Hər gün olduğu kimi, bu gecədə mənsiz. Bu gecələr mənsiz olacaqsan, Hər gecə sabah o var dediyin günləri, bu günləri sabah onsuz deyəcəksən. De mənə varmı həyat mənsiz De mənə, mən haradayam sən harada
De mənə, məni necə sevdiyini. Mənsiz qaldığın günlərdə məni yada salıb ağladığını. Ürəyində mənə yer verdiyini, məni o ürəyə bağladığını De mənə hardadı o sevgi De mənə, mən haradayam sən harada
Sənə verdiyim güllər içində olan sevgimi, çiçəklərin qurudaraq onu saxladığını, və hər baxdığında solmuş gülümü qoxladığında məni xatırladığını De mənə mənim gülümü De mənə, mən haradayam sən harada
Tez-tez məni yuxunda gördüyünü, yuxunda mənlə danışdığını, ürəyində saxladığın gizli sevgini o anda dediyini. De mənə o yuxunu De mənə, mən haradayam sən harada
Qışın soyuq anında məni qucaqlayaraq məni sevdiyini. Mənə soyuqdur deyərək səni qucaqlamaq istədiyivi. Soyuğun ortasında sevgimizi isitməyimizi. De mənə hardadı isti sevgimiz De mənə, mən haradayam sən harada
Xəyallarımızı quraraq bir yerdə hər kəsdən uzaq olmağımızı, ən gözəl yerdə ən gözəl sevgimizlə olmağımızı. Mənim olmadığım yerdə ən gözəl yerin ən pis yer olduğunu. De mənə ən gözəl yerimizi De mənə, mən haradayam sən harada
Hər gün Allahdan istəyin MƏN. Mənim sevgim, mənim baxışım, mənim toxunuşum, mənim öpməm, mənim qucaqlamam, mənim güldürməm, SEVGİM. De mənə varmı yenə istəyin De mənə, mən haradayam sən harada
Dörd fəsili mənimlə keçirdin. Dörd fəsil də məni sevdin. Dörd fəsil də yanımda oldun. Bax bu yay da SON fəsil De mənə hazırsanmı payıznı mənsiz qarışlamağa De mənə, mən haradayam sən harada
Kimlərsə anlamaz bu sözləri, yalnız sən anlarsan, Ən əsasda “De mənə mən haradayam, sən harada”
Daha bəsdir! Bir çinar ağacının kölgəsi kimi uzanan xəyallarımın uzanmasına! Payızını mənsiz qarşıla...
Yazı tamamilə mənə aiddir... başqa sayta qoyulmasın!! ( Samir Quliyev )
Dörd fəsili mənimlə keçirdin. Dörd fəsil də məni sevdin. Dörd fəsil də yanımda oldun. Bax bu yay da SON fəsil De mənə hazırsanmı payıznı mənsiz qarışlamağa De mənə, mən haradayam sən harada
Düz dörd fəsil. ən unudulmaz günlərimi yaşamışam. Yayda ise hər şey bitdi.
Təşəkürlər
21 Avqust 2010 22:14 | Qeydiyyat: 6.11.2008 | Adı: Menzer | Ünvan: Baku |
Samirin yazilari qeyri-adi olur hemishe,beyenirem... Bu yazi da hemchinin chox gozeldi,sadece chox heyif ki ayriliqdandir... Allah hech kese ayriliq qismet etmesin desem de,amma qismet edir,bu da heyatin aci bir terefidir... Teshekkur,sene de 5*... )
--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃) /█\♥/█\
17 Avqust 2010 01:32 | Qeydiyyat: 13.08.2008 | Adı: ☜❤☞ Ay ☜❤☞ | Ünvan: Tam,gde Ti i Ya... 유 웃 |
Səndə köhnə filmlər kimi-zamanına görə yaxşı olmusan... Diqqət yetirməmişdim,sevgimin koordiqramasinda xətlər həmişə kritik idi... Fikir verməzdim... Çox nağıllar oxundu,hamısın sonunda ayrılıq simvolları... (İcazənlə bunuda mən əlavə etdim )
Samirdə həmçinin az-saz prinsipinə uyğun olaraq yazır..
17 Avqust 2010 01:20 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland |
İkinci şəkildəki xanımın saçları qəşəng görsənir) Nə bilim,ayrılıq qəliz məsələlərdən biridir.Bunu mən yaşamadığım üçün nəsə deyə bilmərəm. Ancaq iki insan bir-birini sevirsə,bir-birləri ilə nəfəs alırsa,qüruru sındırıb,güzəşt edib,yenidən birlikdə başlamağa dəyər,ən azı o gözəl xatirələri yenidən yaşamaq və yaşatmaq üçün. Təşəkkürlər.
Sənə verdiyim güllər içində olan sevgimi, çiçəklərin qurudaraq onu saxladığını, və hər baxdığında solmuş gülümü qoxladığında məni xatırladığını
Bilmirəm daha əvvəldə oxuduğum üçün ya niyə bu daha çox xoşuma gəldi. Yazı daha doğrusu, bütöv xəbər Amma yazıda olsa da, əslində ayrılıq olmasın, Samir!!!
--------------------
Müasir qızların çantası bermud üçbucağına bənzəyir:)
ay uwaqlar bugun size ne olub?:))super Vegas..onsuzda senin yazilarini beyenirdim bu da onlardan biri oldu..Alinin de seninde xeberleriniz getdi secilmiwlere:)
--------------------
Вампирам верить нельзя. Я знаю..
16 Avqust 2010 22:56 | Qeydiyyat: 27.06.2008 | Adı: AHLI_SHIA_FATIMA♡ | Ünvan: Yer kuresi,Azerbaycan,Baki, Tooofiq ANS :))) |
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3