ANA- Dedim: Allahım səndən bir istəyim var. Məni daha yaxşılar içinə göndər. Mənə arzulanan Ana bəxş etdi. Yaxşı - dedi, böyük Allah.
ANA elə bilmə ki, günlər keçdi mən böyüdüm. Elə bilmə ki, böyüdükdə əvvəlki hislərimdə yox olub getdi. ANA illər keçsə belə, yaşım üstünə yaş gəlsə belə, saçlarımın rənginə ağ rəng qatılsa belə, mən yenə sənin balacanam ANA. Həmişə dəcəllik edib, səni incidən bir balacanam ANA. İllər keçsədə mən yenə həmin övladınam ANA. Elə bilmə ki, ətrafım genişləndikcə, həyatımda uğurlu addımlarım artıqdca, həyatımın ikinci dəyərli qadınımı tapsam belə sənə çox ehtiyacım yoxdur ANA. Mənim sənə uşaqlıdan daha çox ehtiyacım var ANA.
Sən mənim ALLAHdan istədiyim bir kəssən ANA. Dünyaya gəlişim zaman ALLAH sevgisi nədir bilmədim ANA. ALLAHdan üz çevirib sənin qucağına atıldım, sənin üçün ağladım, sənin üçün darıxdım. Körpə ürəyimin bütün sevgisini sənə verdim ANA. ALLAHdan üz çevirdim amma ALLAH sənin mənə olan sevginə görə mənə rəhm edib, bağışladı. Nə olsun ki, onda körpə idim, bilmirdim ki, ALLAHa itaət nədir? Bəs elə isə onda niyə dərk etdim ki, ANA sevgisi nədir?
Bağışla ANA. Səni çox incitdim, bəzən sözünə baxmadım, çox səhvlər etdim. Amma sən yenə mənə qarşı olan sevgini zərrə qədər də olsun azaltmadın. Bəs görəsən mən? Mən sənə layiq ola bildimmi ANA?:( Bağışla məni ANA.
Sən mənim üçün sevgiyə baxacaq gözlərdən birisən. Sənin sevgin üçün, sənin isti qucağın üçün yenidən doğulmaq istəyirəm ANA.
SEVGİLİM- Fərqli sevmək istədim. Fərqli birisini arzuladım. Elə birisi ki, mən olmayanda belə məni yanında bilmiş olsun. Məni gözləyən, mənim üçün darıxan birisini istədim. Hər şeyə diqqət edən, sevdiklərinə dəyərə verən birisini arzuladım. Üz tutdum Allahım, o da bütün bunların əvəzində Səni verdi.
Çünki, Sən mənim hər səhər oyanarkən günəşi deyil, Sənə baxıb həyata gülümsəmək istədiyimi birisən.
Çünki, Sən özündə müxtəlif rənglər daşıyan, mənim həyatıma o rənglərinlə rəng qatan birisən.
Çünki, Sən mənim üçün hər yerdəsən. Baxdığım hər bir şey, getdiyim hər bir yer mənə Səni göstərir.
Çünki, Sən mənim sənin üçün fərqli sözlər deyən tükənməyən düşüncələrimsən. Fərqli sevmək istədim, Səninlə. Uzaqlaşdım şablonlardan, təkrar-təkrar deyilən sözlərdən, sevgidən. Çünki Sən mənim içimdə yaşayan fərqli hisslərimsən.
Çünki, Sən mənə baxınca dünyaları bəxş edən birisisən. Ulduz kimi parıldayan baxışlar deməyəcəm, ulduzlar minlərlədir, günəş kimi şəfqət saçan deməyəcəm günəş hamı üçün baxır, ay kimi pak baxışlı deməyəcəm ay hər kəsə sirdaşdır. Sən mənə heç nəyə dəyişməyəcəyim bir baxışlar verirsən.
Allahdan fərqli sevməyi arzuladım, Allah mənə Səni verdi. O Sən ki, ürəyimdə nə qədər sevgi daşısam belə yenə yetməz Sənin üçün, O Sən ki, xəyallarımda gələndə rahatlıq, gözlərimə gələndə sevinc, ürəyimə gələndə izah edilməz bir sevgi bəxş edirsən.
Çünki, Sən mənim üçün sevgiyə baxılacaq gözlərdən birisən. Sənin sevgin üçün ölüb, yenidən doğulub və daha sonra ölmək istəyirəm.
Bu dünyada mənim üçün dəyərli olan 2 qadındır. Onlar mənim üçün sevgiyə baxılacaq gözlərdir. Birinin sevgisi üçün yenidən doğularam, digərinin sevgisi üçün isə hər zaman ölərəm.
Yazı tamamilə mənə aiddir! Başqa saytlara qoyulmasın! Müəllif: Asəf Həsənov
ADIN SEN QOY BU SEVGININ SEKERSIZ BIR WEKER IMIW KAW MENDE SENIN KIMI DADAYDIM 2 WEKERDEN BIRI BAL BIRI WERBET OLAYDI ANAM BAL SEVDIYIM SERBETIM OLAYDI DADIM 1CE WEKERDEN ANAMIN DOVLETI OLAN NEVELERDEN INDI ADINI SEN QOY INDI MEN NECE DADIM2 WEKERDEN?
Teshekkurler cox beyendim.Xoshbext insan odur ki sevgisini bu cur gozel ifade ede bilir Tanrim her iki insana olan sevgini tuketmesin.yeni yazilarinizi yozleyirem
Ana sevgisi tam başqadır,sözlərlə ifadə etmək belə çətindir. Sevgilim sözü isə ucuzlaşdırılıb deyənə,elə də önəm vermirəm.Mənim üçün adi söz deyərdim.Bunları şəxsən mən heç zaman bir tuta bilmərəm. Mən yalnız Ana sevgisi ilə Allah sevgisini bir tuturam. 1-ci hissəni bəyəndim. Təşəkkürlər.
ANA OZELSEN ANA EZISEN ANA OLMASAN QEDIR BILESEN TENHA QALANDA BALAMI NECE QUCAQLADIMSA ANAM KAW SENIDE ELE QUCAQLAYA BILERDIM KAW ANA MEHEBETIN DUYA BILEYDIM KIMSESIZ KIMI QIRAQDA QALIB DERDIMI TEK CEKMEYEYDIM KAW ANAM MENE DERD ORTAGIM OLARI KAW DERDLERIMI AG KAZIGA YOX ANAMA DANIWARDIM KAW 1 DEGE ANAM MENI OPUB BAGRINA BASIB CAN DIYERDI KEWKELERIMLE DOLU HEYATIMDA KAW ANAM KEWKELER ICINDE OLMAYAYDI
ANAM mənim həm cürətimdi,həmdə öyrəşdiyim bir varlıqdı... Ən pis zamanlarda belə yalnız Mənim dostumdur ANA-m ANA-m mənə Tanrı tərəfindən doğulanda verilən göz bəbəyi,mirasdır. ANA-m mənim xəstə olmasam belə dərmanımdı... Bir sözlə ən dəyərliləri ayağına atsamda yenə Dəyərli ANA-mın qarşısında dəyərsizləşən həyatı belə qurban verərəm...
Sevgilim-mən bu cür yazının ikinci hissəsini yazmazdım.. Amma Asəf yazıbsa yəqin ki ürəyi dolu imiş...
17 Avqust 2010 01:14 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland |
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3