» Daha sevgiyə inanmıram mən
  » Sənin haqqında danışmağı ...
  » El Clasico: Barselona-Real Mad ...
  » Dövlət idarələri mix.az ha ...
  » Bir kərə yüksələn bayraq, ...
  » Mənim İdeal Ətirim
  » Ad günün mübarək,Tural!24. ...
  » Nurullah hər kəsi coşdurdu
  » İlin Ənləri - 2011-2012
  » Mənim musiqi zövqüm - Yanva ...
  » Ad Günün Mübarək Ölməz Q ...
  » Rəşid Mahmudov həqiqətlər ...
  » Sənin məndən fərqin
  » "Mənim sevimli ev heyvanım ...
  » İlin ənləri 2011-2012 (admi ...
  » Bir insan tanıdım həyatım ...
  » Hərdən belə də olur...
  » Ayrılıqların əlacı, ən m ...
  » Yenə mövzudan çıxdım
  » 2012 hansı bürclərə daha ...
  » Bunları bilmək maraqlıdır
  » "O" Şəkillər
  » Yeni mp3-lər
  » Milano derbisinin hesabını t ...
  » Sizə məsləhətim...
  » Milli qəhrəmanlarımız
  » Filmlər və yadda qalan mahn ...
  » Məhəmməd Peyğəmbərin sa ...
  » Sizə məsləhətim...
  » "Toy Olsun"dan qovulan Səad ...
  » Edilən pisliklər yaxşılıq ...
  » Erməni toyunda Azərbaycanın ...
  » Türkiyənin ən bahalı səsi ...
  » AZADLIQ toxumu əkdi ŞƏHİDL ...
  » Azzz, dur soğanı düzəlt!
  » "Erməni soyqrımı yoxdur!"
  » Mix.az-lıların cənnət qap ...
  » Azərbaycanda ÜZEYİRlə baş ...
  » "Qanlı Yanvar" gecəsində ...
  » Əllər var əl tutmaq üçün ...
  » Life in Paper
  » Gözlənilən və reallıq...
  » Biraz gülmək lazımdır
  » Sizə məsləhətim...
  » I ♥ You
  » Türkiyə rusların gözündə
  » Sizə məsləhətim...
  » Kurtlar Vadisi Pusu - 143 (Pol ...
  » "Mix.az-lıların Möcüzəvi ...
  » Hər xanıma bir gül
  » Ana üçün ən gözəl təbri ...
  » Sadəcə bax...
  » Baby :)
  » Günün fotoları
  » Sus və sadəcə bax :)
  » 20 Yanvar günü-22 il tamam o ...
  » Azərbaycanda "Gines" rekord ...
  » 20 Yanvar faciəsindən 22 il ...
  » Hər qız sənin içindəki ü ...
  » Sadə karandaşla çəkilmiş ...

mix dominant
Xəbər sayı -6
nuku
Xəbər sayı -6
Beqi
Xəbər sayı -6
GunahLi_CenneT
Xəbər sayı -6
Menim_gozel_alibim
Xəbər sayı -5
Just Kurdish
Xəbər sayı -4
PSiKoPaTKa
Xəbər sayı -4
Dj KaMiL
Xəbər sayı -3
Resad-9
Xəbər sayı -3
sweetheart24
Xəbər sayı -2



Yox








 
 
Elə bir kişinin qadını olmaq istərdim ki... Sevgi 

Deyirlər, qadınlar bilməz nə istədiyini... Onlar üçün hər şey azdır... Uşaqlıqda vitrindəki geyimlərə şəhadət barmağımı uzadıb tək bir geyimi istədiyimdən əmin olduğum kimi, xəyallarımda da tək bir kişiyə əllərimi uzadıb mələklərdən onun haqda yazmağım mümkün olsun deyə onu yerə endirmələrini xahiş etdim... Və yazdım... Necə kişinin qadını olmaq istədiyimi... İstəmək hər şey demək deyildi... Bəzən kişilərin də xəyallarında realdakılarla çətinliklə uzlaşan qadınlar olur... Kişilər bu qadınların ayaqları altına dünyanın ən əlçatmaz sevgisini sərir... Necə qadınların? Bunu da Ənvər yazdı...


(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

FeMeNiSTKa: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, eqoizm nədir bilməsin. Kim deyir ki, qadınlar qısqanılmaqdan həzz alarlar?! Mən məni qısqanmayan bir kişinin qadını olmaq istərdim. Mənə güvənən, mənim yalnız ona məxsus olduğumu aksiom kimi əzbər bilən bir kişinin qadını olmaq istərdim...

Ənvər: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, sevgi kəlməsi dilindən yox, qəlbindən süzülüb gəlsin... Qəlbindən gəlsin ki, damarıma qan kimi işləsin... Sevirəm deyəndə gözləri parıldasın... Parıldasın ki, ömür yolumda nur olsun...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, digər kişiləri iradəsiz edən siqaret qoxusu onun üçün mənim ətrimin qoxusu olsun. Tək mən yanında olanda unudulsun bütün dərdləri, tək mənim yanımda olsun zəif, iradəsiz... Necə ki, kişilər güclü yaransa da, ən zərif cinsə məğlub olurlar...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, mən budaq olanda o yarpaq olsun ki, ayrılıqda saralıb solmayaq... Mən atəş olanda o su olsun ki, birlikdə yanıb kül olmayaq... Mən yol olanda o kompas olsun ki, bərabərcə sonsuzluqda yox olmayaq...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə “sevgilim”, “həyatım” kimi şablonları deməsin! Lüğətə yeni söz əlavə etsin tək məni ifadə edən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, bütün qalaktikanın məni kəşf edən tək insanı o olsun...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, əlindən tutanda ürək döyüntüsünü hiss edim... Hiss edim ki, yaşadığımı bilim... Evə gedəndə təbəssüm etsin... Etsin ki, mən iş yorğunluğumu kostyumumla çıxarım... Yemək bişirəndə qazana sevgi də vursun bir neçə qaşıq... Vursun ki, həyatımdan dad, ləzzət alım... İşə gedəndə “Uğurlu yol” desin... Desin ki, hədəfə atdığım oxum yan keçməsin, hədəfə dəysin...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, evliliyin övladın dünyaya gəlməsi üçün olduğunu təkzib etsin. Bir qadına yalnız ana olduğu üçün hörmət qoyulmadığını, qadın olduğu üçün dəyər verildiyini mənə izah edə bilsin. Mənə xoşbəxtliyin ağ gəlinlik donunda deyil, hər səhər üstümə atılan ağ yastıqda olduğunu sübut edə bilsin. Mən elə bir kişinin qadını olmaq istərdim ki, yastıq savaşlarının sırf “sən hirslənəndə daha gözəl olursan” prinsipinə görə yaşandığını başa salsın...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, hər gün səhər günəş kimi oyansın... Günəş olsun ki, enerjisiz qalmayım... Hər gecə yatanda ay kimi doğsun, gecənin zülmətindən qorxmayım... Ağlamaq üçün yer axtarsam ilk ağlıma onun çiyni gəlsin ki, mən utanmayım...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, özündən yaşca böyük insanların yanında belə məndən ötrü darıxdığını danmasın. Nə olar ki, mentaliteti qəbul etməsə mənim kimi? “Ayıbdır!”, “Millət nə deyər?!” kimi sərhədlərə xətt çəksin mənimlə. Kimə nə bizdən?!

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, istəyəndə anam, atam, bacım, qardaşım olsun... Olsun ki, ailəm olduğuna əmin olum... Küsdürsəm barışa bilsin... Bilsin ki, həyata küsməyim....

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, özünü məndən ağıllı göstərməyə çalışmasın heç vaxt. Mən mənim deyil, mənə nəsə öyrədəcək, amma bunu minnət şəklində bildirməyəcək birinin qadını olmaq istərdim... Etdiyimiz hər müzakirənin sonu mənim onun dediyinə gəldiyim olsa da, “gördüyün kimi sən haqlıymışsan” deyib öz varlığına sevindirən birinin qadını olmaq istərdim...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, kədərimi səbrlə paylaşsın... Paylaşsın ki, kədərim azalsın.... Sevincimi həyəcanla bölüşsün... Bölüşsün ki sevincimiz sürətlə çoxalsın...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, 2-nin üzərinə 1000 gəlmək istəsələr belə, yenə 1 alınacağını deyib bütün riyaziyyatı çökdürsün. Yəni aramıza kimsənin girməyi bacarmayacağını, 2 bədəndə 1 ruhun olduğunu məni sevməyənlərin yanında məni müdafiə edəndə isbat etsin. Mənim söhbətlərim onun üçün kişilərin qadınlar haqda dediyi “dır - dır” olmasın. Ona səbəbsiz hirsləndiyimdə, xasiyyətimə uyğun bəhanə tapıb küsdüyümdə məni qucaqlamağı bəs etsin istəyirəm məni utandırmağa...
Deyirlər, qadınlar kişilərin son eşqi, kişilər qadınların ilk eşqi olmaq istər... Amma mən ilk eşqini xatırlamayan bir kişinin qadını olmaq istərdim. Bir kişinin həyatında nə qədər çox qadın olarsa, sevgisi bir o qədər paylanmış deməkdir. Mən bütün sevgisini tək mənə sərf edəcək bir kişinin qadını olmaq istərdim. Mənə mümkün olmayan şeylərin əslində mümkün olduğunu danışan birinin qadını olmaq istərdim. Mənə qaranlığın Günəşlə aydınlandığını deyil, Günəşin yoxluğunun qaranlıq olduğunu başa salan birinin qadını olmaq istərdim...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənimlə bərabər uşaq olmağı utanc, ya da yaraşmayan bir hərəkət saymasın. İstədiyimdə mənə nağıl danışsın, əlimdən tutub Luna Parka aparsın :) Yaşın artmasının böyüklük demək olmadığını və insan nə qədər böyüyərsə, bir o qədər çirkləndiyini məndən də yaxşı bilən birinin qadını olmaq istərdim...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, dərdimi onuncu dəfə danışanda ilkmiş kimi dinləsin... Dinləsin ki, dostluğa inamım artsın... Dərdini mənə sevərək anlatsın... Anlatsın ki, güvənirliliyimi hiss edim... O hər zaman mənimlə danışsın... Danışsın ki, qulaqlarımın pası silinsin...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Mən... Mən elə bir kişinin qadını olmaq istərdim ki, mənsiz gözünə yuxu getməsin. Aldığı hər nəfəsin deyil, ürəyinin hər döyüntüsünün mən olduğumu, məhz bunun üçün məni üzməməyinin lazım olduğunu hər mənsiz saniyəsində özünə təkrar etsin. Mənsizlik mənim sevmədiyim şeyləri etdiyində olacaqdır təbii. Mən futbol azarkeşi, ya da serial xəstəsi olmayan, vaxtını daha dəyərli şeylərə sərf edən birinin qadını olmaq istərdim. Çünki futbol zamanı divanda o qədər yerin olduğuna rəğmən, oturmaq istəmədiyimə baxmayaraq, kitab oxuduğunda o kiçik məsafədə özümə yer tapacağıma əminəm...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Ordubadi deyib ki, nədə oğurluq haramdırsa, təkcə qızlara oğlanların qəlbini oğurlamaq halaldır. Ona görə mən qəlbini öz istəyiylə oğurladığım, həm də istədiyi zaman məni oğurlamaqdan çəkinməyən bir kişinin qadını olmaq istərdim. “Bura haradır?” soruşduğumda “mənim yanım” cavabını mənə əzbərlədən birinin qadını olmaq istərdim. Mən hər şeyini mənə açıq danışa bilən, hər çətinliyində dizimdə yatmağı arzu edən birinin qadını olmaq istərdim...

Ə: Mənsə elə bir qadının kişisi olmaq istərdim ki, mən can olanda o bədən olsun ki, yeriyəndə yıxılmayaq... Mən batarsam o əlimdən tutsun ki, birlikdə məhv olmayaq...Mən susanda o danışsın ki, səssizlikdə çıldırmayaq... Mən sən deyəndə o biz desin ki, biz birlikdə yüksələk...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...

F: Nəhayət, mən elə bir kişinin qadını olmaq istərdim ki, bu yaşıma qədər haqq qazandırdığım feminizm ideologiyasını mənə unutdura bilsin. Çünki bir kişi qadına özündən nə qədər aşağı baxarsa, bir o qədər qadının əsl sevgisindən məhrum olacaqdır. Bir kişi qadını nə qədər çox sevərsə, bir o qədər qadının nə demək olduğunu və nə istədiyini anlayacaqdır. Çünki qadın, mənə görə, bir sandıqdır. O sandığın açarı həyatı boyu yalnız bir kişinin əlində olmalıdır. Və qıfıl nə qədər çox dəyişilərsə, sandığın içi bir o qədər başqalaşacaqdır. Qadın istəməzsə, ən uyğun açar belə sandığı aça bilməz. Bir qadını kəşf etməyi bacarmaq, xoşbəxtliyi ovucun içinə almaq deməkdir. Çünki fikirlərinin oxunduğunu hiss edən qadın, baş əyməsə belə, o şəxsə təzim edəcəkdir. Qadın heç bir kişini diz çökdürmək istəməz. Amma həyatında diz çökdürdüyü kişilər onun üçün fəxr sayılar. Məhz digərlərindən fərqlənsin deyə, açarı təslim etdiyi kişinin diz çökməsinə dayana bilməz. Ona görə hər qadın sevdiyi insanı gözündə böyüdər, nə olursa olsun. Amma özünə aşağı baxıldığında etdiyi bütün təmənnasız yaxşılıqları yadına salar. Məhz bunun üçün kişidən əskik olmadığını xatırladar. Ona görə mən elə bir kişinin qadını olmaq istərdim ki, mənə onsuz da bərabər olduğumuzu və feminizmə ehtiyac qalmadığını sözlərdə deyil, hərəkətlərində izah etsin. Mən mənim arzuladığım həyatı məqsəd kimi qəbul edən bir kişinin qadını olmaq istərdim...

(Skazochka baxacaq) Mən elə bir kişinin qadını olmaq istərdim ki...




 
 
#119 Şərhin müəllifi: MisteR_X
 


BU NE SOHBETİ AY BASİNİZA DOUB


--------------------

 
 
#118 Şərhin müəllifi: MILADY
 


Aləm və mükəmməl)

 
 
#117 Şərhin müəllifi: sun is up
 


suppaaaaa

 
 
#116 Şərhin müəllifi: aynur8
 


ELE 1 KISHININ QADINI OLMAQ ISTERDIM KI,ELLERIMDEN DEYIL,UREYIMDEN YAPISHSIN.GOZELLIYIME DEYIL UREYIME BAXSIN."SENI SEVIREM"SOZU UREYDEN GELSIN...BURDA ELE 1i VAR????? love

 
 
#115 Şərhin müəllifi: NeSTLe
 


Femimmmm indi gördüm çox çox gözəl yazmısan....son hissə isə dəhşət5++++

 
 
#114 Şərhin müəllifi: FeMeNiSTKa
 


Sitat: Sokrat77
Muellif bu qeder teleb qoydu. Goresen ozu emel edermi bu teleblere?

Nə qısqanc deyiləm, nə siqaret çəkirəm, nə şablon istifadə edirəm, nə toy həsrətilə yatıb oyanıram, nə də mentalitetlə oturub dururam. Çox sadə istəklərdi, sizə qeyri - mümkün tələb kimi görünür. Fikirlərinizə hörmət edirəm..

 
 
#113 Şərhin müəllifi: vugaar
 


SuPeR cox lezzet eledi:)

 
 
#112 Şərhin müəllifi: ALICE_737
 


YAZINI COX BEYENDIM FEMINISTKANIN FIKIRLERI ILE MENIM FIKRIM EYNIDIR SONLUQ LAP UREYIMDE OLANLARDIR. nn38 _define025

 
 
#111 Şərhin müəllifi: samix
 


sadece bir soz.
Super.

 
 
#110 Şərhin müəllifi: MoMeNtS In LoVe
 


cox super cox ela.........Enverin yazdiqlari daha gozel idi...........halaldi her ikinize))))))))))

 
 
#109 Şərhin müəllifi: bella_20_
 


Yazini coooox beyendim ve oxuduqca oz sevgim ve sevdiyim canlandi gozumun onunde,cunki biz heqiqeten variq ve INWALLAH da bir omur boyu biz olacagiq.Hamiya saf ve gozel sevgi arzu edirem,AMIN INWALLAH.

 
 
#108 Şərhin müəllifi: Dr.Genetik
 


Kolleqa çox bəyəndim, əllərinizə sağlıq.


--------------------

 
 
#107 Şərhin müəllifi: orkhanmammadov
 


FeMeNiSTKa:


heyatimda ilk defe mix.az da xeberi axira kimi oxudum.... asan deyil fikirleri bele ifade elemek.. tebii sozler cox tesirli alinib... tesekkurler...

 
 
#106 Şərhin müəllifi: elnaricka
 


Ela bir kisinin qadini olmaq isterdimki,sevgisinden meni ozune bele qisqansin.Movzu ela idi,yazan eliniz var olusun.

 
 
#105 Şərhin müəllifi: Elnur532
 


Mənimlə olan qız heç vaxt peşman olmaz.Mən ona əlimdən gələni edəcəm ki,o bir qramda əzab çəkməyəcək.Qoy qızlar deməsinki bütün oğlanlar belədirlər.Amma mən belə deyiləm.Mən ona əməl edirəm

 
 
#104 Şərhin müəllifi: DoktorLife
 


mix.az mix.az olalı bele mövzu görmeyib(sağlamlığa dair yazdığım xeberlerden başqa xixi ) çox super,çox beyendim.Enver qadası sene uğurlar.
Femi,inşallah...


--------------------

 
 
#103 Şərhin müəllifi: Johonilla
 


Mense ele bir kisinin qadini olmaq isterdimki menimle yasasin nefesin menimle alsin =))

 
 
#102 Şərhin müəllifi: star
 


AnGeL__CrY,
Supeeerrr

 
 
#101 Şərhin müəllifi: Vuskam
 


ela

 
 
#100 Şərhin müəllifi: ILISULU
 


AnGeL__CrY,


MEN HAZIRAM SENIN HEYATININ MEQSEDI OLUM)) nn34

 
 
#99 Şərhin müəllifi: Mr.KAyfuyem
 


Super....))))

 
 
#98 Şərhin müəllifi: AnGeL__CrY
 


Men menim arzuladiqim heyati meqsed kimi qebul eden bir kisinin qadini olmaq isterdim....

 
 
#97 Şərhin müəllifi: selashka
 


Enverin yazisi coox gozel idi.Yazdigi cumlelerde xoshbexliyin acari gizlenib.Halaldi sene qardash.Senin kimi dushunen oglanar coox azdi!


--------------------

 
 
#96 Şərhin müəllifi: Sokrat77
 


Bozqurdun fikirleri ile tam raziyam.
Qizlar bele Enverin fikirlerini daha cox beyendiler.
Muellif bu qeder teleb qoydu. Goresen ozu emel edermi bu teleblere?

 
 
#95 Şərhin müəllifi: Nora M
 


nn40 men artiq oz idealimi tapmisam. hamiya da arzu eliyirem.
Feministka super yazmisan bacis no tolka bezi yerlerde fikrini duz catdira bilmemisen ve bu da eqaistlik kimi gorunur hamiya.
Enver sene ise soz ola bilmez super yazmisan!
Yazan barmaqlariniz hemise var olsun !!!

 
 
#94 Şərhin müəllifi: Enver
 


Sitat: LiLAmoooR
Ənvərin yazısı isə daha real idi, cümlələr maraqlı yazıya alınıb.Səhv etmirəmsə Enver əvvəl ki, nicki enver111 olan userdi, əgər odursa bir daha ona maraqlı fikirləri üçün təşəkkür edirəm!


Sağ olun gözəl düşüncəli xanım..) Bəli o Ənvərdir..) Bəyəndiyiniz üçün çox sağ olun və təşəkkürünüz üçün şərəf verdiniz...Mən minnətdaram sizlərə ki, səmimiyyətiniz insanı səmimiyyətə səsləyir..)

Sitat: __Jale__
ENVER DƏ HƏMÇİNİN ÇOX GÖZƏL VURGULAYIB.BU ARADA BIR SÖZ YADIMA DÜŞDÜ,DEYIR;QADINI AXTAR.SIZINDƏ SADALADIĞINIZ QADINLAR, MÖVCÜDDUR.

Jale xanım sizlər də sağ olun..) Bəyəndiyinizə sevindim.....Mİnnətdaram..)

Hər kəsə şərh yazan hər kəsə də minnətdarlığımı bildirirəm...Bəyənənlər də bəyənməyənlər də sağ olsun..)
Daha da gözəl xəbərlərdə görüşək..)



Femi...Sənə bir daha dərin təşəkkürlərimi bildirirəm...Arzu edirəm ki, Xəyalındakı Sevgiliyə çatarsan...) Və o sənə istədiklərini reallaşdırar...BUnunla da səndə olan Feminist hissləri yoxa çıxar..) TƏşəkkürlər )


--------------------

 
 
#93 Şərhin müəllifi: Heyifki_yoxsan
 


Yaxshi yazidir, amma bunlar ancaq nagillarda olur, Konul de nagillara artiq inanmir.

 
 
#92 Şərhin müəllifi: Enver
 


Sitat: FeMeNİSTKa
Əvvəla təklifimi bu qədər işin arasında qəbul edib,dəyərli vaxtını ayırıb,mənim yazımı belə kölgədə qoyacaq yazı yazdığı üçün adaşımın atası Ənvərə təşəkkür edirəm:)


Mən sənə təşəkkürlər edirəm ki, belə bir gözəl mövzu hazırlamağı mənə təklif etdin...
Dəyərin üçün minnətdaram Femican)

Vəli qardaşımız sənə də dərindən təşəkkürlər....Hər şey üçün...



Sitat: Bozqurd
Ənvərin yazısı isə şedevr idi.


Qardaş çox sağ ol...Gözlərin var olsun)


Sitat: Mr_Anderson
Ənvər həmişəki kimi professionallığını qoruyub

Sağ ol əziz qardaş...O gözəllik sizlərdən əks olunub bizə..)
Sitat: WUgirl
Vay vay vay:)))Ənvərin yazdıqlarında hər iki tərəfin xoşbəxtliyi üçün nələrsə arzu olunur elə bil

Hər zaman istəklərinə çatasan..) İnanıram ki, istəklərinə çatacaqsan da..)

Sitat: chrysalis
YAZI COX XOSHUMA GELDI AMA ENVER OLAN HISSELER DAHA COX...

ÇOx sağ olun bəyəndiyiniz üçün...Səmimi sevgilərlə yaşayasınız..)


--------------------

 
 
#91 Şərhin müəllifi: stol-stul
 


Superrrrrrrrrrrrrrrrrrrrrrrrrrr.Allah her kesin ureyince versin..................

 
 
#90 Şərhin müəllifi: SN2
 


HALADI BU MOVZUNU YAZANLARA COX GOZEL SOZLER YAZIBLAR O BIRI MOVZULAR UZUN OLDUGU UCUN HEC AXIRA KIMI OXUMURDUM AMMA BU MOVZUNU OXUDUQCA OXUMAQ ISTEYIREM.COX GOZLE YAZIBLAR nn29

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!