 Çəkdirsin  sənə, çox çəkdirsin... O qədər çox zikrlər çəkdirsin ki, əlində olan təsbehlər köhnəlsin... Çəkdirsin  sənə, çox çəkdirsin... Elə kəslərə çəkdirsin ki, xasiyyətini; salehlərə, vəlilərə, şəhidlərə bənzəsin... Çəkdirsin  sənə, çox çəkdirsin... Elə ülvi şeylərə həsrət çəkdirsin ki, cümlə həsrətlərdən imtina edəsən... Çəkdirsin  sənə, çox çəkdirsin... Elə gözəl fotoşəkillər çəkdirsin ki, baxanlar varlığın iti ucunun ürəklərinə təfəkkürlə batdığını hiss etsin... Çəkdirsin  sənə, çox çəkdirsin... Elə gözəl filmlər çəkdirsin ki, seyr edənlər öz şəxsiyyətlərinin aşağı tutulub, dünya "tacirləri" tərəfindən ucuz satılmağa çalışıldığını görə bilsin... Şübhəsiz ki, bu qarğışlar yaxşı mənada idi. Təbii ki, bir də alqışım var sizə:Bir səhabə Peyğəmbərimizə baxarkən birdən ağlamağa başlayır… Peyğəmbərimiz soruşur: "Niyə ağlayırsan?" Gözləri yaşlı səhabə cavab verir: "Ey Allahın sevgilisi, sən Peyğəmbərsən, bir gün bizlər öləcəyik. Sən Rəbbinə qovuşacaqsan və Cənnətə gedəcəksən; amma bizim nə olacağımız müəyyən deyil… Mən öldükdən sonra, bir daha səni heç görə bilmərəm deyə qorxuram… Məni ağladan budur…" Peyğəmbərimiz, "Kədərlənmə" deyir: "Kədərlənmə, çünki insan sevdiyi ilə bərabərdir… Orada da elə olacaq…" Səhabə üçün Cəhənnəm, bir az da Peyğəmbərsiz qalmaq, onu görə bilməməkdir… Bu sevgidir, bu bağlılıqdır onları Cənnətə daşıyan… Səhabəni səhabə edən… Peyğəmbərimizin vəfat etdiyini öyrəndiyində, "Kim Məhəmməd öldü, desə; onun boyunu vuraram" deyən Həzrəti Ömər də bilməkdədir hər nəfsin bir gün gəlib ölümü dadacağını; amma dözə bilməmişdir getməsinə… Vəfat etdiyini öyrəndiyi an darıxmağa başlamışdır çünki… Yoxluğudur onun gözlərini dolduran… Darıxırıqmı Həzrəti Məhəmməd üçün? Bəzən darıxmaq bizim də gözlərimizi doldururmu? "Məhəmməd öldü" deyənlərin, ona "ölü" rəftarı edənlərin boynunu vurmaq bizim də içimizdən keçirmi? Onu bir gün görə bilmə ehtimalı ağlımıza gəldikdə, göz qapaqlarımız titrəyirmi? Bir ürəyi ürək edən, o ürəyin içində yaşayanlardır… Ürəyimizdəki nədirsə, biz də əslində onun kimiyik… Geridə qalanlar təfərrüatlardır… Geri qalanlar, ət, sümük, qan... Bir neçə söz… Bir neçə uzun cümlə… İşlərimiz, cinsiyyətimiz, Vətənimiz, nə vaxt doğulub nə vaxt öldüyümüz və s...  Bir-birlərini sevən dostlar üçün edilən bir dua vardır. "Allah sizi Cənnətdə qonşu etsin" deyilir onlara… İndi mən sizə deyirəm: Allah sizi Cənnətdə sevdiklərinizlə qonşu etsin!!!
Təşəkkür edənlər: (56) _SENSELESS_LIFE_, PIFAQOR, Heyatim, PaLeRmO, Dj KaMiL, frolicsome, ASI_GIRL, Design_89, FATEH_06, _lady_bdu_, Miss_Skazochka, __jale__, Asef, Mr_Toli, A_PRO_ILKIN, libre, FEboy, pretiy-18, MeganFox, GHANJA, Just Why____, Whatever Happens, dr_zara, ROMINA_21, HeYaT_SenSizDe_ZoRDu, FeMeNiSTKa, Morena, Real Madrid Forever, VeLi_DRD, denizim, Caution, TARKANFAN, Nothing iS Forever, TeK_OnUn_GuLu, _stilyawka_, ayshan, X-MAN5, gulben-123, Mix_az_li, mehdi-azeri, AMRASSAA, Sexavet20, rena94, avantgarde, Sweet_Your_Heart, Vogue, emka bala, UltrAslan, Nomre1, lacrima723, Markiza, Mournful Boy, BeZNicK, _MILANoooRE_, nurka777, only__you |