» Daha sevgiyə inanmıram mən
  » Sənin haqqında danışmağı ...
  » El Clasico: Barselona-Real Mad ...
  » Dövlət idarələri mix.az ha ...
  » Bir kərə yüksələn bayraq, ...
  » Mənim İdeal Ətirim
  » Ad günün mübarək,Tural!24. ...
  » Nurullah hər kəsi coşdurdu
  » İlin Ənləri - 2011-2012
  » Mənim musiqi zövqüm - Yanva ...
  » Ad Günün Mübarək Ölməz Q ...
  » Rəşid Mahmudov həqiqətlər ...
  » Sənin məndən fərqin
  » "Mənim sevimli ev heyvanım ...
  » İlin ənləri 2011-2012 (admi ...
  » Bir insan tanıdım həyatım ...
  » Hərdən belə də olur...
  » Ayrılıqların əlacı, ən m ...
  » Yenə mövzudan çıxdım
  » 2012 hansı bürclərə daha ...
  » Bunları bilmək maraqlıdır
  » "O" Şəkillər
  » Yeni mp3-lər
  » Milano derbisinin hesabını t ...
  » Sizə məsləhətim...
  » Milli qəhrəmanlarımız
  » Filmlər və yadda qalan mahn ...
  » Məhəmməd Peyğəmbərin sa ...
  » Sizə məsləhətim...
  » "Toy Olsun"dan qovulan Səad ...
  » Edilən pisliklər yaxşılıq ...
  » Erməni toyunda Azərbaycanın ...
  » Türkiyənin ən bahalı səsi ...
  » AZADLIQ toxumu əkdi ŞƏHİDL ...
  » Azzz, dur soğanı düzəlt!
  » "Erməni soyqrımı yoxdur!"
  » Azərbaycanda ÜZEYİRlə baş ...
  » Mix.az-lıların cənnət qap ...
  » "Qanlı Yanvar" gecəsində ...
  » Əllər var əl tutmaq üçün ...
  » Life in Paper
  » Gözlənilən və reallıq...
  » Biraz gülmək lazımdır
  » Sizə məsləhətim...
  » I ♥ You
  » Türkiyə rusların gözündə
  » Sizə məsləhətim...
  » Kurtlar Vadisi Pusu - 143 (Pol ...
  » "Mix.az-lıların Möcüzəvi ...
  » Hər xanıma bir gül
  » Ana üçün ən gözəl təbri ...
  » Sadəcə bax...
  » Baby :)
  » Günün fotoları
  » Sus və sadəcə bax :)
  » 20 Yanvar günü-22 il tamam o ...
  » Azərbaycanda "Gines" rekord ...
  » 20 Yanvar faciəsindən 22 il ...
  » Hər qız sənin içindəki ü ...
  » Sadə karandaşla çəkilmiş ...

GunahLi_CenneT
Xəbər sayı -6
mix dominant
Xəbər sayı -5
nuku
Xəbər sayı -5
Beqi
Xəbər sayı -4
Menim_gozel_alibim
Xəbər sayı -4
Just Kurdish
Xəbər sayı -4
Resad-9
Xəbər sayı -3
PSiKoPaTKa
Xəbər sayı -3
Dj KaMiL
Xəbər sayı -3
R.N.T
Xəbər sayı -2



Yox








 
 
Ən Sevimli Kitabım Mix.aZ həyatı 

Buyurun, iştirakçılarımızın Ən Sevimli Kitabları ilə tanış olun :

1. 1. Kitabın adı : "A"
Müəllif : Qaraqan


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Göndərdiyim kitabın adı "A"`dır.
Belə ki,kitabda bir qrup gəncin,cəmiyyəti,hətta dünyanı dəyişmək üçün çalışmasından bəhs edir..Bu gənclər dünyanın xılasını onun məhvində görür..Biz dünyaya niyə gəlmişik?Məqsədimiz nədir kimi suallara cavab verən bir kitabdır A..Ən dərin fəlsəfi suallara,ən sərt cavab..


2. Kitabın adı : Xoşbəxt günlərimin acı göz yaşları.( Zaurun yuxuları)
Müəllif : Elman Rüstəmov


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Bu romanda iki gəncin məhəbbət dastanı əsasında cəmiyyətin müasir ailə problemləri işıqlandırılır.Əsər məhəbbətin bütün gözəllikləri özündə birləşdirib, onlara xüsusi bir çalar verməsindən, insanın mənəviyyatını zənginləşdirməsindən,onda həyat eşqini yüksəltməsindən bəhs edir.Məhəbbət insanı ülviləşdirir, onda doğruluq sədaqət vəfa səmimiyyət hisslərini bərqərar edir.


3. Kitabın adı : Sarıköynəklə Valehin nağılı
Müəllif : İlyas Əfəndiyev


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Əsərdə SOVET gənclərinin ictimai həyata,insanlara münasibəti,psixologiyası,xarakterlərinin necə formalaşdığı,bizim böyük idealımıza doğru necə irəlilədikləri təsvir olunur.Romanın qəhrəmanları Sarıköynəklə Valeh məhz bugünkü namuslu,fədakar,cəsarətli gənclərimizi təmsil edirlər.Onlar yaxşı adamlarla bərabər mənfi tiplərə də rast gəlirlər.Lakin heç bir çətinlik onları həqiqi yoldan sapdıra bilmir.



4. Kitabın adı : Çingiz Xan
Müəllif : Van Qoq Yan (Vasiliy Qriqoroviç Yaniçevski)


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Hadisələr xronoloji ardıcıllıqla, yəni öz tarixiliyini itirmədən baş verir. Ümumilikdə bütün kitab əzəmətli və qüdrətli Monqol imperatoru Çingiz xanın ətrafında cərəyan edir. Çingiz xanın gəncliyindən başlayıb öldüyü günə kimi... Əsərin özəl və qeyri-adi xüsusiyyəti odur ki, tarixi ədəbi dildə oxuyursan. Əksər insanlar tarixi çox oxuya bilmir. Yəni müəyyən vaxtdan sonra bezir. Amma bu kitabı bir dayanmadan oxuya bilərsən. Bezməyəcəksən. Üstəgəl tarix öyrənəcəksən. Əlbəttə ki, ədəbi bir əsər olduğu üçün burda real olmayan şeylər də var. Yəni dialoqlar, əlavə hadisələr kitabı ədəbi etməklə bərabər, oxuyucunu bezməyə qoymur. Kitab bir cildli 477 səhifədən ibarətdir. Amma oxumağa dəyər. Həm ədəbi biliyinizi artırarsınız, həm də tarix öyrənərsiniz. Qısacası Oxumağa DƏYƏR!!!


5. Kitabın adı : Monte-Mario Təpəsində Ölüm
Müəllif : Çingiz Abdullayev


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Kitabda əsas obrazlar iki varlı ər-arvaddır. Onlar təsadüfən məşhur keçmiş dedektiv Dronqo ilə eyni oteldə qalırlar. Hadisələr qadının müəmmalı ölümü ilə başlayır və bir müddət sonra yenə müəmmalı şəkildə kişi də ölür. Dronqo bu iş üstündə italyan polisi ilə birgə işləməyə başlayır və nəticədə məlum olur ki, ər arvadı, arvad isə əri öldürüb. İkisi də bir-birlərinə öz ölümlərindən əvvəl tələlər qurubmuşlar və təbii ki, yenə bu məsələnin də üstünü Çingiz Abdullaevin məşhur obrazı Dronqo açdı.

6. Kitabın adı : Əlkimyaçı
Müəllif : Paulo Koelho


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Əsər Santyaqo adlı bir çobanın macərasından bəhs edir.Bu gənc oğlan digər çobanlardan fərqli olaraq kitab oxumağı sevir.Amma əsərin məğzini Santyaqonun reallaşması qeyri-mümkün olan yuxusu təşkil edir.Belə ki,dalbadal yuxusunda Misir piramidalarında xəzinə görən Santyaqo uzun yol qət edir.Bu yolda həm yuxusunu yozan qaraçı ilə rastlaşır,həm çox sevdiyi qoyunlarını itirir,həm aldanır - pulları əlindən gedir,Fatimə adlı bir qızı sevir(və onun sevgisi ona bu yolu qət etməyə kömək olur),həm də satıcı işləyir bir müsəlman kişinin kristal dükanında.Maraqlısı odur ki,bu kişinin ən böyük arzusu Məkkəyə getmək olsa da,bu arzusu onu yaşadır deyə,əlinə lazımi qədər pul düşsə belə,bu arzusunu reallaşdırmayıb.(Hətta dükanı da məhz bu məqsədlə açıb)Əsər fantastik xarakter daşıyaraq,hətta arzusu yolunda Santyaqonun küləyə çevrilməsi,səhra ilə danışması,Urim və Tummim daşları ilə sualına cavab tapmasını da qeyd edir.Əsərin sonunda Santyaqo Əlkimyaçını tapır və Əlkimyaçı ona:"Xəzinə hardadırsa,sənin ürəyin də orada olacaq",-deyir. Çünki əsər əsasən bir cümləni sübut etməyə yönəlir:"Əgər sən nəyisə arzu edirsənsə,bütün dünya sanki sənə arzuna çatmaq üçün kömək edir."Çünki bəzən insanlar ətrafındakıların arzusunun reallaşmamasını görərək,öz arzuları uğrunda keçdikləri bütün çətinlikləri unudub o arzudan əllərini üzürlər.Lakin insan başa düşəndə ki,o əziyyət çəkdiyi bu məqsədə layiqdir,onda ona Yer üzündə niyə yaşadığının mənası açılır.
- Kim ki,Öz Taleyinin iziylə gedir,o hər şeyi bilir və bacarır.Yalnız bir şey arzunun reallaşmasını qeyri-mümkün edir - bu uğursuzluq qorxusudur...

7. Kitabın adı : Ali və Nino
Müəllif :  Məhəmməd Əsəd bəy(Qurban Səid)


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Azərbaycan türkü, müsəlman bir aristokrat gənc olan Əli Xan ilə, gürcü, xristian bir şahzadə olan Ninonun eşqlərinin hekayəsi.. Hadisələr 1917-1918 ci illərdə Bakida, 70 il sürəcək olan Bolşevik işğalı ərəfəsində baş verir.
Ən-ənə ilə müasirliyi, şərq ilə qərbi, İslam ilə xaristianlığı eşq adına ortaq bir zəmində görüşdürmə səyiylə əslində bütün zamanları və mədəniyyətləri maraqlandırır.
Əsərdə həmin illər Bakıda baş verən hadisələr çox gözəl təsvir olunub. Aralarındakı hər cür fərqə baxmayaraq Ali və Nino arasında saf sevgi..
Tam 27 dilə çevrilmiş olan Əli və Nino yalnız bir eşq hekayəsi deyil , Azərbaycan tarixi , milli şəxsiyyəti, Qafqazın siyasi və ictimai quruluşu haqqında çox şey söyləyən bir kitabdır.XX əsrin başlanğıcında sovet əvvəlki dövrdəki Qafqaz ruhunu, Azərbaycan Cumhuriyyətinin quruluşunu ,fərqli mədəniyyətləri, irqlərin,dinlərin və məzhəblərin bir yerdə necə yaşadığını izah edir...
Kitabi oxuduqca insan özünü həmin illərdə hiss edir.. Həmin həyəcanı yaşayır.. Əsərin sonluğu isə, hər bir kəsdə əsər haqqında unudulmaz izlər qoyur...


8. Kitabın adı : Ceyn Eyr
Müəllif : Şarlotte Bronte


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

- Ceyn Eyr dayisinin evində yaşayan yetim qızdır.Dayısının ölümündən sonra bibisi və dayısı uşaqları onu çox incidirlər,döyürlər,təhqir edirlər,hətta bir gün Ceynə qəzəblənən bibisi onu cəzalandırır və dayısının öldüyü və həmin vaxtda heç kimin girmədiyi “Qırmızı otaq”a salır .Ceyn həmin gecə qaranlıq otaqda çox qorxur və xəstələnir.Qulluqçunun ona yazığı gəlir və həkim çağırır.Ceyn həkimə yalvarır ki,onu yetimlər üçün olan xeyriyyə məktəbinə göndərsin.Həkim Ceynə acıdğı üçün bibisi ilə danışır,beləliklə Ceyn məktəbə göndərilir.Lakin Ceynin əzabları bununla bitmir,bibisi Lowood məktəbin direktoruna Ceynin yalançı olduğunu deyir.Məktəbdə də direktorun daimi təzyiqinə məruz qalan Ceyn aclığı əzabları öyrənir, yeganə dostunu aclıq və safalətdən xəstələndən
sonra ititir.Məktəbi bitirdikdən sonra Ceyn qızına müəllim axtaran Mr. Rochesterə məktub yazıb işə götürməsini xahiş edir.Edvard Roçesterin qızına dərs verən Ceyn ona aşiq olur bir–birilərini sevən Ceyn və Edvard evlənərkən toy günü Ceyn onun dəli bir qadınla evli olduğunu öyrənir və Edvardı bir daha dönməmək üzrə tərk edir.Uzun bir yol gedən Ceyn yalnız ölmək haqqında fikirləşir, lakin kimsəsiz bir dərəyə çatarkən çox soyuq və aclıq çəkir, həmin anda Ceyn ölmək istərkən, nə üçün bu qədər mübarizə apardığını, ölümə özünü təslim etməməyi düşünür və sağ qalmaq üçün dua edir.Uzun bir muddət bir kilsə evində yaşayan Ceyn yenidən Edvarda dönməyi fikirləşir,bu ərəfədə ölüm ayağında olan bibisi onu yanına çağırır və ona verdiyi əzablara görə üzr istəyir. Ceyn Edvardın
yanına dönür, lakin hər şey əvvəlki kimi deyildi, Edvardın evi yanmış və qəza nəticəsində dəli həyat yoldaşını xilas etmək istəyərkən gözləri kor olmuşdu.Ceyn Edvarda yenidən qovuşur onu bağışlayır və həyatını yalnız Edvarda dayaq olmağa onun yanında olmağa həsr edir, illər keçir Edvard az da olsa görmə qabiliyyətini qazanır .Ceyn:“Heç bir qadın mənim Edvarda yaxın olduğum qədər yaxin olmamışdır ”

9. Kitabın adı : Göy mələklər
Müəllif : Çingiz Abdullayev


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Müəllifi Çingiz Abdullayev olan "Göy mələklər" romanı interpolun necə çətinliklərlə narkotik alveri ilə məşğul olan mafia başçılarını zərərləşdirməsindən bəhs edir.Müəllif öz ecazkar bacarığı ilə dedektiv romanında sevgiyə və insan hüquqlarına gözəl tərif vermişdir.Xalqalrın mentalitetini olduğu kimi əks etdirən bu roman bütün dünyada məşhurlaşmışdır. Bu roman bir çox xarici dillərə tərcümə olunmuş və yüksək reytinglə satılmışdır. Bu romanda interpolun necə yaranması, hansı ölkələrin bu təşkilata qoşulması açıq aydın qeyd olunmuşdur. " Göy Mələklər" elə interpolun adıdır. Interpol işçiləri dünyanın müxtəlif ölkələrindəndir. Onlar öz həyatlarını riskə ataraq insan hüquqlarını onların müstəqil və sağlam yaşaması üçün şərait yaradırlar. Bundan əlavə romanda sevgi də öz yerini tutur. İki cütlüyün sevgi əhvalatı faciə ilə bitsə də onların can dostu intiqamların alır.Müəllif yazdığı bu kitabda sovet jurnalistlərindən sitatlar gətirir.Elə buna görə reallığa uyğun gələn bu romanı həqiqətən oxumağa dəyər.
Bu kitabda müəllif oxucuya görünməyən həqiqətləri olduğu kimi çatdırır. İnsanlar mafiyanı yalnız filmlərdə görsələr də onlar haqqında əsl həqiqəti, onların necı və yarandığı haqqında heç bir anlayışı yoxdur və belə olduqda bu kitabı oxumaq yerinə düşər.Insanlar elə bilir ki, həyat olduqca sakitdir ancaq bütün sakitliyi təmin edən göy mələklər haqqında heç nə bilmirlər. Müəllif bu roman vasitəsilə bütün bunları incəliklırinə kimi göstərir.

10. Kitabın adı : Cinayət və Cəza
Müəllif : Dostoyevski


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Əsil yaradıcı olan Dostoyevskinin bu romani vicdan duyğularini izah edən ən gözəl kitablardan biridir.Bir insanın işlədiyi qorxunc cinayətlər... ardından başlayan böhranlı həyat, keçmişdə etdiyi cinayətə görə cəktiyi vicdan əzabları, işlədiyi günahın iztirabından xilas olma səyləri... və ən sonda sevginin ağla sığmaz gücüylə qurtuluş yolunun tapması...
Kitabı oxuyarkən: məqsədə çatmaq üçün hər yol əl atmaq düzgünmüdür? Raskalnikov haqlımı? Onda Əsil günahkar kim? Raskalnikovmu? Cəmiyyətmi? Yoxsa öldürülən sələmçi qadınmı? kimi sualları düşündürən yazar hər oxucunun özünə görə, inanclarına, həyatda dünyagörüşünə görə şərh edə biləcəyi, fikir əldə edəcəyi bir üslub ratmışdır.
Raskolnikov haqlı olmadığını bilirdi.Əsərdə əsas məna bu idi.Yaşamağı layiq olduğu halda ölən bir çox insan var, onlara həyatı verə bilirsənmi? O halda ölümü haqq edən bir insana da ölümü sən verə bilməzsən ..
İnsan ruhunun dərinliyinə enməyi o qədər yaxşı bacarmışdır ki yazıçı,beynimizdəki bütün sualların cavabını incə şəkildə cavablandırmışdır.Cəmiyyətin insan üzərində reallaşdığı dəyişmələri açıq və dəqiq şəkildə ifadə etməsi və haqsızlıqlara qarşı dik durmağı,oxuyan hər kəsin qanında hiss etdirmişdi. İndiki vaxtda da belə hadisələrin yaşandığını bidiğimiz üçün yaratdığı xarakterlərin nə qədər həqiqi olduğunu anlamaq çətin deyil.
Sonda demək istədiyim -Hər kəsə məsləhət görürəm.Çünki bəyənilməməsi mümkün deyil!

11. Kitabın adı : Varavva
Müəllif : Per Lagerkvist


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

1950-ci ildə işıq üzü görmüş bu roman müəllifin ən məşhur əsəridir.Roman müasir oxucuların diqqətini bizim eranın ilk illərində Fələstin torpaqlarındakı ab-havanın, insan münasibətlərinin təsviri ilə diqqət çəkir. Lagerkvist bu romanında İsa Məsihin həmin dövrədək neçə-neçə ədəbi nümunədə araşdırılan tarixçəsinə tamam başqa prizmadan yanaşır. Əsərin qəhrəmanı-Varavva da həmin hadisələrin iştirakçısı olmuş,İsadan fərqli olaraq çarmıxa çəkilməmiş,azad edilmiş qəddar quldurdur. Tanrıdan uzaq olan bu insan bütün ömrü boyu çarmıxdan azad olunmasının ağrısını çəkir, tənəsini ağır yük kimi çiyinlərində daşıyır amma yenə də çarmıxda ölür. Onların hər ikisi, əslində elə inanclarının qurbanlarıdırlar:İsa-Rəbbinə, Varavva isə-Tanrının yoxluğuna. Demək olarki,əsərdə müəllif bəşər övladı üçün inancın çox zəruri olduğunu ustalıqla təqlin edir.
Roman bir çox dünya dillərinə tərcümə olunmuş,romanın motivləri əsasında 1952-də bədii film də çəkilmişdir.

12. Kitabın adı : Master və Marqarita
Müəllif : M.Bulqakov


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Əsər 2 jurnalistin meydanda söhbətindən başalyır. Redactor jurnalistin İsa peyğəmbər haqqında yazdığı məqaləni bəyənmədiyini deyir. Onların söhbətinə yad biri də qoşulur. Baqrion ve Bezdomniy(jurnalistlər) Allaha ve Isa peyğəmbərə inanmadıqlarını söyləyirlər. Naməlum şəxs isə əksini iddia edir. Başqa ölkədən gəldiyini və qara magiyayla məşğul olduğunu söyləyir. Sonra , söhbət əsnasında Baqriona onun bu gun öləcəyini, həm də başı kəsiləcəyini deyir. Əlbəttə onlar buna inanmırlar. Biraz sonar telefon məntəqəsinə gedən Baqrion ayağının altına tökülən yağa görə sürüşərək tramvayın altına düşür və başı bədənindən ayrılır… Qişqırıq ssəslərini eşidən Bezdomnıy dostunun başına gələni görür və tez həmin naməlumun yanına gəlir. O isə başlayır başqa dildə danışmağa sanki onu tanımırmış kimi. Sonra başqa bir naməlum şəxs və bir pişiklə aradan çıxırlar. Bezdomnıy onların arxasınca qaçıb onları günahlandırır.
Lakin ona inanan olmadığından onu dəlixanaya yerləşdirilər. Lakin Allaha inanmayan bu şəhərdə yalnız bir insane olur – Master. O İsa peyğəəmbər haqqında əsər yazır.Onun varlığı haqqında.. Lakin onun da başını itirdiyini hesab edib dəlixanaya yerləşdirirlər.
Naməlum şəxs isə Voland adlı səyahətçi və dostları.. Onunla təmasa girəm hər bir kəs etdiyi günahların cəzasını pis şəkildə alır.
Marqarita ise Masterin sevgilisidi.Master dəlixanaya düşəndən onun izini itirib lakin onu tapmaq arzusundadı.Azazello(Volandin dostu) Marqarita ilə tanış olur və ona bütün arzularının reallaşacağını deyir. Əgər Volandın bir istəyin yerinə yetirərsə.. Marqarita razılaşır. Volandın istəyi isə sadə olur- bu gecə veürdiyi ballad gecənin şahzadəsi olmağı.
Əsərdə 2 məzmundan söhbət gedir. Biri yuxarıda yazılan..2-ci məzmun isə Eserde Pantiy Pilat adli bir hakimin Sindriona qarşı çıxa bilməyindən. Günahsız birini azad etmək istəyi lakin bunu edə bilməməyindən gedir- buda Masterin yazdığı əsərdi. Lakin sonunda 2 məzmun birləşir. Master öz əsər qəhrəmanını azad edir. Pontiy Pilat isə həmin o günahsızla yarım qaldığı söhbətini davam etdirmək üçün birlikdə Ay səyahətinə çıxırlar. Master və Marqarita isə Volandın onlara bəxş etdiyi yer altı həyatlarını davam etdirirlər.


13. Kitabın adı : Əxlaqi-Nasiri
Müəllif : N.Tusi


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Əxlaqi-Nasir..Bir az qədimi kitab olsada,mənim marağıma səbəb odu,başlıca səbəbləri isə məzmunda ictimai,iqtisadi,siyasi,əxlaqi,fəlsəfi və tərbiyəvi səcəyyə baxımından xüsusi əhəmiyyət kəsb edir.Kitab yenədə adlandırığım kimi qədimi olduğundan,şah,padşah kimi terminlər və bəzi dövrümüz üçün başlığı "lazımsız"mövzular var,amma onları oxuyub,müsbət mənada istifadə etmək biz oxuculara qalır.Kitabın ümummi profili 700 il qabağı göstərsədə məncə hər oxuyan bir oxucu ordan dövrümüzə aid bir neçə nüans əldə edə bilər..
Həmçinin Tusinin özünə olan simpatiyam bu kitabı əldə etməmə sövq etdi.Tusi dövrümün məşhur alimi,astroluqu olsada,qələm sahibi kimidə özünü gözəl bir şəkildə ifadə edib
Kitabı tam bitirmədiyim üçün fikrim azdı,amma artıq sonlandırmaq üzərəyəm,Hər bir kəsədə oxumağı tövsiyyə edirəm..

14. Kitabın adı : Xəyanət
Müəllif : Elxan Elatlı


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Romanı insana sevdirən ilk öncə bu şeir parçasıdır:
Dostluqda sədaqət,eşqdə sədaqət,
Bizdə qiymətlənir dəyanət kimi
Dostluğa xəyanət, eşqə xəyanət,
Ağırdın Vətənə xəyanət kimi…
Əlisəttar Muradzadənin timsalında isə biganə həkimləri görmək olar. Əsəri oxuduqdan sonra sevgidə inamın vacib olduğunu, dostluqda sevdigə inamsızlığın bağışlanılmaz olduğunu görmək mümkündür. Bundan başqa puç xəyalların,qadın cazibəsinin həlledici olduğu epizodları görmək olar və ən əsası Qanbay Qasımlı surətinin işlətdiyi bir cümlə əsər haqqında bütün fikirləri ümumiləşdirməyə imkan verir.
Elə insanlar var ki, onlar xəyanət etməyi sadəcə lira bacarmırlar.


15. Kitabın adı : Zəfər tağı
Müəllif : Remark


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Paris. Baş qəhrəman mühacir olan Ravikdir. O eyri-qanuni xirurq işləyir. Mühacir olduğu üçün pasportu yoxdur və qanuni xirurq işləyə bilmir. Ona görə vəzifəsini gizli görür, onun işi başqasının adına yazılır və əvəzində qəpik-quruş qazanır. Qadın və kişi münasibətlərinin açıqlanması heç bir yazıçıda Remarkdakı kimi alınmır. Remark oxucunu sevgidostluq,insanlıq anlayışları barədə düşünməyə vadar edir.
Heç bir əsərdə bu əsərdəki qədər tənhalıq,ehtiras və tragediya yoxdur. Ravik gələcəyindən məhrumdur. Nəinki gələcəyindən eləcə də keçmişindən. Onun heç nəyi heç kəsi yoxdur.. Ətrafında milyonlarla insane olduğu halda o tənhadır. Ravik Joan adlı qadınla tanış olur. O, ərindən ayrılmış, təkdir və Ravik onunla dost olur. Raviki heç nə sındırmır, nə vətənindən ayrı düşməsi, nə vəzifəsini gizli icra etməsi, bir tək sevdiyi qadının ölümü onu məhv edir..
Bu əsərin özəlliyi ondan ibarətdir ki, yazıçı kifayət qədər ustalıqla bir insanın daxilini aça bilmişdir.

16. Kitabın adı : Aynadakı yad
Müəllif : Sidni Şeldon


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Əsərdə insanların şöhrətə qarşı hərisliyi, yaltaqlıq, nəfslərinə yiyə durmaması ön plana çəkilib. Bütün bu çirkinliklərlə yanaşı əsərdə sevginin ən gözəl eyni zamanda həyacan dolu,ümidverici anları əks olunub. Bu sevgi ən böyük imtahandan çıxmış olsa da sonda insan nəfsinə, insanların xəyanətinə təslim olur. Həmçinin əsərdə böyük səhnəyə gedən yolun dəhşətli, amansız üzləri göstərilir.
Romanda tanınmış, istedadlı komik Tobi Templın həyatı əks edilmişdir. Onun çətin, riskli, rəngarəngliyi ilə yanaşı ağ qara həyat lövhələri, ağrı acılarla əks olunmuşdu.
Bütün maneələri dəf edib anasının arzusunu realizə edən Tobi uzun sınaqlardan sonra Hollywood ulduzuna çevrilir. Həyatını sənətə qurban verib ondan başqa heç nəyi ciddiyə almır. O, hər kəsin həyatını marianetka kimi idarə edir nəinki dünyanın ulduzu, hətta hər kəsin həyat ulduzuna çevrilir. Zaman keçdikcə Tobi özlüyündə anlayır ki, onun yaşam üçün heç bir şeyə ehtiyacı olmadığı halda daxilən tənhalıq məhbusuna çevrilib. Hər kəsin kənardan həsrət, qiptə ilə baxdığı Tobi Templ əslində səhnədə göründüyü kimi şən,şıltaq deyil, o sadəcə bu rolu ifadə edir, həyatdakı rolu isə ona qarşı çox haqsız və mərhəmətsizdir.
Zaman keçir, bir gün səhnədə aktrisa kimi özünü sınamaq istəyən gənc həmdə həyatından küşmüş, xəyanətlə üzləşmiş gözəl bir qadın Tobinin həyatına daxil olur. Tobi Templ bütün insanların ən əsasıda qadınların həyatlarına müdaxilə edib,idarə etdiyi kimi Jozefina ( xanımın adı)nın həyatına da bu qayda ilə daxil olmaq istəyir,amma sonda ona təslim olur və həyatında heç kimi sevməmiş kimi Onuaşıq olur! Bununla da Tobi Templ- həyatının yeni, bəlkədə ən sevincli səhfələri açılır. Heç bir zaman evlənəcəyini ağlına belə gətirməyən Tobi Templ həyatını bu qadınla bağlayır düşünmür ki, ona olan həyatın hədiyyəsi, onu ölümdən qurtaran Qadın, bir gün onun məhvinə gətirəcək...
Ardı və hadislərin daha ətraflı gedişi maraqlıdırsa, mütləq oxu!

17. Kitabın adı : Min kərə parlayan günəş
Müəllif : Xaled Xosseyni


Ən Sevimli Kitabım

“Min kərə parlayan Günəş”-2007-ci il ABŞ və Böyük Britaniyada “Oxucuların seçimi” premiyasına və “2007-ci ilin Dünya miqyasında baş bestselleri” adına layiq görülmüşdür.
“Min kərə parlayan Günəş”-Ürəkləri sevinc və kədərdən sıxacaq dramatik,lirik romandır.Ehtiyac,iztirab,sevgi-bütün hislərin ən yüksək həddi bu romanda təsvir edilib.
Romanın baş qəhrəmanları Əfqanıstanı alt-üst etmiş hadisələrin qurbanı olan 2 qadındır: Məryəm-uşaqlıqdan düçar olduğu bədbəxtlikləri başa düşən, varlı biznesmenin qeyri-qanuni qızı, Leyla-maraqlı və gözəl həyat arzusunda olan mehriban ailənin sevimli qızı.
Onlar ayrı dünyanın insanları idilər.Ancaq müharibə bu iki qızı bir araya gətirdi.Onlar artıq özləri də bilmirlər düşməndilər,bacı,ya dost.Ancaq bildikləri bir həqiqət var: ayrı-ayrılıqda bu qəddarlıq içində heç biri sağ qala bilməz.
Bu kitabı oxuyub göz yaşlarını saxlamaq,həyəcanı gizlətmək mümkün deyil. Romanda ən tükürpədici məqamlardan biri də azyaşlı Məryəmin evə qayıdanda bircə dayaq yeri,bircə əziz insanı olan anasını asılmış vəziyyətdə görməyidir.Elə burdan da Məryəmin həyatının ən acı günləri başlayır.Nələr olur?Marağınızı öldürmək istəmirəm,onu inşallah özünüz oxuyub görəcəksiniz.

18. Kitabın adı : Fosforlu Cevriyə və Ankara məhbusu
Müəllif : Suat Dərviş Xədicə


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Suat Dərviş Xədicə Türkiyənin ən dahi yazıçılaından biridir. Onun bir çox əsərləri güniş auditoriya kütləsinin rəğbətini qazanmışdır. Suat Dərvişin əsərlərini dərindən saf-çürük etdikcə, qruplaşdırdıqca “Ankara məhbusu” və “Fosforlu Cevriyə”ni onun yaradıcılığının şah əsərləri saya bilərik. Bu romanlar mövzu və tale baxımından bir-birinə çox yaxındır Hər ikisinin mövzusu həbsxana həyatından,faciəli məhəbbətdən götürülmüşdür.Lakin onu deyə bilərəm ki, “Fosforlu Cevriyə” və “Ankara məhbusu” romanlarında təsvir olunan hadisələr yalnız bir ölkəyə, bir xalqa , bir millətə aid olmadığı üçün bir məmləkət çərçivəsindən kənara çıxır və bəşəri əhəmiyyət kəsb edir.
“Fosforlu Cevriyə” əsərində yüngül həyat tərzi sürən bir qadının – Cevriyənin həyatı oxuculara təqdim olunur. Cevriyə öz davranışı, rəftarı , əxlaqı cəhətdən bəlkə də cəmiyyətin ən aşağı təbəqəsinə aid edilə bilər. Lakin həyatı boyu qarşılaşdığı ilk məhəbbət onu 360 dərəcə dəyişir,Cevriyə ölüm hökmü verilmiş və bu səbəbdən də jandarmadan qaşıb gizlin həyat sürən bir adama vurulur. Bu adam Cevriyənin əsl peşəsini bilsə də ona bir qadın kimi hörmət edir, əsla pis gözlə baxmırdı,bəlkə də bu səbəbdən Cevriyənin qəlbini qazanmışdı. Axı yazıq qadın həyatı boyu belə nəvaziş görməmişdi,həyatı boyu rast gəldiyi bütün kişilər sadəcə onun bədəninə qiymət verirdi,lakin bu adam isə belə deyildi. Cevriyənin sevgisi onu tamamilə dəyişir və o, öz köhnə peşəsini atmağa səy göstərir.Lakin Cevriyənin aqibəti fəlakətlə qurtarır – sevdiyi şəxsin polis tərəfindən tutulduğunu öyrənən bu qadın ona kömək etmək istəyərkən həyatı ilə vidalaşmalı olur..
Kitabdakı digər roman isə “Anakara məhbusu”dur. Əsərin əsas qəhrəmanı Vəsfi adındakı gəncdir. Vəsfi atasını lisey illərində olarkən itimiş, liseyi atmaması üçün ona təkidlə yalvaran anasının xahişilə liseyi bitirərək Tibb institutuna daxil olmuşdu. Günlərin bir günü onların evinə üzbəüz köşkə yeni bir ailə köçür.Vəsfi həmin ailənin gənc qızı Zeynəbə dəlicəsinə aşiq olur. Lakin bu məhəbbət Vəsfinin həyatını tamamilə məhv edir, o, heç zaman onu sevməmiş bir qız üçün fədakarlıqlar edib axırda özünü həbsxanaya salır. Yalnız həbsxana illərinin sonunda anlayır ki, Zeynəb daim onunla oynamış, yalançı ümidlər vermişdir. Amma Vəsfi bunu anlayanda artıq hər şey gec olur : Vəsfi gənclik həyatının ən dəyərli 12 ilini, tələbəliyini, karyerasını və ən əsas da anası itirir. O anası ki ,oğlunu təkbaşına böyütmüş, onun oxuması üçün xidmətçilik edə-edə min-bir zəhmətə qatlaşmışdı..


19. Kitabın adı : Ehtimalsız(Olasılıksız)
Müəllif : Adam Fawer


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Bir səhər, illərdir görmədiyiniz bir dostunuzu düşünərək oyandınız. Bir saat sonra, onunla küçədə ratlaşdınız.
Sizcə bu sadəcə bir təsadüfdür, yoxsa çox daha fərqli bir mənası olabilərmi? Siz heç Lotoda böyük uduş qazanmadınız.
Ama biriləri qazanır.Həm də həmişə!Onlar sizdən daha şanslıdılar?
Şans nədir?İçinizdə bütün pulunuzu qırmızıya qoymağınızı deyən bir hiss var.Bu hiss qabağgörənlikdi?Yoxsa daha çoxmu bir şey?
Yolla gedirsiniz.başınızı çevirib yanınızdaki parka baxdınız və birdən bu anı daha əvvəl də yaşamış olduğunuzu hiss etdiniz.
Bəli, Deja Vu. Nədir Sizcə Deja Vu?Keçmiş,Yuxu,yoxsa gələcəyi görürsünüz?
Bəli Herşeyin bir anlamı var...
Kitabda siz Pokerde uduzub ve sonda FlashRoyal edən David Caine nin həyatı...
Şizofren Olan David! - Bir goz qırpımında milyonları ehtimal edən bir adam...

20. Kitabın adı : Əziz Con
Müəllif : Nikolas Sparks


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Roman 23 yaşlı Con Tayrinin həyatını əks etdirir. O ailənin tək övladı olub, atası ilə birgə yaşayır. Atası ilə onun arasında xarakter cəhətdən dağlar qədər fərq var. Beləki Con nə qədər mehriban, ünsiyyətcil, danışmağı sevəndirsə, atası da bir o qədər özünə qapanıq, insanlarla hətta doğmaca oğlu ilə belə arasında məsafə saxlayan bir insandır. Onun yeganə maraq dairəsi hələ babasından miras qalan bahalı qəpik kolleksiyasının qeydinə qalmaq və onun miqdarını daha da artırmaqdır.
Con özünə hərbiçi peşəsini seçməyi qərara alır. Ordunu tərk etməyə yaxın o, Savanna adlı çox gözəl bir qızla tanış olur. Savanna kollec tələbəsi olub öz yay tətilini burada öz dostu Tim Veddon ilə birlikdə insanlıq üçün yaşayış məskənləri salmaq kimi çox xeyirxah bir işlə məşğul olur. Con Savannaya aşiq olur və onların münasibətləri yavaş-yavaş dostluq sərhədlərini aşaraq sevgiyə çevrilir.
Bir gün Savanna Cona məktub yazır, bu məktub “Əziz Con” ilə başlayır və burda onu həmişə sevəcəyinə söz verir. Bir birini dəhşətli dərəcədə sevən bu cütlük Cona ordudan gələn çağırış səbəbi ilə ayrılmalı olurlar. Con Savannadan ayrılmaq istəmir lakin ordu qarşısında öz borcunu dərk edib getmək qərarına gəlir.
Aradan illər keçir və Savanna Cona yeni bir məktub yazır . Bu məktub “Əziz Con”la başlayıb “Əlvida” ilə bitir.
Conun atası bir neçə ürək tutmasından sonar vəfat edir. Bir gün Con Savannanı yenidən görür və Savannanın Tim ilə evlənməsindən xəbərdar olur. Lakin Tim çox dəhşətli bir xəstəlikdən əziyyət çəkir və öz ölüm yatağında Cona Savanna ilə evlənməsini və onu xoşbəxt etməsini xahiş edir. Con həyatının qərarını verir.. O düşünür ki, ölümün bir addımlığında belə öz sevgisini xoşbəxt olması üçün başqa kişiyə verən fədakar insan yaşamağa layiqdir və o atasının çox dəyərli qəpik kolleksiyasını sataraq Timin müalicəsinə qoyur. Müalicə işə yarayır və Tim həyata dönür.
Con heç bir zaman Savannanı sevdiyinə peşman olmur.
Kitabın başlanğıcı Conun qıraqdan artıq 6 il yaşlanmış Savannanı izləyərək olub-bitənləri xatırlaması ilə başlayır və onun gözəl üzünün ay işığında əksini heyranlıqla seyr etməsi ilə bitir..
Əsər yalnız romantikadan ibarət olmayıb bir kişinin həm hərbçi həm də sevgi həyatının qovşağında necə bütün ömür yollarını dəyişdirəcək qərar verməsi ilə də bağlıdır.. Bu əsərin ekran versiyası da mövcuddur..

21. Kitabın adı : Pəncəmdəki qan damlası
Müəllif : Ənvər Yavəroğlu


(baxacaq-Sh_Ali) Ən Sevimli Kitabım

Əli, mərkəzi idarənin cinayət axtarışının müstəntiqidir. Bir çox nailiyətlər əldə etmiş, mərkəzi idarədə çox hörmətə sahib dəliqanlı biridir. Onun istintaqını apardığı və nəticəyə gələ bilmədiyi iş olmamışdır. Elə ona görə də bu mürəkkəb qətli araşdırmağı idarə rəisi Polkovnik Qubadov şəxsən Əliyə tapşırmışdı. Əməkdaşları və dostları onu həmişə başını keçəl etdiyindən və bir az oxşamasından “Mumya” deyə çağırırdılar...
Qarşıda onu böyük bir oyun gözləyir..
Davamı üçün bu linkə daxil olun..



 
 
#3 Şərhin müəllifi: ayshan
 


Sitat: Shevchenko_Ali
Hər doğru hər yerdə söylənməz

ok smile


--------------------

 
 
#2 Şərhin müəllifi: Shevchenko_Ali
 


Sitat: ayshan
bu xeberin werhleri niye silinib?

Hər doğru hər yerdə söylənməz smile


--------------------

 
 
#1 Şərhin müəllifi: ayshan
 


bu xeberin werhleri niye silinib?wassat


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!