Bir qadınım olsun istədim... bu dunyaya o mənim üçün gəlsin, sadəcə mənə aid olsun.Onunla gəzərdim bu dünyanı,sonra göstərərdim ona onun dünyasını.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim! Baxsın saatlarla seriallara,mən isə ona baxım.Sonra danışsın mənə serialları,dinləyim onu böyük maraqla.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Boyasın hər gün saçlarını bir rəngə,gah olsun sarışın,gah qaraşın,gah da bir başqa.Mən hər rəngi ilə sevim onu doya-doya.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Gəzək onunla bütün Bakının dükanlarını,alsın özünə istədyini,bəyəndiyini, gördüyünü.Saatlarla geyinsin,dəyişsin,seçsin,mən də baxım ona doya -doya. Daşıyım onun aldıqlarını sevə-sevə.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Etsin hər cür dəcəllik,gah dondurmanı üzümə sürtsün,gah da colanı üstümə dağıtsın.Baxım gülüm ona doya-doya.Mən çox şey istimədim ki…sadəcə bir qadınım olsun istədim!
Onun hər öpüşü zəhər olsa,razıyam ölüm mən hər gün,hər gecə.Yaşayım ölümü onun həyat bəxş edən o məsum dodaqları ilə.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Naz etsin mənə saatlarla,nazından dünyadakı bütün çiçəklər qurusun, bir hə sözünü alana qədər Fərhad tək qayaları yarım,istəsə bütün dünyanı yandırım.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Yatardım onun balkonun altında,bütün sevgi mahnılarını oxuyardım onun üçün,gitara çalardım ay işığı altında,o bir tək eyvana çıxsın onu görüm deyə.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Onun mənə toxunuşu günah olsa belə mən bu günahı qazanmaq istərdim, onun baxışları qəlb yandırsa belə mən qəlbimi yandırmaq istərdim.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Hər baxdığım gözəllikdə,hər olduğum məkanda,hər qarşıma çıxan qızda mən sadəcə onu görmək istədim,mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Hər yatdığımda,hər qalxdığımda ilk edəcəyim şey ona sms yazmaq olmasını istədim.Mən çox şey istəmədim ki… sadəcə bir qadınım olmasını istıdim!
Mənə açılan müsahibələrdə,mənə verilən suallarda qoy soruşsunlar bu dunyaya nə üçün gelmişik,mənsə deyim sizi bilmirəm,mən onu sevmək üçün gəlmişəm.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Bir qadınım olsun istədim.Bir milyon qızılgül olmasa da,hər gün bir qızılgül hədiyyə edim ona.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Üzümü ona tutub deməzdim mən hər kəsdən çox səni sevirəm,tutardım üzümü hər kəsə deyərdim mən hər kəsdən çox onu sevirəm.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Silərdim bütün ayrılıq,bütün lezva mahnıları,cırardım daha sevgiyə inanmıram kimi yazıları...bütün dünyaya sübut edərdim ki,o sevginin tam özüdür.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!
Qoy hər gün danşsın mənə nağıllar,inanım qırmızı papağa, Məlikməmmədə.Mən olum Qvazimoda,o olsun Esmiralda.Mən çox şey istəmədim ki…sadəcə bir tək qadınım olsun istədim!
Mən çox şey istəmədim ki…anam qədər sitayiş edə biləcək ikinci bir qadın olmasını…və o qadının mənim olmasını istədim!!! - Tural Isayev
P.S Yazı tamamilə mənə aiddir, başqa saytlara qoyulmasın! (Tural Isayev)
Mənə sevgi sözləri söyləmə - istəmirəm Mənə şerlər ittihaf etmə - dinləmirəm Mənə söyləmək üçün beynini yoraraq duyğusal cümlələr axtarma - oxumuram Məni mahnılarda arama - yoxam Məni...Məni ikicə kəlmə ilə izzah et... Anlayaram səndə olan dəyərimi...
niye oglanlar ilk svdiyi qizi axira kimi sevmir ????????????? tural super ama indiki zamanede oglan sen yazdigin kimi bawdiyir axira yaxin gecdiiiii diyirlerrrrrrrrr
WERHIN YAZI TIPINDEN QURLUSUNDAN BILDIM KI BU YAZI TURALA MEXSUSSDU AMMA KI TURAL ARZULADIGIN ARZULARI COXLARI ARZU EDIR ARZU EDIREM KI ARZU ETDIYIN ARZULAR ARZU OLARAQ BIR DAHA ARZULANMASIN
Evvela hamiya salamlar. Tural bey sizin yazdiqlariniz cox gozeldir.Inshallah qarshiniza gozel bir insan cixar. O ki qaldi tam ananiza oxshamasi bu hecde mumkun deyildir,chunki 5barmaq bir birinden ferqlenir,hetta ekiz ushaqlar,bir birine oxshasa bele,ama xasiyyetleri tam ferqlidir. Ona gorede size nesiyetti odur ki,siz calishin ele bir qiz tapin ki,sizin ananizla ve ailenizla mehriban yashaya bilsin,bashqa her shey oz yolu ile geder. Eger qiz sizi heqiqeten sevse,o zaman hec bir problemler qarshiniza cixmaz.
20 Avqust 2011 02:22 | Qeydiyyat: 20.08.2011 | Adı: elish | Ünvan: USA |
*Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir.(R.Dekart) *Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək,Həyatını özün qur.(L.N.Tolstoy)
*Qəpiklər manat əmələ gətirdiyi kimi,oxumaq da bilik əmələ gətirir.(Vl.Dal)
Super-puper.prosto,masallah,Allahimiz sene ne gozel dusunce qabiliyyeti verib ey.Pis nezerlere gelmeyesen Insallah.Senin heqiqeten sevdiyin yoxsa,sen hec vaxt bele gozel romantik mesajlar,fikirler yaza bilmezsen.HAlaldi sene.
4 Avqust 2011 15:48 | Qeydiyyat: 22.02.2011 | Adı: Ebru | Ünvan: baku |
tural super yazmisan.qardaw inwaallah sende oz isteyini taparsan.men allahima sukur edirem ki senin yazdiqlarina uygun qizi tapmisam.mende senin kimi romantic oglanam.duzdu indiki zamanda bele qizlar bele oglanlar cox cetin tapilir.cunki heyat seviyyesi cox asagidir.
ela... Eslinde ele hami bele arzular xeyallar qurur,amma sonra problemler cixir..Cox vaxt istenilen kimi alinmir...Amma esas Onu tapacagina inanmaqdir...Yeqin ki O Sahzade haralardasa hele de gozleyir
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3