bilmədin amma içində ki, paxıllığıda boğa bilməmisən....
rekordu təzələməyi deyirsinizə yox əgər iştirakçılar yarışmanı tez tərk edərsə mən də tez çıxaram bu qədər oturmaram. onsuz da rekord yenə də mənim adımda qalmış olacaq.həm də hər şeyin ilki daha gözəl olur.bunu ilk olaraq mən etdim ona görə də hələ çox danışılacaq=)
--------------------
|Женщину надо любить так, чтобы ей и в голову не пришло,что кто-то другой может любить её ещё сильнее. |
Heç vaxt bilmədikdə harda qalib olmaq lazımdı , harda prinsip aparmaq lazımdı.Boş-boş şeylər üçün həmişə varıq.Halaldı həqqətən ! belə layihələrdən sonra dəlixanada mixaz userlərinə rast gəlsəm təəccüblənmərəm . Üstündə də Admin yazısı -))
Miss xetrine deysede deyemese de men bunu yazmaliyam)))vallah gulunc gorunur mene bu.yeni senin bununla fexr etmeyinki yetmish neche saat internetde olmusan vallah gulncdur.kime desen ki qiz ushagi yetmish nem neche saat netde oturub o adam ureyinde day neler fikirleshmez ki?duzdu oyun uchun etmisen nem ne bele seyler men de bu oyunda var idim amma bele yerlere hech vaxt gelib chimaxdim.kim isdiyir menim sozlerimi pis basha dushsun kim isteyir yaxshi men hemishe saytda dushunduyumu yazmisham.ikiuzlulukdende nifret edirem.girib bura yalannan yaza bilmezdim ki miss sen suppersen sen elasan.mene bu gulunc geldi ki 70 saat oturmagin bir yana hele fexr de edirsen qurban sene get bashqa sheylernen fecr ele vallah.onnansa o 70 saativin 35 saatini bir eser oxuyub,bir maragli film izleyib dunyagorushunu artirardin.ne bilim vallah ugurlar sene.
caan eee caan menim baalaamdiiee ruslara,turklere salam de
--------------------
Если твоя девушка нравиться другим парням это не повод для ревности, это повод для гордости, в твоих руках чья-то мечта...
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3