Yağışın olacağam.Yağışın olub hər dəfə yağacam sən darıxanda.Mənə baxacaqsan pəncərəndə.Seyr edəcəksən məni.Sevəcəksən məni.Xəyallara dalacaqsan..Mənə toxunmaq istəyəcəksən.Əllərini pəncərədən çıxarıb toxunacaqsan.Damla-damla məndə sənə toxunacam.Dahada yaxın olmaq istəyəcəksən.Damlalarımla islanmaq istəyəcəksən.Dahada sürətli yağacam.Yağacam,süzüləcəm yanaqlarınnan.Üşüyeceksen.Damlalarımla isidəcəm səni.Yağışın olacağam.Pəncərənə yağacam.Adımı yazacaqsan pəncərənə.
Ürəyinnən çıxıb gəzmək keçəcək.Gəzəcəksən.Məndə sənlə bir gəzəcəm.Narın-narın yağacam.İslanacaqsan.Göylərə baxıb sevgimə vurulacaqsan.Məni yox səni sevməyimi sevəcəksən.Mənsizliyə darıxacaqsan.Gözlərin dolacaq.Ağlayacaqsan.Göz yaşlarını siləcəm damlalarımla.Oturub bir anlıq keçən günlərimizi düşünəcəksən.Yenə mənsizliyə darıxacaqsan.Əvvəlki günlərimizə dönmək istəyəcəksən.Gec olduğunu anlayacaqsan.Dahada güclü yağacam.Heyran olacaqsan mənə,sevgimin hələdə var olduğuna inanacaqsan.
Titrəyirsən.Kəsəcəm,daha yağmayacam.Toxunmayacam daha sənə,süzülməyəcəm yanaqlarınnan.Daha çox darıxacaqsan.Yenə yağmamı istəyəcəksən.Məni seyr etmək istəyəcəksən,mənə toxunmaq istəyəcəksən.Yenə pəncərəndən məni izləmək istəyəcəksən.Daha yağmayacam.
Düşünməki bir gündə başqası üçün yağacam,başqasının yağışı olacam.Yox!Mən ancaq sənin yağışın olacağam.Həmişə sənin üçün yağdım.Səni sevdiyim üçün yağdım.Səni izləmək üçün yağdım.Mənə toxunduqca məndə sənə toxundum.Damlalarımla tutdum əllərindən.Damlalarımla öpdüm səni..Damlalarımla tumarladım saçlarını.Pəncərədən məni izləyəndə məndə sənə baxdım.Mənsizliyə ağlayarkən məndə sənsizliyə ağladım.Yağışın oldum.Sənə yaxın oldum.Səni hər damlam qədər sevdim.Qorxdum xəyallarını yuyub aparmağımnan.Narın-narın sanki nəğmə kimi yağdım.Yavaş-yavaş saçlarında qurudum.Məni sənə xatırlatdığı üçün küsmə yağışdan.Mən xatirəyə çevrilən damcılar oldum!
Yazdığım bu sözlər təsəllidi özümə.Mənnən ayrı olsanda hələdə səni sevdiyimi bilirsən. Bilirsənki bütün həyatımı sənə hədiyyə etmişəm.Hələdə o günlərlə yaşayıram..Sənən mənə ancaq xəyalların,xoş xatirələrindi qalan..
cox gozəl yazmısan Yağış mənim isə kohnə dostumdur,arada bir yağsa belə,təzə tapılan dostlarımdan ETİBARlıdır P.S bu arada xəbərlə ust-ustə duşdu dinlədiyim mahnı...Roya-Yağış
Sadece daniwmaq her problemi hell etmir bunu realliqda gostermek lazimdi ki Sevgilin seni tek yagiw olaraq xatirlamasin ..Seni onun yaninda qalmagi bacardigin ucun sevsin ..
Allah butun ewq acisi cekenlere komek olsun. Allah qovuwdursun. AMINNNNNN oxuya bilmedim hovselem catmir mehebbet movzularina bir gun kefim yaxwi olanda oxuyacam
Nicat sen mene deyendeki oxu agla men guldum amma indi heqiqetende agladim Bu cur ureyin sende oldugunu bilirdim gozel yazmisan buda istedadinin subutlarindan biri opurem seni ezizim
16 Noyabr 2009 13:16 | Qeydiyyat: 7.07.2008 | Adı: Rena | Ünvan: Baku |
Ozumu bow weylerin ustunde curutmek istemirem.Guya qedrimi bilecekde. O ozu ucun kef edecek mende ona gore ozumu oldurecem.Yox qoy mene gore aglasinlar.Bu menlik deyil.Oz qedrimi bilirem.Allah insanlari xosbext olmaq ucun yaradib.Kiminse derdini cekmek ucun yox.
Marqli sozlerdi yadima lap royanin narin-narin yagiw mahnisi duwdu
--------------------
Íåïðàâäîé ñâåò ïðîéäåøü, äà íàçàä íå âîðîòèøüñÿ.
Həyatda Fənərbağçadan Başqa Heçbir şeyi Olmayan Mən, Həyatda Fənərbağçadan Başqa Hərşeyi Olana yazığım gəlir… Dünya dəyişir inkişaf edir İnsanlar dəyişir inkişaf edir Hətta userlərdə (bəzi)dəyişir inkişaf edir Amma mən dəyişmədən inkişaf etdim(Çünki mən Bakcell deyiləm dəyişib inkişaf edəm
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007)