Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub və orta məktəbin 7-ci sinifini başa vurandan sonra 1991-ci ildə Bakıdakı C.Naxçıvanski adına hərbi litseyə daxil olub.
1992-ci ildə hərbi təhsilini davam etdirmək üçün Türkiyəyə göndərilib. 1992-1996-da Türkiyənin İzmir şəhərində Maltepe Əsgəri Liseyində təhsil alıb.
Ermənistan ordusunun Cəbrayıl rayonunu işğalı etməsi zamanı Ramilin xalası oğlu şəhid olub, əmisi oğlu həyat yoldaşı ilə birlikdə itkin düşüb. R.Səfərovun ailəsi isə Bakıda Dərnəgül qəsəbəsindəki tələbə yataqxanalarının birində məskunlaşıb.
Əsgəri liseyi uğurla başa vuran Ramil 1996-2000-ci illərdə Ankarada Quru Qoşunları Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2000-2001-ci illərdə isə İzmirdəki Tuzla Piyada Məktəbində ixtisasartırma kursunu bitirib.
Sonra vətənə qayıdıb və Azərbaycan Ali Hərbi Məktəbində kursant taqımının komandiri təyin olunub, 2003-cü ildən kursant bölüyünün komandiri olub, hərbi xidmətinə görə dəfələrlə komandanlıqdan fəxri fərmanlar alıb.
2004-cü il yanvarın əvvəlində Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində ingilis dili kursunu dinləməyə göndərilib. Üç aydan sonra həmin kursu başa vuraraq Azərbaycan ordusundakı xidmətinə qayıtmalı idi.
Sözsüz ki, belə qüsursuz və mükəmməl hərbi xidmət tərcümeyi-halına malik olan gənc zabiti qarşıda gözəl hərbi karyera gözləyirdi. Lakin 2004-cü il fevralın 19-da baş verən olay, azərbaycanlı baş leytenantın onunla eyni kursda təlim keçən Qurgen Markaryan adlı erməni leytenantı öldürməsi bütün bunları yarımçıq qoydu.
Sözsüz ki, Ramilin yeniyetmə ikən keçirdiyi hislər, doğma kəndinin işğal olunması, yaxınlarının həlak olması, nəhayət, Budapeştə gəldiyi gündən rastlaşdığı erməni həyasızlığı - bu əməli törətməsində müəyyən emosional təsir rolunu oynayıb. Lakin bununla yanaşı onu da qeyd etməyə məcburuq ki, Ramil kimi 10 il mükəmməl hərbi təhsil almış, savadlı, pəhləvan cüssəli bir zabit bu əməli törətməməli, özünü erməni məkrinin güdazına verməməli idi.
Nə yazıqlar ki, bizlər dəfələrlə soyuqqanlı olmaq gərəkən yerdə emosiyanın bizə güc gəlməsi nəticəsində erməni məkrinin güdazına getmişik və bundan nəticə çıxarmağı bacarmırıq. Qarabağ münaqişəsinin tarixi belə faktlarla zəngindir, neçə dəfələrlə biz soyuqqanlı davranışı emosiyanın güdazına verərək hədəfi qoyub kənarı vurmuşuq. Ramil əslən Qarabağdan olan bir zabit kimi torpaqlarımızın işğaldan azad olunması uğrunda savaşa hazırlaşırdı və bu müqəddəs savaşı göz önündə tutaraq alçaq erməni məkri qarşısında soyuqqanlı davranmalı idi.
Lakin bu gün azərbaycanlı zabitin vətəndən uzaqda ömürlük həbsə məhkum olunmasının günahını, sadəcə, onun özündə görmək tam yanlışlıq olardı. Burada üzərinə ən azı mənəvi məsuliyyət yükü düşən xeyli tərəflər də var. Məsələn, iki düşmən dövlətin hərbçilərini birgə təlimə dəvət edəndə NATO yetkililəri bu cür sülhpərvərliyin ağır fsadlarının ola biləcəyini də diqqət almalı idilər. Bu, necə deyərlər, alyans təmsilçilərinin siyasi sayıqlığına sual altına alan bir faktdır. Bəs özümüz necə, Budapeştdə meydana gələn olaya münasibətdə adekvat davrana bildikmi?
Ad Günün Mübarək Azərbaycan Xalqının Qəhramanı.
2379 Gün Kecdi Azərbaycan sənsizdir Xalqın adını andıqında qürurla fəxrlə anır səni! Xalqın səninlə fəxr edir Qardaşım. Bügün 33 yaşın tamam olur! İnşallah 34 yaşını Vətənində Qeyd Etməni Allahdan istəyirəm, Dua edirəm! ...Allah bizim Sebrimizi Alsın senə Versin Qardaşım! Doğum günün mübarək qəlbimizin məhkumu!
Ele iggidin axirinin ele olmasinda eli olanlar haqqinda "yaxshi" sozler deyerdim amma gozum "soyush ve tehqir olmaz" cumlesine satashdi ona gore de fikrimi yarimciq qoyub sadece Ramili tebrik elemek isteyirem . P.Ş. inshallah Azerbaycanda ele oglanlarin cox olduguna kimse meni inandirar
2379 Gün Kecdi Azərbaycan sənsizdir Xalqın adını andıqında qürurla fəxrlə anır səni! Xalqın səninlə fəxr edir Qardaşım. Bügün 33 yaşın tamam olur! İnşallah 34 yaşını Vətənində Qeyd Etməni Allahdan istəyirəm, Dua edirəm! ...Allah bizim Sebrimizi Alsın senə Versin Qardaşım! Doğum günün mübarək qəlbimizin məhkumu!
senin ucun de gunes dogacaq InsaAllah.. Biz sene komek ede bilmedik,Allah sene komek olar InsaAllah. Allah seni qorusun!! Ad gunun mubarek!
--------------------
И не надо мне чужого счастья... Мне бы своё в руках удержать...
Jalə xanım, suni olsaydı o qəhrəman olmazdı!Düşmən alində deyil, düşmən öldürsə də Macarıstandadır!Məcburən yazmayıb! O hərəkəti etməsə idi xoşbəxt olmayacaq idi!Onu məcbur edən yoxdu. Buna əmin ol!Ermənilər bizim dövləti tərifləyir, öz dövlətlərini pisləyirdilər. Ramil edib bunu?
_____ TURAL BƏY,QURU ADLA HEÇ KİM XÖŞBƏXT OLMUR. BUNA SİZDƏ ƏMİN OLUN. ERMENİLER DEDİLER NALAYİQ SÖZLƏR ÖZ ÜNVANINA BƏLİ, LAKİN RAMİLLƏ ERMENİ BIR DEYILDI, ŞİKAYƏT EDEYDİ.RAMILIN DAMARıNDA, AZƏRİ QANI VAR.ÖLSƏ BELƏ UFF DEMEYECEK SONA DƏK.NƏYSƏ...FIKIRLƏR AZAD VƏ MÜXTƏLİFDİR._____
O peşman deyil, xoşbəxtdir. Mübarizgilin ailəsinə yazdığı məktubda da bunu qeyd edib. İnşallah ayın 29-u biz oxuyacayıq o məktubu!
_____ TURAL BEY,ONUN "XÖŞBƏXTLİYİ" SUNİDİR. RAMİL DÜŞMƏN ƏLİNDƏDİR, ƏLBƏTTƏ MƏKTUBDA MƏCBURƏN "XÖŞBƏXT" OLDUĞUNU YAZACAQ.YAZMASA BELƏ OMU MƏCBUR EDƏCƏKLƏR YAZMAĞA. BIZDƏ ƏSİR OLAN ERMƏNİLƏR NƏ SÖYLƏYİRDİLƏR ÖZ VƏTƏN VƏ VƏTƏNDAŞLARI ÜÇÜN?!_____
RAMILIN ŞƏKLİNƏ BAXANDA UTANIRAM.... SENİ ALA BİLƏCƏK GÜCÜMÜZ VARKƏN, ACİZİK.... NECƏ DEYİM DOĞUM GÜNÜN "MÜBARƏK" ....HANSı GÜNÜVƏ MÜBARƏK DEYİM?
ÜRƏYİNDƏ BƏLKƏ DƏ, BİZƏ NİFRƏT BƏSLƏYİRSƏN... YENİDƏN DÜNYAYA GƏLSƏYDİM, ƏSLA VƏTƏN ÜÇÜN HEÇNƏ ETMEZDİM DEYİRSƏN !!! İNAN HAQQLISAN...NƏ DESƏN BELƏ HAQQLISAN...
Hər il ümidlə yaşayırıq ki,bəlkə bu il qaytardıq,bir il də keçir,yeni il gəlir və yenə də qəlbimizdəki ümid toxumu cücərir,hələ də bu ümid sönmür.Gözləyirik. Nə yazsam belə aciz görsənəcək.Doğum günün mübarək. Müəllifə də təşəkkür edirəm.
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3