Mən də sevilmək istəyirəm, mənim üçün narahat olan, mənim üçün darıxan bir nəfəri istəyirəm. Mənə tez-tez zəng edib hardasan deyə soruşan, fasiləsiz mesajlarını yazan bir nəfəri istəyirəm. Məni hər zaman gözləyən, bir dəqiqə də olsun məndən ayrı qalmayan bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm....
Mən də sevilmək istəyirəm, mənim üçün xoş sözlərini deyən, mənim üçün yaşayan, mənim üçün nəfəs alan bir nəfəri istəyirəm. Həyatını mənimlə paylaşan, mənimlə sirrini bölüşən, dərdimə şərik çıxan bir nəfəri istəyirəm. Mənə baxınca özünü, özünə baxınca məni görən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, hər görüşə gedəndə çiçək almaq istəyirəm və hər görüşə gedəndə onun gecikməsini gözləmək istəyirəm. Onunla bir yerdə gəzib, ona saatlarla baxmaq istəyirəm. Saçlarına sığal çəkib, dünyanın ən gözəl sözlərini demək istəyirəm. Əllərini əllərim içinə alıb, onun istiliyini duymaq istəyirəm. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, məni qısqanan, məni öz sual atəşinə tutan bir nəfəri istəyirəm. Hər gün məndən küsən və mənim də onun nazı ilə oynamaq istədiyim bir nəfəri istəyirəm. Və bəzəndə məni qısqandıraraq, mənim boynuma sarılacaq bir nəfəri istəyirəm. Dözərəm hər şeyə. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, yağışlar altında gəzib, tökülən hər damlalarda sevgimi bölüşmək istəyirəm. Keçdiyimiz küçələrdə, yollarda sevgimizin izini qoyub, hər daşda, hər bir şey də xatirələrlə iz qoymaq istəyirəm. Yaşadıqca nəfəsimə nəfəs verən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, elə bir sevgilə ki, heç zaman məni atıb getməsin. Elə bir sevgilə ki, bu sevginin sonu olmasın. Elə bir sevgilə ki, qabağımızda heç bir maneə olmasın. Elə bir sevgilə ki, o sevgilə yaşayım, o sevgilə nəfəs alım və o sevgilə ürəyim döyünsün. Və elə bir sevgilə ki, bizi ölüm də ayırsa belə sevgimiz ruhlarımızda yaşasın. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, sevdiyimlə xoşbəxt həyatımızı qurmaq istəyirəm. Mən də sevilmək istəyirəm, sevdiyimlə ailə qurub, xoşbəxt yaşamaq ümidilə, oğlumuz olacaq atası kimi anasını sevib, ona dəyər verən. Qızımız olacaq anası kimi gözəl və əl çatılmaz birisi. Heç nə yox, bir şey istəyirəm - mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, hər kimsələr tərəfindən yox, SEVGİLİM tərəfindən....
WAWWW.PROSTA SUPPPER.GESSEHDI.ELLERINIZE SAGLQIQ.AMMA ONU BILIREM KI, MEN HEMISE ARZU EDIREM KI,YA REBBIM MENIM QELBIME ,QELBINDE SENIN SEVGIN LAAAAP COX OLAN BIRINI SAL.INSALLAH DUALARIM QEBUL OLAR.
HEC BILMEZSINIZ MEN BUNU NECE ISTEYIREM .BELKEDE BURDAKILARIN HAMISINDAN COX ISTEYIREM SEVILMEK SEVDIYIM TEREFINDEN. MENE ANCAQ ONUN SEVGISI LAZIMDI .COX ISTEYIREM ONU .HAMIDAN COX
HER NE OLURSA YAXWILIGA OLUR .AMMA COX MARAQLIDI SEVILMEYENLER GORESEN NIYE SEILMIRLER.GORESEN NIYE ONLAR UCUN BU YAXWIDI.YENI ALLAH ONLAR UCUN SEVILMEMEYI YAXWI BILIB .COX MARAQLI SUALDI.AMMA BIR TEREFDENDE MENE ELE GELIRKI .ONLAR ELE SEVECEKLERKI ALLAHA OLAN SEVGINI UNUDACAQLAR .BELKEDE ONA GORE.....ALLAH HAMIYA SEBR VERSIN ....INWALAH SEVILMEYENLERDE BIR GUN SEVILER
super yazmisan, Turalin sevgi xeberlerini bir gun otrudum oxudum , heqqeten onun kimi sevgi xeberi yazan yoxdur, amma Asef senin bu xeberin chox super alinib, bir de ASI Girl in bir neche sevgi xeberleri heqiqeten gozel olub, Bu gun il defe kimlerese terif dedim
--------------------
No complex better life.İ guess,İ am going crazy or wiser. Hələ dəqiq bilmirəm Ömur dediyin 1 gündür, o da bu gündür Cəsarət-ən böyük bədbəxtliklərin və ən böyük uğurların başlanğıcıdır
5 Avqust 2010 00:45 | Qeydiyyat: 13.09.2009 | Adı: AMERICANA | Ünvan: U.S.A New -YORK, Brooklyn |
Ay daaaa xeberi gorende wok oldum eee.men de bu bawliq altinda xeber hazirlayirdim.ozu de ilk xeberim olacaqdi guya ki oz yazmaq istediklerimi burda gorende lap teeccublendim :)eynnen menim isteklerim,menim arzularim.sade ve semimi sozler idi.tewekkur
A+A=Love yazdığımız divarı söküblər indi. Plana düşmüşdü həmin ev. Üstünə söz yazdığımız ağacda qurudu artıq. Sənli günlərdən qalan xatirələrimizdən daha heç nə qalmadı. Geriyə görünməyən gəzib, dolaşdığımız yolllarda ayaq izlərimiz qaldı...
4 Avqust 2010 03:19 | Qeydiyyat: 8.12.2008 | Adı: Asəf | Ünvan: Bakı |
Aye qonaqliq bunu sen yazmisan.Halaldi Vallah.Men ele bilirdim sen ancaq bow bow iwlernen mewqulsan.Demeli herden dolu iwlerlede wequlsan.Bravo ey bravo.
--------------------
zalim
4 Avqust 2010 03:17 | Qeydiyyat: 3.08.2008 | Adı: Alim | Ünvan: QARACHUXUR |
Gəlsənə mən sənə qəşəng (ağlamalinski zarafat, düşündürən) türk mahnıları yollayım, çox yazasan)))
Musiqi ilə aram yoxdur. Nadir musiqilər damarıma girə bilir :))
--------------------
Xatirə soyqırımı.
A+A=Love yazdığımız divarı söküblər indi. Plana düşmüşdü həmin ev. Üstünə söz yazdığımız ağacda qurudu artıq. Sənli günlərdən qalan xatirələrimizdən daha heç nə qalmadı. Geriyə görünməyən gəzib, dolaşdığımız yolllarda ayaq izlərimiz qaldı...
4 Avqust 2010 02:02 | Qeydiyyat: 8.12.2008 | Adı: Asəf | Ünvan: Bakı |
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3