Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....amin
Atasının sözlərindən
Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.
Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir...
Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...
Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...
Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.
Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir. Onun haqqında titrək səslə danışır. Mübarizin qardaşı həyətdəki bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə və itmək üzrə olan cizgilərlə yazılmış yazının Mübarizə məxsus olduğunu deyirlər. Qardaşı da ondan danışır. Deyir ki, Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Dostları da onun uşaqlığından danışır, Mübarizin mərd bir insan olduğunu deyirlər.
Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam", “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".
Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.
Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."
Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.
Şəhidin ata yurdunu tərk edib rayon mərkəzinə qayıdıram. Burada hər yerdə şəhid gizirimiz Mübariz İbrahimovun şəkillərinə rast gəlirəm. Hamı onun şəklini market və bazarlara, çayxanalara, evlərin divarlarına, küçələrə, maşınların şüşələrinə vurub. Hamı onun qəhrəmanlığından danışır.
Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərlərinin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.
Beləcə, Biləsuvardan qayıdırıq. Yolda bir uşaqla rastlaşıram. O da Mübarizin şəkilini sinəsinə vurub. Bu uşaq deyir ki, “mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəm”. Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.
Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun...
Nazirliyi mətbuat xidmətinin yaydığı riyakar bir bəyanatı həmin ölkənin bütün informasiya agentliklərində, mətbuat vasitələrində geniş yer almaqdadır: “İddia olunur ki, guya Azərbaycan öz Ordusunun giziri Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistana rəsmi müraciət etməyib. Erməni xislətinə yaxından bələd olduğuma görə buna qətiyyən təəccüb etmədim. Çünki göz-gözə durub hər şeyi dana bilmək bacarığı mənəvi norma kimi onlar ücün adi bir şeydir. Halbuki gizir Mübariz İbrahimovun meyitinin qaytarılması ücün Azərbaycanın mövqeyi və tələbi beynəlxalq təşkilatlar vasitəsi ilə Ermənistana dəfələrlə çatdırılıb. Buna baxmayaraq, onlar bütün humanitar və adi insanlıq normalarının üzərindən acıq-aşkar xətt çəkərək qəddar qisasçılıq yolunu seciblər.
COX SEVINIREMKI ONU HAMI YAD EDIR O HER SEYIN EN GOZELINE LAYIQDI MEN CATDIRA BILMIREM MUBARIZI NECE COX ISTEDIYIMI BILMIREM BELKE NAMAZ QILDIGINA GOREDI YA SEHID OLDUGUNA GOREDI AMA MENIM SEVGIMI QAZANIB ONA HALAL OLSUN ALLAH ONA REHMET ELESIN
ESITDIYIME GORE DEYILEN HER REHMET ONUN GUNAHINNAN SILINIR AMA INANIRAMKI ALLAH MUBARIZIN BUTUN GUNAHLARINI BAGISLAYIB ALLAH MERHEMETLIDIR
Kardesim Mekanın cennet olsun, gün gelecek tüm milletler TÜRK'ün Aleme nasıl hakim olduğunu görecek.
"BEN HER ŞEYDEN ÖNCE BİR TÜRK MİLLİYETÇİSİYİM. BÖYLE DOĞDUM. BÖYLE ÖLECEĞİM. TÜRK BİRLİĞİNİN BİR GÜN HAKİKAT OLACAĞINA İNANCIM VARDIR. BEN GÖRMESEM BİLE, GÖZLERİMİ DÜNYAYA ONUN RÜYALARI İÇİNDE KAPAYACAĞIM. TÜRK BİRLİĞİNE İNANIYORUM, ONU GÖRÜYORUM. YARININ TARİHİ, YENİ FASILLARINI TÜRK BİRLİĞİYLE AÇACAKTIR. DÜNYA SÜKUNUNU BU FASILLAR İÇİNDE BULACAKTIR. TÜRK'ÜN VARLIĞI BU KÖHNE ALEME YENİ UFUKLAR AÇACAK, GÜNEŞ NE DEMEK, UFUK NE DEMEK, O ZAMAN GÖRÜLECEK."
ALLAH RƏHMƏT ELƏSİNŞYERİ NURLA DOLSUN. lƏNƏT OLSUN BU HƏYATA BU YASAMA Kİ BU CÜR İGİD MƏRD OGULLARİMİZ VAR MİNLERLE AMMA Kİ SAHİB CİXANİMİZ YOXDUŞHANİ HANİ O İGİDİN MƏRDİN CESEDİ HANİ,,,,,,,,İNDİ ONUN VALİDEYİNLERİNİN HEC OLMASA BU İGİDİN MƏZARİ BASİNDA GÖZ YASİ TÖKMƏYƏ HAQQLARI YOXDUMU,NİYE NİYE ALİNMİR BU CƏSƏD, BİR QƏDƏH SPİRTƏ HƏR ŞEYLƏRİNDƏN ANASİNDAN BACİSİNDAN OZÜNDƏN KÜŞƏN erməni dıgaralarından ALMAQ ELEMİ CƏTİNDİ BU DOVLETE????????????? NECƏ GÖZ YUMAQ CƏSƏDİNƏ İÇGƏNCƏ VERİLMİŞ ELİ QOLU BAGLİ ŞƏKİLLƏRİ YAYİLMIŞ QƏHRƏMAİMZİ GÖRDQKCƏ NECƏ????????????? ANLAYA BİLMİRƏM NƏDİKİ MİLLİ QƏHRƏMAN MÜRABİZ İBRAHİMOVUN HEC OLMASA CƏSƏDİNİ ALMAQ NƏ BAHASİNA OLUR OLSUN NƏYƏ BAŞA GƏLİR GƏLSİN...... DÜŞÜNÜRƏM YOXSA HEC EHTİYAC YOXDUMU BUNA????YOXSA ÇOX UZAQDA DEYİL QƏHRAMANİMİZ?????? NƏ DEMƏK IST'DIYIMI ANLAYAN ANLASINŞ BİZİM KİMİ DÖVLƏT ÜÇÜN BUNU ETMƏK ÇƏTİN VƏ ZOR DEYİL.AMMA NİYƏ ELƏMİRİK BUNU ANLAYA BİLMİRƏM.
ALLAH RƏHMƏT ELƏSİNŞYERİ NURLA DOLSUN. lƏNƏT OLSUN BU HƏYATA BU YASAMA Kİ BU CÜR İGİD MƏRD OGULLARİMİZ VAR MİNLERLE AMMA Kİ SAHİB CİXANİMİZ YOXDUŞHANİ HANİ O İGİDİN MƏRDİN CESEDİ HANİ,,,,,,,,İNDİ ONUN VALİDEYİNLERİNİN HEC OLMASA BU İGİDİN MƏZARİ BASİNDA GÖZ YASİ TÖKMƏYƏ HAQQLARI YOXDUMU,NİYE NİYE ALİNMİR BU CƏSƏD, BİR QƏDƏH SPİRTƏ HƏR ŞEYLƏRİNDƏN ANASİNDAN BACİSİNDAN OZÜNDƏN KÜŞƏN erməni dıgaralarından ALMAQ ELEMİ CƏTİNDİ BU DOVLETE????????????? NECƏ GÖZ YUMAQ CƏSƏDİNƏ İÇGƏNCƏ VERİLMİŞ ELİ QOLU BAGLİ ŞƏKİLLƏRİ YAYİLMIŞ QƏHRƏMAİMZİ GÖRDQKCƏ NECƏ????????????? ANLAYA BİLMİRƏM NƏDİKİ MİLLİ QƏHRƏMAN MÜRABİZ İBRAHİMOVUN HEC OLMASA CƏSƏDİNİ ALMAQ NƏ BAHASİNA OLUR OLSUN NƏYƏ BAŞA GƏLİR GƏLSİN...... DÜŞÜNÜRƏM YOXSA HEC EHTİYAC YOXDUMU BUNA????YOXSA ÇOX UZAQDA DEYİL QƏHRAMANİMİZ?????? NƏ DEMƏK IST'DIYIMI ANLAYAN ANLASINŞ BİZİM KİMİ DÖVLƏT ÜÇÜN BUNU ETMƏK ÇƏTİN VƏ ZOR DEYİL.AMMA NİYƏ ELƏMİRİK BUNU ANLAYA BİLMİRƏM.
Sabah, 12 Avqust, saat 08.00-da bir qrup gənc Nərimanov parkının yaxınlığında yığışaraq oradan Biləsuvara Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət etməyə gedəcəklər. Görüşün məqsədi Milli Qəhrəmanımıza sahib çıxdığımızı göstərmək, daim bu cür mərd oğulların arxasında olduğumuzu bütün ordumuza bildirməkdir. Eyni zamanda şəhidimizin ailəsinə mənəvi dəstək vermək və Mübarizin bizim hamımız üçün nümunə təşkil etdiyini onlara çatdırmaqdır. Telekanalların da iştirak edəcəyi gözlənilir.
Qohum olanda nolarki?ele mene de qohumdur niye demirem men? Ancaq Azerbaycanda nese mehsur bir adam oldu biri deyir qohumumdur biri deyir papamin dostudur ne bilim ve saire, ele qohum qohum demekdense onun heyati haqqinda material hazirla ver mix.az-a hami maraqla oxsun gorsun ki, Azerbaycanda bele ogullar var inid tutaq ki, senin qohumundur cammat neynesin?
10 Avqust 2010 02:30 | Qeydiyyat: 14.02.2007 | Adı: Hero | Ünvan: Uzaq Sahillerde |
Vaqiyə Sürəsi: Bismillahir-Rəhmani-Rəhim 1.Qiyamət vaqe olacağı (qopacağı) vaxt, 2.Onun vaqe olmasını heç kəs dana bilməz! 3.O (kimini) alçaldacaqlar , (kimini də) ucaldacaqdır. 4.Yer hərəkətə gəlib şiddətlə titrədiyi, 5.Dağlar parça-parça olub ovxalandıgı, 6.Və toz kimi sərələndiyi zaman, 7.Siz ey insanlar , üç zümrəyə ayrılacaqsınız, 8.Sağ tərəf sahibləri . Kimdir onlar ?!(Onların əməl dəftərləri sağ əllərinə veriləcək , mələklər onları sağ tərəfə - Cənnətə dəvət edəcəklər . Xoş onların halına!) 9.Sol tərəf sahibləri . Kimdir onlar?! (Onların əməl dəftərləri sol əllərine veriləcək ,özləri də sol tərəfə - Cəhənnəmə sürüklənəcəklər.Vay Onların Halına. 10.Və bir də öndə olanlar , öndə olanlar! 11.Bunlar (ALLAH dərgahına,Allahın lütfünə mərhəmətinə) yaxın olanlardır. 12. Bunlar Nəim cənnətlərində olacaqlar............................... .........!
ALLAH ŞƏHİDİMİZ MÜBARİZ İBRAHİMOVU , ŞƏHİDLƏRİMİZİ və BÜTÜN ŞƏHİDLƏRİN YERİNİ NƏİM CƏNNƏTİNƏ NƏSİB ETSİN.
men tek Mubarizin ata anasina yox butun xalqa bas saqliqi verirem ve onu demek isteyirem ki biz Mubarizle fexir edirik .men onun ruhu qarsisinda bas eyirem.Allah ona rehmet elesin
Qardas, Allah sene rehmet elesin.VETEN UCUN EZİLENİ VETENİ EZİZLER!!!Onsuzda ölmek torpaq altinda olmaq deyil,unudulmaqdir!Biz de seni hec vaxt unutmayacayiq!Senin bu merdliyin bizi ne qeder qururlandirsada,qaninin yerde qalacaq olmasi bir o qeder kederlendirer,Allah mezlumlarin ahini hec vaxt yerde qoymaz!
Allah rehmet etsin.ailesine sebr arzulayiram, bir gun hamimiz oleceyik, ama Mubariz kimi qehremancasina olmek hamiya qismet olmur, her bir kes onunla fexr edir
ALLAH REHMET ELESIN!!!!!!!!!!ONUN KIMI, OGULLARIMIZ OLDUGU VAXTACAN DUSMEN RAHAT YATA BILMEYECEK!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!
YERI BEHISTLIK OLSUN!ALLAH REHMET ELESIN!BELE VETENPERVER,VETENINI SEVEN GENCLETIMIZDEN BIR NECE NEFER OLSA MENFUR QONSULARIMIZA BESDI!YASASIN AZARBAYCAN!VETEN SAG OLSUN!
Neçə gündür özümü saxlayıram bu xəbərlərə baxmaqdan.Bu gün TV-də xəbərlərdə də baxdım artıq dözmədim..Xoşbəxt insandır şəhidlik zirvəsinə ucalıb Cənnətə qovuşacaq.Kaş mənə də qismət olardı şəhid olmaq.Gözün aydın olsun VƏTƏN!
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3